b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_adfc2c41f80cbfc16e0e2e7f90f99449.jpg
  

Ötən gün Xalq artisti Ağadadaş Ağayevin balta ilə xəstəxana mühafizəçisinə hücum etməsi xəbəri müzakirələrə səbəb odu. Ölkə gündəmini sözün əsl mənasında silkəyən bu hadisə ilə məşhur şəxslərin və şou-biznes nümayəndələrinin keçmişindəki kriminal hadisələri yenidən xatırlamalı olduq.

Musavat.com xəbər verir ki, bu dəfə BAKU.WS adı cinayət hadisəsində hallanan məşhurları oxuculara təqdim edir:

Məşhur meyxanaçı Rəşad Dağlının (Rəşad Əmirov) adı gözlənilmədən kriminal aləmdəki tanınmışlar siyahısına düşdü. O 2022-ci il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirdi. Daha sonra R.Əmirov istintaqa cəlb edildi. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçildi. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirildi. Ekspertiza isə müəyyən etdi ki, Rəşad Dağlı İskəndərə ümumilikdə 14 bıçaq zərbəsi vurub.

Meyxanaçı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürüldü. Rəşad Dağlıya Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxundu və 9 il 6 ay azadlıqdan məhrum edildi.

Azərbaycanı "Avroviziya-2008” mahnı müsabiqəsində təmsil edən müğənni Samir Cavadzadə də adı cinayətdə hallanan məşhurlardandır. O, illər əvvəl dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar saxlanılıb. Hadisə 2011-ci il sentyabrın 20-də baş verib.

Tanınmmış müğənni Ziba Osmanova bu il mayın 8-də Suraxanı rayonunda törətdiyi yol qəzasında iki azyaşlını vurub. O qəzanı "Changan" markalı avtomobili ilə törədib. Müəyyən xəsarətlər alan uşaqlar dərhal xəstəxanaya yerləşdiriliblər. Vəkillər bildirib ki, əgər uşaqlardan birinin ağır bədən xəsarət aldığı sübut olunarsa, onda sürücü CM-nin 263.1-1 maddəsinə əsasən 3 ilədək həbs oluna bilər. Ancaq bu maddədə cərimə yoxdur, real cəza var. Ola bilsin ki, 2 uşaq xəsarət aldığına görə sürücü həm CM-nin 263.1 və 263.1-1 maddələri ilə ittiham edilsin. Burda bir məqam da var. Əgər piyada yüngül xəsarət alarsa və o sürücüdən şikayətçi olmasa, onda sürücü cəzadan azad ola bilər”.

Bloger Səbinə Kətanovanın avtomobillə piyadanı vuraraq hadisə yerindən qaçdığı iddia edilib. Belə ki, bloger özünə aid "Toyota Prado” markalı avtomobillə yolu keçmək istəyən piyada Faiq Quliyevi (şərti) vurub. Hadisə Nərimanov rayonu ərazisində baş verib. Bloger hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb. Bundan sonra müvafiq kamera görüntüləri araşdırılıb və S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Müğənni Elçin Məmmədov paytaxtda kafelərdən birində oxuyarkən adam bıçaqlayıb. Hadisə Nərimanovda baş verib. Gecə saat 02.00 radələrində kafeyə gələn 5 müştəri yeyib-içib, onlardan biri müğənniyə atmaca atıb. Müğənni onların kafedən getməsini gözlədiyini, amma müştərilərin danışmaq üçün müğənnini çölə çağırdıqlarını deyib. Qəzəblənən Elçin Məmmədov Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımovun oturduğu avtomobilə yaxınlaşıb və onu bıçaqlayıb. "Dedim düş aşağı, düşən kimi 2 zərbə endirdim” - deyə, sənətçi qeyd edib. Faktla bağlı CM-nin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, CM-nin 70-ci (şərti məhkum etmə) maddəsinə əsasən 2 il sınaq müddəti tətbiq olunmaqla cəzası şərti hesab edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

Bölmənin digər xəbərləri

10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO
06 May 2025 “İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva
06 May 2025 "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"
06 May 2025 Tünzalə Ağayeva Sura Əsgərlinin İNTİHARINDAN DANIŞDI
05 May 2025 "Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"
05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO
05 May 2025 "Heç bir kanalda məni işə götürmədilər" - FOTO
04 May 2025 "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"

Dünyapress TV

Xəbər lenti