“Baloğlan Əşrəfov yuxularıma da gəlir, amma yadımda qalmır”

“Son 2 ildə görün nə qədər sənətkarlarımızı itirdik. Məni ən çox yandıran Baloğlan Əşrəfovun ölümü oldu. Onun ölümü ilə heç cür barışa bilmirəm. Allaha xoş getməz, sitəm etmək olmaz. Amma onun ölümü mənə o qədər pis təsir edib ki. Əvvəllər rayona gec-gec gedirdim. İndi tez-tez gedirəm ki, onu bəhanə edib, gedib həmdə ziyarət edim. Gedəndə də ziyarət edirəm, gələndə də. Bəzən yuxuma da girir, amma yadımda qalmır. Zöhrə Abdullayeva, Aslan Hüseynov, Arif Quliyev və s. sənətkarlarımız dünyalarını dəyişdilər. Pandemiya görün bizdən kimləri aldı. Hər insan gündə 3 dəfə öz ölümünü yadına salsa, vallah pislik etməz. Pisliklə dünyanı tutub, hara gedəcəksiniz? Mahnı üstündə qırğın edirlər, ay bala, goruna aparacaqsan?! Mahnı oxunmaq üçündür də. Mənim mahnılarımı bütün el-aləm oxuyur. Halal xoşları olsun. Mahnı oxunduqca yaşayır. Müğənnilər tanıyıram ki, kimlərsə onların mahnılarını oxuduqlarına görə məhkəməyə veriblər. Ayıbdır!”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış və sevilən müğənni Nazənin Salayevadeyib. Sənətçi kiçik oğlu Orxanın qısqanc olduğunu bildirib.

“Kiçik oğlum Orxan qısqanc idi. Adımı daşıyan nəvəm Nazəninə görə qısqanclıq edirdi. İndi Nazəninlə ulduzu barışıb, balaca Rəhimlə yola getmir. Tək böyüyən uşaqlar axı aqressiv olurlar. Orxan bir az nisbətən şıltaqlıqlarını qoyub kənara. Əvvəlki Orxan deyil. Əvvəl otağına buraxmırdı uşaqları. Mənə göz-qaş edirdi ki, getsinlər. Bilmirəm hansı sənətin sahibi olacaq?! Elə yaş dövrüdür ki, hələ fikirləri dağınıqdır. Gecə başqa sənət deyir, səhər başqa sənət” deyə müğənni bildirib.

“Fəxri adınız yoxdur. Bu sizin üçün önəmlidir?” sualına müğənni belə cavab verib.

“Xeyr, fəxri adın mənim üçün heç bir önəmi yoxdur. İnsana ad bir dəfə valideyni tərəfindən verilir. Siz heç eşitmisiniz ki, desinlər Amerikanın xalq artisti? Dünyanın heç bir yerində belə şey yoxdur. Bu Sovetdən qalma ən-ənədir. Birinin maaşı 60 manatdır, birinin maaşı 120 manat. Sözün düzünü deyim ki, heç gözləntim də yoxdur. Xalq bizi sevir. Xalqın sevimli müğənnisi adı hər şeydən üstündür. Əlbəttə ki, dövlətin verdiyi fəxri ad daha şirin olur. Bəzən hansısa sənət yoldaşlarım inciyir. Vallah, Allahın qismətində varsa veriləcək, yoxdursa verməyəcəklər. Buna görə məyus olmağa dəyməz” deyə sənətçibildirib.

Bölmənin digər xəbərləri

10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO
06 May 2025 “İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva
06 May 2025 "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"
06 May 2025 Tünzalə Ağayeva Sura Əsgərlinin İNTİHARINDAN DANIŞDI
05 May 2025 "Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"
05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO
05 May 2025 "Heç bir kanalda məni işə götürmədilər" - FOTO
04 May 2025 "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"

Dünyapress TV

Xəbər lenti