Ardını oxu...
  

“Qazancımızın çox hissəsini sənətə xərcləyirik. Əgər məndən soruşsanız ki, ən böyük xərciniz nə olub, cavab verəcəyəm ki, mahnı, klip, konsert və səhnə geyimləri”.

Musavat.com olay-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “Danışır radio” verilişində deyib.

O bildirib ki, kiminsə əlinə baxsa, həyatının sonu olar: “Türkiyədə müğənni bir mahnı oxumaqla qazandığı pullarla hotel alır. Amma bizdə belə deyil. Pul mənim üçün rahatlıq və müstəgillik vasitəsidir. Mən heç kimdən aslı olmamalıyam. Həyatımın sonuncu günü olar ki, kiminsə əlinə baxım. Pulum az olanda kefim pozulur. Misal üçün, pandemiya vaxtı fikir edirdim. Əlimin altında qaraj vardı. Onu satdım ki, o pulla 4-5 ay dolana bilim. O müddətdə yanımda çalışan insanlara hər ay maaş verdim”.

Ardını oxu...
   

Pop ulduz Hadise ilk dəfə iş adamı Mehmet Dinçerlerdən boşanmasından danışıb.

Bu barədə o, Fatih Altaylının qonağı olarkən açıqlama verib:

“O barədə danışmaq istəmirəm. Çünki aramızda bir-birimizdən danışmamaq haqqında razılaşma imzalanıb. Lakin  insan həmin an özünü yaxşı hiss etdiyi, inandığı və rahat olduğu üçün evlənir. Mən indiyə qədər inanmadığım heç nəyə daxil olmadım. Amma olmadı. Bir də evlənərəm? Hə. Bir də boşanaram? Hə!”   (olay)

Ardını oxu...Ardını oxu...Ardını oxu...

 
 
 
Ardını oxu...
Məşhur fransız aktyoru Nils Arestrup 75 yaşında Parisdə vəfat edib.

TEREF kult.az-a istinadla xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat yayıb.

"Arestrup ailəsinin əhatəsində dünyadan köçüb", - həyat yoldaşı bildirib.

Aktyorun ölüm səbəbi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Nils Arestrup "Peyğəmbər", "Ürəyimin döyüntüsü dayandı", "Onun adı Saradır", "Döyüş atı" kimi məşhur filmlərdə rol alıb.
 
Ardını oxu...
"Çadır toyuna gedib, necə oxuyubsa, görüb halı yoxdur. Ciyərləri ağrıyıb, səhəri həkimə yollanıb. Analiz, yoxlanış, qan, bütün metastaz görünüb. 2020-ci ildə 48 kiloqram olmuşdu. Biz xəstəliyini bilmirdik, gizlədib. Bir dostundan öyrəndik. Bacımla xəstəxanaya getdik, həkim soruşdu bacısısınız? Haradasınız, niyə gəlmirsiniz? Dedik, bilmirdik. İl yarım müalicə ilə qaldı. Ağrıları
Bu sözləri mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova "Həftənin qonağı" verilişində deyib.

O, xanəndənin xəstəliyindən danışıb. Zümrüd bildirib ki, A.Bəylər xəstəliyi ərəfəsində çox ağır günlər yaşayıb:

"Konsertdə rəngi sarı, boğuq idi. Sən demə, zəhər bütün bədəninə keçib. Qanı zəhərlənib. Bizi arxayın edirdi ki, yaşayıram, ölməyəcəyəm. Qızı ilə öz evində qalırdı".

Zümrüd bacısının son vəsiyyətini açıqlayıb:

"Dekabrın 31-də tədbirdən ağrı ilə gəldi. Ayın 1 və ya 2-si Türkiyəyə gedəcəkdi. Dedi ki, inanmıram oradan qayıdım. Uşağımı sənə tapşırıram, onu yüksək səviyyədə oxutdur. Ali təhsilli et. Ağlımıza gəlməzdi belə olar, yoxsa qoymazdıq. Özü bir rəfiqəsi ilə tək getdi".//Axşam.az
 

Ardını oxu...
 

"Bəxtim onda gətirib ki, həyat yoldaşım mən verdiyim məsləhətə qulaq asır. Hər zaman yanımdadır. "Aşkım, aşkım... " O heç televizora baxmır. Onu çox istəyirəm".

Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli qonaq olduğu "Qonaqcanlı" verilişində deyib.

Sənətçi İran əsilli fitnes məşqçisi, həyat yoldaşı Məhəmmədrza Məhəmmədi ilə münasibətlərindən söz açıb.

N. Ələsgərli bildirib ki, həyat yoldaşı əsəbiləşəndə o susur:

"O mənim dostum, həyat yoldaşım, sirdaşımdır. Biz bu yolda onunla bərabər addımlamışıq. Pis günlərimdə də mənə dəstək olan, əsəbiləşəndə məni sakitləşdirən. Haqsızlıqlar görmüşəm, qışqırıb, bağırmışam, çıxmışam özümdən avtomobildə. O isə bu anda məni sakitləşdirib. Deyib ki, xanım fikir vermə (gülür). O çox səbrli insandır. Amma vay o günə ki, həyat yoldaşım hirslənsin. O əsəbiləşəndə mən susuram. Əbəttə ki, güzəştə gedirəm. Qadın güzəştə getməsə o iş getməz. Hər zamam haqlı ola bilmərsən ki... Lap haqlı olsan da belə susmağı bacarmalısan. Hörmət əsasdır. Biz hansı dövrdə yaşayırıq... Nə qorxu? Bizim aramızda hörmət var. Bizim zarafatlarımız da, söhbətlərimiz də, davamız da tutur".

Qeyd edək ki, Nüşabə Ələsgərlinin birinci evlilikdən bir oğlan və bir qız övladı var.

Ardını oxu...

Ardını oxu...

 
 
 
Ardını oxu...
  

Liam Peynin ölümü ilə bağlı yeni detallar üzə çıxıb. 

Onun otağından qaçmağa çalışarkən həyatını itirdiyi iddia edilib.  Məlumata görə, işçilər onun foyedə sərxoş olduğu, əşyalara zərər verdiyini və otaqda qalmaq istəmədiyini deyiblər.  Bildirilib ki, Peyn “Eyvandan qaçacağam” deyib. Bundan əlavə, hotel işçiləri 911-ə zəng edərək məlumat veriblər.

Ardını oxu...

Polis ölümündən öncəki kamera görüntülərini araşdırmağa davam edərkən Peynin otağında iki yüngül əxlaqlı qadınla parti etdiyi məlum olub.

Peynin cansız bədəni çiynindəki çanta ilə tapılıb. Bir mərtəbə aşağıda tapılan “Liam üçün” yazılan çanta isə onun ikinci mərtəbəyə keçmək istədiyini təsdiqləyib. Çantada dərmanlar və içki şüşəsi olub. Polis hadisənin intihar olmadığını, Peynin yıxılarkən yarı şüusuz və ya tamamilə özündə olmadığı bildirilir. Hotel işçiləri və dostu Roqelio Noresin sorğusu isə davam etdirilir. Nores Peyni tək qoymadığını, o, yıxılmazdan qısa zaman öncə hoteldən çıxdığını deyib. (olay)

Ardını oxu...

 
 
 

Ardını oxu...
 

Daha bir tanınmış tiktoker həbs edilib.

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Məlumata görə, tədbirlərlə 28 yaşlı “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov saxlanılıb. Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.

Müvafiq qərarla R.Süleymanzadə 45 sutka inzibati qaydada həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.

Ardını oxu...
"Hazırda bir özüm, bir də övladım üçün yaşayıram. Qaradşımla heç bir əlaqəm yoxdur. Onunla danışmağımız mümkün deyil".

Lent.az xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva deyib. Qardaşı ilə küsülü olan aktrisa aralarında olan problemdən danışıb.

"Anam rəhmətə gedəndən sonra məni ləyaqəsiz vərəsə kimi məhkəməyə verdi. Anam öləndən sonra qapıma gəldilər, bağışladım. Bilmədim ki, pambıqla baş kəsirlər.

Təşəkkür edirəm, məhkəmə iddianı qəbul etmədi. Bizim barışığımız mümkün deyil. İnsan kənardan özünü qoruya bilir, amma ağacı qurd içindən yeyər. Özününkü sənə arxadan zərbə vuranda heç nə edə bilmirsən".
 
