Səhfən gələn mesaj ailə faciəsinə gətirib çıxardı
Bakının Qaradağ rayonunda ərini baltalayan qadının məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər məhkəməsinin hökmünə əsasən, 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevi baltalayaraq ona ağır xəsarətlər yetirən 29 yaşlı Könül Quliyeva (adlar şərtidir) 9 il müddətinə azadlıqdan məhrum edilib.

Tərəflərin mübahisəsinə isə qadının telefonuna gələn “darıxmaq şərt deyil” məzmunlu mesaj olub.

Məsələ burasındadır ki, ötən ilin yanvarın 21-də Könül Quliyeva dərsində istifadə etmək üçün telefonu qızına verib. Aşağı sinifdə oxuyan qızı isə vatsapın status bölməsində darıxmaqla bağlı paylaşım edib. Məktəbdə Azərbaycan dili-ədəbiyyat müəllimi çalışan Namiq Zeynalov (ad-soyad şərtidir) isə şagirdin statusuna “darıxmaq şərt deyil” mesajını yazıb.

Könülün əri isə bu mesajın onun arvadına yazıldığını düşünərək həyat yoldaşı ilə mübahisə edib. Bu zaman Rəsul mesajı Könülün qardaşına da göndərib. Həmin mesaja isə “Salam, kimdir?” cavabını yazıb.

Qadının ifadəsinə görə, Könül ərindən zəng edib mesaj yazanın kim olması ilə bağlı maraqlanmağı istəsə də, o, bunu etməyib. Könül ərinin onu ölümlə hədələdiyini, bu səbəbdən qorxduğunu, özünü müdafiə etmək üçün ərinə iki dəfə balta ilə zərbə endirdiyini bildirib.

Rəsul isə məhkəmədə Könüllə heç vaxt barışmayacağını bildirib. O, arvadının ona xəyanət etməsi ilə bağlı düşüncədə qaldığını deyib:

Mənə dedi ki, “aşkım, gəl otur çörək ye”. Oturub çay içəndə başımla balta ilə zərbələr endirdi”.

Darıxmaqla bağlı statusa reaksiya bildirən müəllim də məhkəmədə ifadə edib. O, ifadəsində yanlış anlaşılma olduğunu bildirib:

“Həmin ərəfələrdə şagirdlərin sinfi dəyişmişdi. Uşaqlar elə bilirdilər ki, daha onların müəllimi olmayacam. Bu düşüncələr mövcud olduğu üçün həmin statusa reaksiya bildirim. Nömrələri telefona uşaqların adı və oxuduqları sinfə uyğun qeyd etmişəm. Ondan sonrakı gün isə mesaj gəldi ki, “Salam, kimdir, tanımadım?”. Gələn mesaja baxanda günorta idi. Bu səbəbdən artıq kim olduğumu bildiklərini düşündüyüm üçün cavab yazmadım. Valideyn iclaslarında Könül xanımın üzünü görmüşəm, onunla heç bir münasibətim olmayıb. Mən sadəcə, şagirdin statusuna reaksiya bildirmişəm, o da anasının nömrəsi imiş. Telefonun kimin isitfadəsində olduğunu bilməmişəm”.
 

Bölmənin digər xəbərləri

10 May 2025 TƏBİB kimsəni SAYA SALMIR
09 May 2025 Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
08 May 2025 "Mənimlə maraqlanan yoxdur... borcum xərcim başımdan aşır" - Şəhid anası ÇƏTİN DURUMDA
08 May 2025 Bakı sakini əlillik pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - "16 il pensiya almışam..."
08 May 2025 Naxçıvanda vətəndaşa heyvan yemi olan kartofu satırlar... - ETİRAZ VAR..
07 May 2025 “6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiniz?!” – Pediatrdan valideynlərə ÇAĞIRIŞ
07 May 2025 Azərbaycanda pensiyaçıların kommunal borclarını dövlət ÖDƏYƏCƏK?
06 May 2025 SSRİ-nin sərt və şərt qanunları - onları pozanlar cərimələnib, həbs olunublar
06 May 2025 Əyani, qiyabi, indi də distant təhsil: Dövlət qərar verdi - AKTUAL
05 May 2025 Yayda gedə biləcəyiniz ən ucuz ölkələr – SİYAHI
05 May 2025 3 bürcün həyatı dəyişə bilər!
03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz

Dünyapress TV

Xəbər lenti