Aygün Kazımova və Muraddan çoxdan gözlənilən layihə
DİA.AZ: - Xalq artisti Aygün Kazımova və Hitmaker Murad Arif günlərdir maraqla gözlənilən “Çalxala” adlı kliplərini təqdim edib.
DİA.AZ xəbər edir ki, ilk dəfə Murad Arifin “Solo” adlı konsertində səsləndirilən duet sosial şəbəkədə ən çox paylaşılan görüntülər sırasında yer alıb. Pop diva və Murad bir araya gələrək rəngarəng klip ərsəyə gətiriblər.
Kazımova ekran işi üçün bu dəfə də xüsusi hazırlaşıb. Pop divanın tərzi üzərində stilist Ruxa çalışıb.
Söz və musiqisi Murad Arifə məxsus olan mahnı üçün onlar 2 gün kamera qarşısında olublar. Mahnı Murad Arifin “Çalxala” adlı albomunun çıxış parçasıdır.
“Hesab edirəm ki, Aygün Kazımova ilə duet həm çoxdankı arzum, həm də yaradıcılığımın yeni mərhələsidir. Etiraz etməsə, silsilə duetlər yaradaram. Çünki onun işığını, enerjisini çox sevirəm! Ümumiyyətlə, dinamika və enerji baxımından uyğunluğumuzu hiss edirəm. Bəlkə də bu səbəbdən mahnı işıq üzü görmədən hit oldu. Müasir dövrdə çox nadir hadisədir ki, mahnı ilk dəfədən dillər əzbəri olsun. Bunu konsertimdən sonra hiss elədim. Sosial şəbəkələr dayanmır, hər kəs paylaşır” deyə, Murad duet haqda söyləyib.
Qeyd edək ki, klipi Delee Oruclu ekranlaşdırıb.

 

Bölmənin digər xəbərləri

10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO
06 May 2025 “İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva
06 May 2025 "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"
06 May 2025 Tünzalə Ağayeva Sura Əsgərlinin İNTİHARINDAN DANIŞDI
05 May 2025 "Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"
05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO
05 May 2025 "Heç bir kanalda məni işə götürmədilər" - FOTO
04 May 2025 "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"

Dünyapress TV

Xəbər lenti