Ağadadaş Ağayev təbii ki, Qallaher qədər məşhur və istedadlı deyil...
Castin Biber 2014-cü ildə Mayamidə küçə yarışlarına və sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs olundu. O, həmçinin Los-Ancelesdəki qonşusunun evinə yumurta atdığına görə hücum və vandalizmdə ittiham olunub. Bieber günahını etiraf etdi və təzminat ödəməyə və xeyriyyə işlərində iştirak etməyə məhkum edildi.
... 1991-ci ildə Sent-Luisdə "Guns N' Roses" qrupunun əfsanəvi solisti Aksel Rouz konsertdə şounu çəkən fanatı döymək üçün səhnədən atılıb. Bu iğtişaşlara səbəb olub və konsert dayandırılıb. Daha sonra Rose həbs olundu və asayişi pozmaqda ittiham edildi. O, bir neçə ay məhkəmədə qaldı və şərti cəzaya və cəriməyə məhkum edildi.
"Oazis" qrupunun solisti Layam Qallaher 1998-ci ildə Avstraliyada bir oteldə jurnalistlərə hücum etdiyi üçün həbs olundu. O, gecəni həbsxanada keçirib və zaminə buraxılıb.
... Ağadadaş Ağayev təbii ki, Qallaher qədər məşhur və istedadlı deyil. O, heç Castin Biber səviyyəsində də deyil - Ağayevin yaşı 70-ə yaxın olsa da.
Sosial şəbəkələrdə müğənnilər onun tərəfinə durub, müdafiə edirlər. "Dahi sənətkar", "Böyük Ustad", "Xalqın artisti" və sair ifadələrlə haqq qazandırırlar balta tolazlayan, sonra da dalaşan Ağayevə.
Anlayıram, yaşlıdır, ölkədə tanınır, xalq artistidir, xəstədir.
Onu yerə yıxıb döymək, təpikləmək və yumruqlamaq da qəddarlıq, qanunsuzluq, barbarlıqdır təbii.
Fəqət...
Tanınmış insan, yaşlı ata və baba, özünə sayğı gözləyən adam balta tolazlamaz.
O balta dəyəydi kiminsə başına, sinəsinə - nə olacaqdı?
Onu da anlayıram ki, Ağayevin səbr kasası daşıb, belə edib.
Amma hadisədən sonra "canlı yayım açacam, açıqlama verəcəm" nə demək?!
Ağayev üçün qanun, qayda istisnadır?
Xalq artisti oldun, bir-iki mahnın populyarlaşdı - demək, hirslənəndə qarşındakılara balta atmalısan, dava etməlisən?
Mühafizəçi mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır - bu, aprior məqamdı.
Amma Ağadadaş Ağayev də qanun qarşısında cavab verməlidir.
Və ona "Xalq artisti" verən xalqdan üzr istəməlidir.
"Böyük Ustad", "Sənətkar" tipli epitetlər və ibarələr onun qanunla cəmiyyət qarşısında məsuliyyətinə sipər olmamalıdır.
Onkoloji xəstəyə, xalq artistinə balta atmaq imtiyazı verilməyib.
Bu mərəkədə ən tragikomik şərh müğənni Xatuna məxsusdur. Bəribaşdan yazım ki, həmin müğənninin adını ilk dəfə eşitdim və belə sənətçinin mövcudluğunu bildim.
"Gələk indi o qafilə, amansız, vəhşi insana... Siz aşkar görmürsünüz ki, bu hərəkətləri edən biri sənətkara qanına toxunan elə söz-ifadələr işlədib ki, Ağadadaş müəllim də ağrısına, acısına, xəstəliyinə rəğmən bir kişi xeylağı olaraq aydınlaşdırmağa gəlib. Bu namərd də elə bil gücünü sınıyır, rinqə çıxıb, erməni döyür. Kişini döyməyi bəs deyil, bir də gedib "işverənlik" də edib, polisə ərizə yazır. Həm günahkar, həm güclü..." - buyurub Xatun.
Sonda da qəmli birlik çağırışında bulunub: "Məşhurlar bir olaq, unutmayaq ki, hər yerdə kamera və namərdlər var".
Bu şərhi şərh etmək belə, gülüncdür...

Elçin ALIOĞLU - Dia.az-İnfo
 

Bölmənin digər xəbərləri

10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO
06 May 2025 “İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva
06 May 2025 "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"
06 May 2025 Tünzalə Ağayeva Sura Əsgərlinin İNTİHARINDAN DANIŞDI
05 May 2025 "Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"
05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO
05 May 2025 "Heç bir kanalda məni işə götürmədilər" - FOTO
04 May 2025 "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"

Dünyapress TV

Xəbər lenti