Şəbnəm Tovuzlunun sevgilisinə məxsus olan “Sipark” iflas olur -
Bakının Nərimanov rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrliyi ilə "Evrostroy” MMC, hazırkı adı "Sipark” olan şirkətə qarşı iddiaya baxılıb.

Onlarla vətəndaş tərəfindən məhkəməyə verilmiş şirkət hələ də mənzil alan insanların problemlərini həll etmir.

Həmin şikayətçilərdən biri də Həsənov Namiq Rizvan oğludur ki, onun iddiasına məhkəmədə baxılıb. Ümumiyyətlə, Təbriz küçəsində bina tikintisi başa çatmayan "Sipark” uzun illərdir ki, vətəndaşları süründürür, aldadır. Şirkətin sahibi Seymur İsayevdir. Onun adı MTN generalı Akif Çovdarovla keçib.

Şirkətin rəhbəri Seymur İsayev şəriki Rafael Qarayevi özündən uzaqlaşdırmaq üçün onu o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinə apardıb. General Akif Çovdarovla əlaqələrə malik olmuş Seymur İsayev şərikindən ayrılmağa bəhanə gəzirmiş.

MTN generalına etdiyi xahişlə R.Qarayevi esktremist vəhhabi ittihamı ilə nazirliyə çağırıb sorğu-sual edib, dindirib, təzyiq göstəriblər. Bu barədə mətbuatda gedən məlumatlar var.

İsayevin "Evrostroy” şirkətinə həmyerlilərini şərik etmək istəməsi o dövrdə R.Qarayevin ciddi narazılığı ilə qarşılanır. Aralarında mübahisə yaranır. Kik-boks üzrə idman ustası olan R.Qarayevin şəriklikdən uzaqlaşdırmaq üçün başlanan, dava-dalaşla müşayiət olunan mübahisə "Sipark” rəhbərinin Çovdarova müraciəti ilə nəticələnib.

Seymur İsayev A.Çovdarovun MTN əməkdaşı olan Təhmasib adlı köməkçisi S.İsayevin Nərimanov rayonu, Həsən Əliyev küçəsindəki 7 mərtəbəli ofisinin daimi qonaqlarından olub.

Hacı Rafael Qarayevi A.Çovdarova sifariş edəndən sonra onu vəhhabi təriqətinə pul ötürmək, bu təriqətin ardıcılı olmaq suçu ilə MTN-ə aparıblar.

Rəfael Qarayevdən S.İsayevlə şəriklikdən imtina etmə haqda vəd və 150 min manat pul almaqla azad ediblər. Yada salaq ki, "Sipark” şefinin digər ortaqlarından biri iş adamı Famil Xəlilov olub.

F.Xəlilovun adı müğənni Şəbnəm Tovuzlu ilə sevgili olmaqda hallanıb. Sonra iş adamı da sevgilisini MTN-ə çağırdıb. Çovdarova müğənniyə təzyiq göstərib ki, sevgilisinin ona bağışladığı mülklərdən imtina eləsin.

Qeyd edək ki, "Sipark Qrup” bir neçə qurumdan təşkil olunmuş böyük şirkətdir. Bu şirkətin tərkibində "Sipark İnşaat”, "Sipark Turizm”, "Sipark Otelçilik”, "Sipark Əmlak”, "Sipark Media” kimi qurumlar fəaliyyət göstərir. "Sipark”ın baş ofisi İstanbuldadır.

Çox maraqlıdır ki, Çovdarova məxsus olduğu deyilən "Evrostroy-S.S” Məhdud Məsuliyyətili Cəmiyyət (MMC), "Zaman-İ” Mənzil Tikinti Kooperativi (MTK) və SİPARK Yaşayış Kompleksinin rəhbəri Taleh Abbasov məhkəməyə verilib.

Taleh Abbasovla bağlı məhkəməyə "Yapı Kredi Bank Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (QSC) müraciət edib.

Cavabdeh qismində iş adamının şərikləri – Abdullayev Rizvan Əhməd oğlu, İsayev Seymur Nizami oğlu, Ələsgərov İsmayıl Əziz oğlu, Abbasov Rəşad Cəmil oğlu və Məmmədov Ramin Bəxtiyar oğludur.

Evrostroy-S.S” MMC-nin hazırda dövlət büdcəsinə 8 milyon 969 min 636 manat 7 qəpik vergi borcu var.

Onu da deyək ki, Seymur İsayevin adı ilk olaraq müğənni Damla ilə sevgili olması haqda xəbərlə həftələrlə medianın və sosial şəbəkələrin gündəmi oldu.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Bölmənin digər xəbərləri

10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO
06 May 2025 “İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva
06 May 2025 "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"
06 May 2025 Tünzalə Ağayeva Sura Əsgərlinin İNTİHARINDAN DANIŞDI
05 May 2025 "Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"
05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO
05 May 2025 "Heç bir kanalda məni işə götürmədilər" - FOTO
04 May 2025 "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"

Dünyapress TV

Xəbər lenti