Ardını oxu...
Qarşıdan gələn Yeni il bayramı üçün azərbaycanlı müğənnilərin səhnədə çıxış qiymətləri bəlli olub. Şou-biznes nümayəndələrinin bəziləri paytaxtda, bəziləri isə bölgələrdə yeni il günü səhnəyə çıxacaqlar.

TEREF Baku.ws-ə istinadən sənətçilərin həmin gün üçün əldə edəcəkləri qonorarın miqdarını təqdim edir:

Xalq artisti Röya Ayxan Yeni il günü paytaxtın dəbdəbəli məkanlarından birində sevənlərinin görüşünüə gələcək. Sənətçinin həmin gün alacağı qonorarı öyrənmək üçün mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən bu barədə açıqlama verilməsə də, kulislərdə gəzən məlumata görə səhnəmizin ulduzu Yeni il günü 100 000 AZN-ə yaxın qonorar alacaq.

Xalq artisti Aygün Kazımova da Yeni il gecəsi Bakıda çıxış edəcək. Ppo diva 4 fərqli məkanda pərəstişkarlarını öz ifaları sevindirəcək. Kulislərdə gəzən məlumata görə, Xalq artisti bir çıxışı üçün 40 000 AZN qonorar alacaq.

Əməkdar artist Elton Hüseynəliyev Yeni il günü xarici ölkələrdən birində səhnə alacaq. Saytımızın əldə etdiyi məlumata əsasən, ifaçı ərəb ölkələrindən birində 30 000 dollar (təxminən 51 000 AZN) qonorar qarşılığında səhnəyə çıxacaq.

Əməkdar artist həmin gün Lalə Məmmədova paytaxtda çıxış edəcək. İfaçı 20 dəqiqəlik çıxışından 8000 AZN qazanacaq.

Müğənni Nigar Camal paytaxtda məkanlardan birində 10 000 AZN qarşılığında öz ifaları ilə sevənlərini feyziyab edəcək.

Müğənni Elçin Cəfərov Yeni il günü 20 dəqiqəlik çıxışından 10 000 AZN qazanacaq.

Müğənni Samirə Əfəndi bayram günü çıxışından 8000 AZN qonorar əldə edəcək.

Müğənni Mehin Hümbətova dilbər guşələrimzidən olan Qusarda səhnəyə çıxacaq. O, 20 dəqiqəlik çıxışı üçün 8000 AZN qazanacaq.

Müğənni Dilarə Kazımova Yeni il çıxışından 3000 AZN qazanacaq.

Səhnəmizin ekstravaqant müğənnisi Samir Bağırov həmin gün 2500 AZN-ə səhnəyə çıxacaq.

Gənc müğənni Nuran paytaxtın 8 məkanında ifalarını səsləndirəcək. Sənətçi hər çıxışından 2000 AZN qonorar alacaq.
 

 

Ardını oxu...
Azərbaycanda daha bir tiktoker qiyabi həbs edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə Nərimanov rayon Məhkəməsi qərar çıxarıb.

Belə ki, tiktoker Duana Quliyeva canlı yayımda olarkən bir nəfər onu söyüb. Duana onu adından tanıyıb və əvvəllər evində işləyən usta olduğunu bilib. Bu barədə o, ustanı ona tanıdan şəxsə məlumat verib. Həmin şəxs digər iki qohumu ilə birgə ustanı taparaq, Nərimanov rayonunda binalardan birinin arxasında Duana ilə görüşdürüblər. Burada usta Duanadan üzr istəyib və onun ayaqqabısından öpməyə məcbur edilib.

Hadisədən sonra usta polisə şikayət edib.

Nəticədə Duananın barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Nərimanov rayon Məhkəməsi Duana və digər iki nəfər barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.
 
 

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın İnstaqram profili növbəti dəfə bağlanıb.

Gununsesi.info-nun məlumatına görə, son günlərdə Azərbaycanda bəzi həkimlərin saxta diplomlarla fəaliyyət göstərdiyini iddia edən paylaşmaları ilə diqqət çəkən Ataşovanın profili daha əvvəl də şikayətlər nəticəsində bloklanmış, lakin sonradan yenidən aktivləşmişdi.

Jurnalist bir neçə gün əvvəl təhdid edildiyini də bildirib.

Dünyapress TV

Xəbər lenti