"Fatimə məcburdur, üzr istəyəcək. "
"Fatimə məcburdur, üzr istəyəcək. Qanun qarşısında bunu edəcək. Çünki apellyasiya məhkəməsini də uduzub". TEREF.AZ axşam.az-a istinadla xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli "Mirinin dibçəyi" yutub layihəsində deyib. O, rəqqasə Fatimə Fətəliyeva ilə yaşadığı qalmaqaldan danışıb:

"Məni klinikaya çağırdılar, reklam etməyimi istədilər. Mənə dedilər ki, necə gəlməyinizi soruşan olsa, deyin pul ödəmişəm. Qayıtdım ki, niyə? Məni özünüz çağırmısınız, nəyi gizlədək? Klinikanın böyüyü dedi ki, "sizin daşınız ağırdır. Bir rəqqasə var gəlmək istəyir. Bizdə müalicə alıb, gedəndən sonra da izləmədən çıxartdı. İndi yenə gəlmək istəyir, deyirik, yer yoxdur. Cavab verdi ki, mənim kimi gözəl rəqqasəni qoyub, niyə kobud Naziləni çağırırsınız?". Onun haqqında ağzına gələni də söylədi. Amma adını çəkmədi. Mən də status paylaşdım. Mənim özümə də həmin rəqqasənin Fatimə olduğu sürpriz olub. Özü paylaşım etdi ki, Fatimədir. Fatimə ilə dərdim yoxdur. Ona da dedim ki, səhv etmisən. Üzr istəmə şansın var. Bütün hallarda məndən üzr istəyəcək. Deyir rəqs paltarı götürüb getmisən. Mən bu boyda çəkidə rəqs paltarını harama geyindim?

Həmin çıxışımdan sonra Fatimənin ətrafında olan insanların 90 faizi mənə zəng vurub "əcəb etdin" dedi. Pis oldum ki, deməli, məndən də ona deyirlər".

Nazilə Fatimənin bir vaxtlar onunla özünün barışdığını söyləyib:

"Bir dəfə mənimlə danışmaya-danışmaya "Maşın şou"ya gəldi. Dedi ki, Naziləyə görə gəlmişəm. Bir dəfə də xına məclisi ondan çıxıb mənə gəlib. Zəng ediblər ki, Fatiməyə sifariş verdik, dünən qohumun toyunda oldu, xoşum gəlmədi. Sizi istəyirik. Ondan çıxıb, mən götürməsəm başqasına gedəcək. Götürmüşəm".

Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Nazilə məhkəmədə qalib gəlib, Fatimə isə apellyasiyaya müraciət edib. O, bir müddət əvvəl apellyasiya məhkəməsini də uduzub.

Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.
 

Bölmənin digər xəbərləri

10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO
06 May 2025 “İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva
06 May 2025 "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"
06 May 2025 Tünzalə Ağayeva Sura Əsgərlinin İNTİHARINDAN DANIŞDI
05 May 2025 "Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"
05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO
05 May 2025 "Heç bir kanalda məni işə götürmədilər" - FOTO
04 May 2025 "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"

Dünyapress TV

Xəbər lenti