Ardını oxu...
 

Bir müddətdir ayrılıq xəbərləri yayılan Azərbaycan əsilli akrtisa Çağla Şikel və sevgilisi Nail Gögenli barışıb.

Lent.az xəbər verir ki, Nail Gögenli sevgilisi ilə qucaqlaşdığı şəkli sosial şəbəkə hesabında paylaşaraq “Deyiləcəklər yazıldı” ifadəsini qeyd edib.

Xatırladaq ki, aparıcı və aktrisa Çağla Şikel müğənni Emre Altuğla 2015-ci ildə boşanıb. Onların 2 oğlu var.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...
“Qız uşaqları çirkin "qədeşvari" rəqslər edir”.

DİA.AZ Lent.az-a istinadla xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında bəstəkar müğənni Murad Arif yazıb.

"İnstaqram və TikTok-da çox bərbad, nataraz, əyilə-bükülə, ayaqlarını əyri ataraq oynayan oğlanlar məşğələlər yaradır. Görürəm ki, o məşqlərə yazılan onlarla balalarımız, qız uşaqları da daxil, beləcə, çirkin "qədeşvari" rəqslər edir. Biri də demir ki, "ay bala, milli rəqslər belə ayaqlarını əyri qoyaraq oynanılmaz"... Qız uşaqları heç belə oynamaz. İyrəncdir. Nə "müəllimi" qanır, nə də valideyni",- deyə o son zamanlar trend olmuş milli rəqs kurslarını tənqid edib.

Qeyd edək ki, son illər toylarda xüsusi rəqs qruplarının sifarişlə rəqs etmələri dəb halını alıb. Əvvəllər belə qruplar yalnız oğlanlardan ibarət idisə, indi qızlar da oğlanlara bənzər qruplar yaradıb, oğlan rəqsləri edirlər. Milli rəqs adı verilmiş bu rəqslər isə əslində peşəkar yox, həvəskar səviyyəsi ilə haqlı narazılıqlara səbəb olur.

Ardını oxu...
Azərbaycanda yay aylarında istirahət sektorunda qiymətlərin bahalaşmasıyla bağlı şikayətlər intensiv xarakter alır. Vətəndaşlar sosial şəbəkələrdə yazır ki, rayonlardakı bir çox otellərdə yay tətilini keçirmək üçün orta aylıq əməkhaqqı yetərli deyil.

Lakin bir müddət əvvəl tanınmış teleaparıcı Elgiz Əkbər Qəbələdəki vəziyyət barədə açıqlama verərək qiymətlərin heç də deyilən kimi olmadığını iddia etdi. Onun sözlərinə görə, Qəbələdə bütün otellər, istirahət mərkəzləri və fərdi evlər doludur və yer tapmaq demək olar ki, mümkünsüzdür. E.Əkbərin sözlərinə görə, rayonlarda restoranların qiyməti də Bakıdan daha ucuzdur.

DİA.AZ bildirir ki, məsələ ilə bağlı əslən Qələbədən olan Əməkdar jurnalist İttifaq Mirzəbəyli Yenisabah.az-a danışıb. O, vəziyyətin qətiyyən Elgiz Əkbərin dediyi kimi olmadığını bildirib:

"Bu açıqlamanı oxuduqdan sonra hətta sosial şəbəkə hesabımda da bu barədə post paylaşmışdım. Vəziyyət heç də deyildiyi kimi deyil. Qəbələdə turistlərə göstərilən xidmət Tbilisidə göstərilən xidmətdən 20 dəfə bahadır. İki dəfə baha olsaydı, haradasa başa düşmək olardı, amma düz 20 dəfə oradan daha bahadır. Qəbələdəki kanat yolu ilə getmək üçün 20 manat ödəməlisən, Tbilisidəki həmin kanat yolunun gediş haqqı bizim pulla 2 manat 50 qəpikdir. Hər şey Tbilisidəki xidmətdən daha bahadır.

Ümumiyyətlə, mən Elgiz Əkbərin adını belə çəkmək istəmirəm, çünki o, mətbuata, jurnalistikaya, televiziyaya ləkədir. Mən sosial şəbəkə hesabımda paylaşım etdikdə belə qeyd etmişdim ki, "hansısa aparıcı". Əgər başa düşsə, ona başa salmaq istəmişəm ki, Qəbələdəki xidmət çox baha qiymətədir. Bundan artıq heç nə deyə bilmirəm. Mən Elgiz, Zaur, Xoşqədəm kimi adamları mətbuata ləkə hesab edirəm və onlar haqqında heç nə demək istəmirəm".
 
Ardını oxu...
Baku TV-də yayımlanan “13 sual” verilişinin növbəti buraxılışı efirə gedib.

Verilişin budəfəki qonağı müğənni Əli Mirəliyev olub.

