"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir"
Beyləqan rayonu, Birinci Şahsevən kənd sakini Teymurlu Fərid Mahir oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. O, sosial yardımının kəsilməsindən şikayətçidir:

“Mən, Teymurlu Fərid Mahir oğlu, yazaraq bildirirəm ki, ailədə 4 nəfərik - mən, həyat yoldaşım, 2 yaşlı oğlum və 1 yaşlı qızım. Kirayədə yaşayırıq. Ailədə təkcə mən işləyirəm və 595 manat əmək haqqı alıram. Övladlarımız azyaşlı olduğu üçün yoldaşımdan işləməsi tələb olunmur.

Adıma torpaq, ev və maşın yoxdur. Keçən ilə kimi sosial yardım alırdım. Bu ilin aprel ayında vaxtı bitdiyi üçün 15.04.2024-cü il tarixində yenidən müraciət etdim. 01.05.2024-cü ildə sistem üzərindən yoxladım və gördüm ki, imtina cavabı gəlib. Səbəb isə çox gülməlidir, deyirlər ki, “Azərişıq” və “Azərqaz” abonent kodlarında uyğunsuzluq var.

Məsələ ilə bağlı 142 "qaynar xətt"inə zəng vurub, operatorla danışdım. Sual verdim ki, imtinanın səbəbi nədir? Mənə bildirdilər ki, bizlik deyil, “Azərişıq” və “Azərqaz” abonent kodunda uyğunsuzluq var, bu səbəbdən də sizə imtina verilib.

Mənə bildirdilər ki, probleminiz olan qurumlarla məsələni həll etməyə çalışın. Mən də problem yaradan qurumlarla əlaqə saxladım. Abonent kodunu onlara bildirdim, yoxladılar və dedilər ki, heç bir problem yoxdur. "Əgər sayğacda problem olarsa, ümumiyyətlə işləməz", - deyə bildirdilər.

Yenidən 142-yə, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng vurdum. Ordakı operatorların hər biri eyni sözü deyirlər ki, imtinaya səbəb "Azəriqaz" və "Azərişıq" abonent kodlarındakı uyğunsuzluqdur. Lakin onlar isə, "bizlik bir şey yoxdur" deyirlər.

Mən belə başa düşürəm ki, bu, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yeni bir oyunudur. Bu nazirlik "qara camaat"ın başına oyun açır.

Qeyd etdiyim kimi, özüm kirayədə yaşayıram, maddi durum çox pisdir. Bu qurum "yardım" adı altında insanlara işgəncə verməklə məşğuldur".

Bölmənin digər xəbərləri

10 May 2025 TƏBİB kimsəni SAYA SALMIR
09 May 2025 Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
08 May 2025 "Mənimlə maraqlanan yoxdur... borcum xərcim başımdan aşır" - Şəhid anası ÇƏTİN DURUMDA
08 May 2025 Bakı sakini əlillik pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - "16 il pensiya almışam..."
08 May 2025 Naxçıvanda vətəndaşa heyvan yemi olan kartofu satırlar... - ETİRAZ VAR..
07 May 2025 “6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiniz?!” – Pediatrdan valideynlərə ÇAĞIRIŞ
07 May 2025 Azərbaycanda pensiyaçıların kommunal borclarını dövlət ÖDƏYƏCƏK?
06 May 2025 SSRİ-nin sərt və şərt qanunları - onları pozanlar cərimələnib, həbs olunublar
06 May 2025 Əyani, qiyabi, indi də distant təhsil: Dövlət qərar verdi - AKTUAL
05 May 2025 Yayda gedə biləcəyiniz ən ucuz ölkələr – SİYAHI
05 May 2025 3 bürcün həyatı dəyişə bilər!
03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz

Dünyapress TV

Xəbər lenti