“Heç vaxt toy qiymətimi deməmişəm, beş min manat veriblər, minini qaytarmışam...”

“Heç vaxt toy qiymətimi deməmişəm, beş min manat veriblər, minini qaytarmışam...”
“Səməd Səmədova dedim ki, sən oxuyan toylarda qız, mən oxuyan toylarda isə oğlan doğulur”
.
“Ürəyim gəlmir ki, xalqıma toy qiymətimi deyim. Məni yaxından tanıyanlar bunu çox gözəl bilir. 48 ildir ki, toylara gedirəm. Elə vaxt olub ki, gətirib bizə 5 min manat veriblər, min manatını qaytarmışam. Heç kimi şişirdilmiş toy qiymətlərimlə incitməmişəm, ona görə də üzümə bütün qapılar açıq olub. Bir iş üçün harasa gedərəmsə, çox hörmətlə, izzətlə, qayğı və diqqətlə məni yola salırlar”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Cavanşir Məmmədov deyib.

“Müğənni özünü tərifləməməlidir. Müğənnini tərifləməlidirlər. Hər sahədə “moşşenik” lər olduğu kimi, bizim sahədə də var. Nə klipin çoxluğu ilə, nə bahalı maşınla, nə evlə, nə də varlı adamların toyuna getməklə sənəti bir tərəziyə qoymaq olmaz. Bunlarla öyünmək sənətkar ola bilməz. Sənət başqa şeydir. Oxuyan var ki, sifətinə baxırsan siması da, səsi də səhnəyə yararsızdır. Müğənnidə sənət də, mədəniyyət də, geyim də yerində olmalıdır. Sənəti yoxdur, amma adam professor olub. Kimi dindirirsən deyir ki, professoram. Professor vəsiqəsi almaqla professor olmurlar. Gözəl musiqisi olan xalqın içərisində alaq otları da var. Hansı ki, onlar musiqimizə zərbə vururlar. Nə mən, nə də ki, Firuzə xanım şou-biznes adamı deyilik. Şou-biznes o demək deyil ki, hər şeyə əl atmaqla gündəmə gəlməlisən. Belə olan halda, sən gündəmə aşağı səviyyəli bir sənət adamı kimi gələ bilərsən” deyə Cavanşir Məmmədov deyib.

Əməkdar artisti mərhum müğənni Səməd Səmədovla bağlı xatirəsini də bölüşüb.

“Rəhmətlik Səməd Səmədovla biz, o vaxt ən çox toya gedən müğənni olmuşuq. Onunla da mənim xüsusi zarafatım var idi. Çalışırdım ki, onu danışdırım, çünki rusdilli olduğu üçün bəzi sözləri düzgün demirdi. Bu da mənə xoş gəlirdi, gülüb zarafatlaşırdıq. Bir gün mənə dedi ki, “toylar necədir?”. Məhərrəm ayı çıxa-çıxda idi. Dedim ki, “belə də, o qədər də çox deyil, 15-16 toy olur aya”. Dedi ki, “səndə yaxşıdır yenə də, məndə 5-6 toy olur”. Soruşdu ki, “sən bilən mənim toylarım niyə azalıb?”. Dedim ki, “Səməd, sən oxuduğun toyların çoxunda eşitmişəm ki, qız olur” (gülür). O dəqiqə bu sözümə inandı. Dedim ki, mən ifa etdiyim toylarda isə oğlan doğulur (gülür). Allah rəhmət etsin, gör biz kimləri itirdik. Səmədin qəlbi uşaq kimi idi, hamıya inanırdı” deyə müğənni bildirib.
 

Bölmənin digər xəbərləri

10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO
06 May 2025 “İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva
06 May 2025 "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"
06 May 2025 Tünzalə Ağayeva Sura Əsgərlinin İNTİHARINDAN DANIŞDI
05 May 2025 "Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"
05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO
05 May 2025 "Heç bir kanalda məni işə götürmədilər" - FOTO
04 May 2025 "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"

Dünyapress TV

Xəbər lenti