O, müğənnilərin səhnə geyimlərinə birmənalı münasibət göstərilməməsindən danışıb: “Biz tamaşaçılara nümunə olmalıyıq. “Mən müğənniyəm, istədiyim kimi geyinərəm” fikri düzgün deyil. Anan səni kişi doğub. Bilsəydi ki, sonradan nakişi olacaqsan, səni abort etdirərdi”.

Əli Mirəliyev meyxananın hind üslubunda oxunmasına da münasibət bildirib: “Hindistanda meyxana var?! Kərim, Ağamirzə meyxananı hind üslubunda demir ki. Hind musiqisi hara, meyxana hara?! Meyxana deyə bilməyənlər deməsinlər!”

 
Ardını oxu...
"Fatimə məcburdur, üzr istəyəcək. Qanun qarşısında bunu edəcək. Çünki apellyasiya məhkəməsini də uduzub". TEREF.AZ axşam.az-a istinadla xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli "Mirinin dibçəyi" yutub layihəsində deyib. O, rəqqasə Fatimə Fətəliyeva ilə yaşadığı qalmaqaldan danışıb:

"Məni klinikaya çağırdılar, reklam etməyimi istədilər. Mənə dedilər ki, necə gəlməyinizi soruşan olsa, deyin pul ödəmişəm. Qayıtdım ki, niyə? Məni özünüz çağırmısınız, nəyi gizlədək? Klinikanın böyüyü dedi ki, "sizin daşınız ağırdır. Bir rəqqasə var gəlmək istəyir. Bizdə müalicə alıb, gedəndən sonra da izləmədən çıxartdı. İndi yenə gəlmək istəyir, deyirik, yer yoxdur. Cavab verdi ki, mənim kimi gözəl rəqqasəni qoyub, niyə kobud Naziləni çağırırsınız?". Onun haqqında ağzına gələni də söylədi. Amma adını çəkmədi. Mən də status paylaşdım. Mənim özümə də həmin rəqqasənin Fatimə olduğu sürpriz olub. Özü paylaşım etdi ki, Fatimədir. Fatimə ilə dərdim yoxdur. Ona da dedim ki, səhv etmisən. Üzr istəmə şansın var. Bütün hallarda məndən üzr istəyəcək. Deyir rəqs paltarı götürüb getmisən. Mən bu boyda çəkidə rəqs paltarını harama geyindim?

Həmin çıxışımdan sonra Fatimənin ətrafında olan insanların 90 faizi mənə zəng vurub "əcəb etdin" dedi. Pis oldum ki, deməli, məndən də ona deyirlər".

Nazilə Fatimənin bir vaxtlar onunla özünün barışdığını söyləyib:

"Bir dəfə mənimlə danışmaya-danışmaya "Maşın şou"ya gəldi. Dedi ki, Naziləyə görə gəlmişəm. Bir dəfə də xına məclisi ondan çıxıb mənə gəlib. Zəng ediblər ki, Fatiməyə sifariş verdik, dünən qohumun toyunda oldu, xoşum gəlmədi. Sizi istəyirik. Ondan çıxıb, mən götürməsəm başqasına gedəcək. Götürmüşəm".

Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Nazilə məhkəmədə qalib gəlib, Fatimə isə apellyasiyaya müraciət edib. O, bir müddət əvvəl apellyasiya məhkəməsini də uduzub.

Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.
 
     
Ardını oxu...
57 yaşlı radio aparıcısı Kris Evansə dəri xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə NME nəşri məlumat yayıb .

Evansın sözlərinə görə, xərçəng erkən mərhələdə aşkarlanıb və effektiv şəkildə müalicə edilməlidir.

"Bu melanomadır. Buna bədxassəli melanoma deyilir, amma məncə bu tərif lazımsızdır, çünki melanomadırsa, artıq bədxassəlidir. Ancaq onu erkən tapdılar, buna görə də o, tamamilə müalicə edilməlidir ", - aparıcı deyib.

Radio aparıcısı sentyabrın 14-də müalicəyə başlayacaq.

"Təxminən bir ay sonra mən qaça bilməyəcəm, ona görə də müalicədən sonra yalnız qaçmağı planlaşdırıram"- deyə o zarafat etdi.

Qeyd edək ki, 2015-ci ildə Chris Evansa prostat xərçəngi diaqnozu qoyuldu.
Ardını oxu...
 
Ardını oxu...
"Sabahdan nənəm rəhmətlikdən enli tuman qalıb, onu geyinib, çıxacam səhnəyə. Qonşudan qalma dala. Bəs necə, Əhməd məgər insan deyil?"

