Ardını oxu...
  

“Gənclik vaxtlarımda danışmadığım müğənnilərə çox stress yaşatmışam. İllər əvvəl bir mötəbər toy məclisi keçirildi. Orada mən təşkilatçi idim. Toyun aparıcısı Afaq Gəncəli, məclisi başdan sona kimi oxuyan isə Əməkdar artist Elton Hüseynəliyev idi. Məclis hotellərin birində idi. Danışmadığım, aramızda iki il məhkəmə çəkişməsi olan o xanım müğənninin sözügedən toy məclisindən əvvəl keçirilən xına məclisində iştirak etməsinin qarşısını aldım. Toy yiyələrinə dedim ki, o xanım müğənnini görəndə əhvalım neqativləşir”.

Bu sözləri aparıcı və prodüser Tarix Əliyev (Tolik) qonaq olduğu “Afaqla onlar” verilişində deyib.

Tolik bildirib ki, illər əvvəl təşkilatçısı olduğu toyların birində müğənni Natavan Həbibinin çıxışına mane olub:

“Bilmədim necə amma o həmin xanım müğənni özünü həmin toy məclisinə saldı. O xanımla düşmən mövqeyində idim. Afaq mənə söylədi ki, illərdir peşəkar səhnədəyəm və buna görə də heç kim mənə deyə bilməz ki, kimisə səhnədə təqdim etməyim. Ona dedim ki, sən Afaq mənim dostumsan və mən səndən bir dost kimi xahiş edirəm ki, o müğənnini səhnədə təqdim etmə. Afaq dedi ki, o zaman mən səhnədən çıxıb gedəcəyəm. Söylədim ki, getmə… Amma o çıxıb getdi. Bütün musiqiçiləri ayağa qaldırdım. Dedim ki, biriniz də orada oturmayacaqsınız. Həmin müğənni məclisdə mahnısını oxuyanda səs rejissoruna öncədən pul vermişdim ki, onun səsini dayandıracaqsan. Elə də oldu. Mən həmin xanım müğənniyə toyda etdiklərimi illər sonra etiraf etdim. Bu mənim gənclik illərimdə olan aqressiyam idi. Bu müğənni Natavan Həbibi idi. Bu haqda Natavan özü də dəfələrlə efirdə danışıb. Amma bu kimi şeylər indi etmərəm”.  (olay)

 
 
 
Ardını oxu...
Xalq artisti Aygün Kazımova sosial mediada paylaşım edib.

AzFakt.com xəbər verir ki, Xalq artisti yeni görüntülərini izləyiciləri ilə bölüşüb. A.Kazımovanın paylaşımına xoş sözlər yazıblar. Onun görünüşünə çoxsaylı bəyəni gəlib.

Sözügedən videonu təqdim edirik:

Ardını oxu...
Türkiyəli məşhur müğənni Yıldız Tilbe bu dəfə də geyimi ilə gündəmə gəlib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nişantaşında görüntülənən sənətçi taykeş ayaqqabıları diqqət çəkib.

Onun səliqəsiz geyimi də müzakirələrə səbəb olub.

Həmçinin keçmiş meneceri Haluk Şentürklə görüşən Tilbenin yenidənonunla çalışmağa başaldığı deyilir.

Görüntüləri təqdim edirik:

 
 
 
Ardını oxu...
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov qorxu dolu anlar yaşayıb.

Hadisə Hüseynin dostları ilə birgə çoxmərtəbəli binaların liftində baş verib.

Belə ki, onlar Həsənovun klostrofobiyadan (qapalı məkan qorxusu - red.) əziyyət çəkdiyini bilə-bilə lifti 20-ci mərtəbədə ondan xəbərsiz dayandırıblar.

Bu anda bloger liftin düymələrini bir-bir basmağa başlayıb. Az keçməmiş liftin qapıları açılıb və onlar liftdən çıxıblar.

Lifti tərk edən Həsənovun qorxudan bir neçə saniyəlik halı pisləşib.

Həmin anları dostlarından biri telefonun kamerasına həkk ediblər. Bloger isə sözügüdən videonu instaqram səhifəsində “Mən liftləri sevmirəm. Aranızda onları mənim kimi sevməyənlər var?” şərhi ilə yayımlayıb.

 
Ardını oxu...
Aparıcı Zaur Kamal və müğənni Əminə Şirin arasında "Həmin Zaur" verilişində gərginlik yaşanıb.

Axşam.az xəbər verir ki, buna səbəb isə müğənninin proqrama gecikməsi olub.

Zaur Kamal müğənniyə "Xoş gəlmisiniz, sizi başa düşürəm, xanımsınız. Bəs o birilər niyə gecikir? Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Röya Ayxan gecikmirlər" sözlərini deyib.

Əminə Şirin isə "Orada birtəhər salamlaşdınız, burada da xoş gəldiniz deyirsiniz. Siz bizim yerimizə olsaydınız nə edərdiniz? Verilişi aparırsınız və gedirsiniz. Bizim klipimiz, efirimiz, salonumuz var. Heç kim bilərəkdən bunu etmir. Narazısınızsa, gedə bilərəm. Xanım olaraq məndən üzr gözləyirsiniz. Çox aqressivsiniz. Tamaşaçılardan üzr istəyirəm. Qonağı belə qarşılamazlar. Məni cücə-mücə ilə səhv salırsınız. Bunu "Yeni ulduz"dan dünən "çık" edənlərə tətbiq edə bilərsiniz" sözlərini deyərək efiri tərk edib.
 
Ardını oxu...
Yerli məşhurların şəxsi həyatı, lüks malikanələri, bahalı avtomobilləri qədər toy qiymətləri də daim müzakirə edilən mövzulardandır. Övladının şad günündə müğənniləri görmək istəyənlər isə bunun üçün ətək-ətək pul ödəməlidirlər desək, yanılmarıq.

XALQ.AZ bu dəfə məşhurların toy qonorarlarının nə qədər olduğunu araşdırıb. Məlum olub ki, yarım saatlıq çıxış üçün qiymət bütöv toy qiymətindən ən azı 3 dəfə az olur. Yarım saatlıq ifaya 4-5 mahnı daxildir. Toyu əvvəldən sona kimi idarə edən müğənnilər ansambl, aparıcı, rəqs qrupu və ümumi şou-proqramın xərclərini də xidmət haqqına əlavə edir. Bu səbəblə də sənətçilər bütov toy idarəsi üçün yüksək məbləğdə pul tələb edirlər.

Show.az tanınmış müğənnilərin toy qiymətlərini təqdim edir:

Xalq artisti Brilliant Dadaşova toyda yarım saata 6000 AZN qonorar əldə edir. Məclisdə ansamblla çıxış edərsə, sənətçinin alacağı məbləğ 15000 AZN-ə qədər yüksəlir.

Xalq artistləri Aygün Kazımova, Röya Ayxan və Miri Yusif toyda yarım saata 8000 AZN qazanırlar.

Xalq artisti Faiq Ağayev məclisdə yarım saatı 4000 AZN-ə, bütöv toyu isə 8000 AZN-ə oxuyur.

Xalq artisti Tünzalə Ağayeva toydan yarım saata 4000 AZN qonorar əldə edir.

Xalq artisti Zülfiyyə Xanbabayeva məclisdə yarım saatı 4500-5000 AZN-ə çıxış edir.

Əməkdar artist Elton Hüseynəliyev toydan yarım saata 4000 AZN qonorar əldə edir. Məclisdə ansamblla çıxış edərsə, 12000 AZN qazanır.

Əməkdar artist Abbas Bağırov məclisdə ansamblla birgə 20000 AZN-ə çıxış edir.

Əməkdar artist Könül Kərimova toyda yarım saatı 3000 AZN-ə, ansambl ilə 8000 AZN-ə oxuyur.

Əməkdar artist Ədalət Şükürov məclisdə yarım saatı 3000 AZN-ə oxuyur.

Əməkdar artist Xumar Qədimova toyda yarım saatı 4000 AZN-ə çıxış edir.

Əməkdar artist Manana Caparidze məclisdə yarım saata 4500 AZN qonorar əldə edir.

Müğənni Xatirə İslam toyda yarım saatı 3500 AZN-ə çıxış edir. Bütün toyu isə 10000 AZN-ə oxuyur.

Meyxanaçı Namiq Qaraçuxurlu məclisdən yarım saata 3000 AZN qazanır.

Müğənni Nadir Qafarzadə toyda yarım saatı 4000 AZN-ə oxuyur.

Müğənni Günay İbrahimli və Sevda Yahyayeva məclisdə yarım saatı 3000 AZN-ə çıxış edirlər.

Müğənni Rüfət Axundov toyda bir saatı 2000 AZN-ə, bütün toyu 4000 AZN-ə oxuyur.
// Baku.ws
 
Ardını oxu...
Müğənni Şəbnəm Qəhrəmanova şəxsi həyatə ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, “Həmin Zaur” proqramına qonaq olan ifaçı atası ilə bağlı etiraf edib.

O bildirib ki, 15 yaşından sonra atasını heç vaxt görməyib.

Sənətçi bu barədə məlumat verdikdən sonra kövrəlib.

 
Ardını oxu...
 

Rəqqasə Fatimə Fətəliyeva sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Rəqqasə illər əvvəl türkiyəli müğənni İbrahim Tatlısəslə çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb.

Fatimənin estetiksiz görünüşü təəccübləndirib.

Ardını oxu...

Milli.Az

Ardını oxu...
34 yaşlı Julia Fox metroda çəkiliş üçün qırmızı yapışqanla və paltarsız poz verib. Onun retro üslubunda saç düzümü və makiyajı da olub.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Çəkiliş, digər sərnişinlər arasında metro vaqonunda həyata keçirilib.

Ötən həftə Julia Fox, Nyu-Yorkda tibb bacısı tərzində bir kostyumla gəzintiyə çıxıb. O, bağlamaq üçün ağ paltar, mini ətək, corablar, qalın dabanlı ayaqqabılar, əlcək və baş bandı geyinib. Model görünüşünü böyük dəridən çanta ilə tamamlayıb. Saçlarını açıq buraxaraq, mavi göz kölgəsi və qəhvəyi dodaq boyası ilə makiyaj edib.

Julia Fox — aktrisa, model və bloqerdir, xüsusilə açıq-saçıq geyimləri ilə məşhurdur. 2022-ci ildə o, reper Kanye West ilə münasibət qurub, amma bu əlaqə yalnız bir buçuk ay davam edib.
 

Dünyapress TV

Xəbər lenti