Publika.az bildirir ki, bu sözləri müğənnir Nadir Qafarzadə şortikdə səhnəyə çıxan türkiyəli həmkarı Mahsun Kırmızıgül barəsində səsləndirib.
55 yaşlı arabesk ifaçısının şortiklə səhnəyə çıxması Nadir Qafarzadəni özündən çıxarıb:

"55 yaşı var, cavanlıqda şortik geyinməyib axı. Özü də pop ifaçısı deyil, arabesk oxuyur. Bizim müğənnilər şortik geyinsəydi, vedrə, ləyən, vanna bağlamışdılar".

Nadir Qafarzadə daha sonra izləyiciləri barədə təhqiredici ifadələr səsləndirib. Müğənninin bu davranışı izləyicilərin qəzəbinə tuş gəlib, sərt tənqid olunub.(Musavat.com)
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

 

 

ABŞ-də pop müğənnisi Keti Perrinin hitlərinin müəllifi, 48 yaşlı Kamila Leyert-Sequra itkin düşüb.

Bu barədə bəstəkarın dostları xəbər veriblər.

Onların sözlərinə görə, qadını sonuncu dəfə iyunun 29-da görüblər.

“Keti Perrinin “Walking On Air” hitini yazan müğənni-bəstəkar və modelin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır”, – deyə məlumata bildirilir.

Qeyd olunur ki, Leyert-Sequra Beverli Hillsdə yoxa çıxıb. İyun ayından bəri onun harada olmasından xəbər yoxdur.

Bəstəkarın dostları onun qaçırıla biləcəyini istisna etmirlər.

 

Mənbə: Sky News

Ardını oxu...Xeberal.az

Ardını oxu...
Məhkəmə pop müğənnisi Maykl Ceksona qarşı pedofiliya iddialarını yenidən açıb.

İddia xoreoqraf Ueyd Robson və aktyor Ceyms Seyfçak tərəfindən qaldırılıb. İddiaya görə, onlar uşaq olanda Cekson tərəfindən zorlanıblar.

Xatırladaq ki, 2013-cü ildə kişilər Ceksonun sağlığında sahibi olduğu və iddiaçıların fikrincə, onları sui-istifadədən qorumalı olan “MJJ Productions” və “MJJ Ventures Inc” korporasiyalarını məhkəməyə vermişdilər. 2020-ci ildə iddialar Los-Anceles Ali Məhkəməsi tərəfindən rədd edildi, çünki məhkəmə korporasiyaların uşaqları heç bir şəkildə müdafiə edə bilmədiyi qənaətinə gəlib.

Hazırda isə Los-Anceles İkinci Dairə Apellyasiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib.

Qeyd edək ki, Robson və Seyfçukun hekayəsi 2019-cu ildə HBO kanalında yayımlanan “Leaving Neverland” sənədli filmində geniş işıqlandırılıb.
Ardını oxu...
Ardını oxu...
Mənbə: Gazeta.ru
 
Ardını oxu...
Bəzi gənc mügənnilərmiz var. Sözün əsl mənasında həqiqətəndə istedad, bacarığa malikdir. Amma təssüflər olsun ki, onların imkanları sponsorları olmadığı üçün, onları istər televiziya məkanlarında istər yerli mətbuatda rast gəlmək olmur.
Ardını oxu...
Gənc mügənni Aysel Manaflı "Azərbaycan Reallığı"na açıqlamasında bildirir ki, İndi sponsor tapmaq elə də çətin iş deyil. Sadəcə bəziləri bizdə xanım mügənniyə sponsorluq edirsə dərhal beyninə başqa düşüncələr gəlir. Misal üçün ölkəmizdə bahalı restoran, məkanları var adı onların şhou-biznes proqramına düşmək üçün rəhbərliklərindən kiminləsə danışıq aparırsan, elə həmin dəqiqə başqa niyyətlə yatağ təklif edir.

Sponsorluq edəcək qurumlarında hansısa rəhbər şəxsləri mügənniyə o niyyətlə münasibət göstərir və salam-sağ ol edir.

Təbiki bununla razılaşan müğənnilərimiz də az deyil. Ona görə də bu sənət adı gələndə insanlarda tam başqa təsürat yaranır. Xüsusən də xanım mügənnilərə yeni səhnəyə çıxanlara bir sözlə xanım üçün çox çətin işdir.
Ardını oxu...
Aysel Manaflı özü ilə bağlı məsələyədə münasibət bildirib. O, şəxsi həyatından hələ ki danışmaq istəmədiyin bildirib. Bir neçə restoran məkanların şhou proqramlarının səhnəsində Aysel xanıma rast gəlmək olar. Ona toy və şənlik məclislərinədə təklif olunarsa iştırak edir və etməyədə hazır olduğunu bildirir.

Mügənni onu sevib məclislərində görmək istəyənlərin ödəniş məsələsində münasibət bildirib. "İndi insanların sosial durumu çətindir. Onun üçün ödəniş danışığında çalışdığmız qədər böyük ehtimalla razılaşmalar olur deyə mügənni qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti