Bağçaların qəbul etmədiyi Atillalar... - FOTO
Valideyn Nuranə İsmayılova övladı ilə bağlı müraciət etdiyi artıq dördüncü bağçadan imtina cavabı aldığını deyir. Onun sözlərinə görə, bağçalar bəhanə kimi qruplarda uşaq sayının çoxluğunu, psixoloq rəyini göstərsələr də, səbəb başqadır.

“Qafqazinfo”ya danışan ana bildirib ki, 3 yaş 4 aylıq oğlu Atilla İsmayılov serebral iflicdən əziyyət çəkir. Nuranə İsmayılova isə onu yerləşdirmək üçün bağça tapa bilmir.

Hazırda məsələni ictimailəşdirən vətəndaş İsmayılova olsa da, əslində problem bir çox ailələri əhatə edir. Ölkədə fiziki məhdudiyyətinə görə bağçalara, məktəblərə gedə bilməyən, hətta pandusların yoxluğu səbəbi ilə küçədə hərəkət edə bilməyən minlərlə şəxs var. Atilla sadəcə onlardan biridir...

Müsahibimiz deyir ki, oğlunda 1 yaşına qədər hər şeyin normal olduğunu düşünüblər: “Halbuki oturmur, iməkləmirdi. 1 yaşında nevroloqu yox, evə gələn fizioterapevt təsadüfən USM nəticəsini gördükdən sonra bizə bu barədə məlumat verdi. Sonra bilmişik ki, övladımız serebral iflicdir. Adətən bu tip uşaqlarda görmə, eşitmə, danışıq, epilepsiya, əqli gerilik kimi problemlər olur. Amma oğlumda sadəcə spastikliyə bağlı yerimə problemi var. Zəka və danışıq baxımından həmyaşıdlarından fərqlənmir. Ən son “Kiçik Mələklər” və “İndigo” uşaq bağçalarına müraciət etdik, imtina etdilər. Səbəb olaraq təhlükəsizliyini təmin edə bilməyəcəklərini, qrupda uşaq sayını və psixoloq rəyini göstərdilər. Psixoloqun rəyini istədim, vermədilər. Amma cəmi 3 sual soruşublar uşaqdan, o da cavab verib”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1712115024_2.jpg
Ana qeyd edir ki, nevroloq Atillanın 1 yaşından etibarən bağçaya getməsini məsləhət görüb: “Amma mən heç olmasa, “walker”lə yeriyənə qədər gözləyib sonra müraciət etdim. Çünki heç bir bağçanın yaxın durmayacağını bilirdim. Son 7-8 aydır müraciət edirəm, amma nəticə əldə edə bilmirəm. Əslində inklüziv təhsillə bağlı ayrıca dövlət proqramı da var: 2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı. Deyəsən, icrası kağız üzərindədir. Ölkədə 65 000-nə yaxın sağlamlıq imkanları məhdud uşaq var, bunlardan cəmi 12 000-nə yaxını təhsilə cəlb olunub. Bu 65 000 uşağın arasında nə qədər zəkalı, potensiallı uşaq var”.

“Atilla ona düşən müavinətdən yararlana bilirmi?” sualını isə Nuranə İsmayılova belə cavablayıb: “Proses uzundur, xəstəxanada yatmaq, həkimlərin rəyi və sairə. Adi bir poliklinika müalicəsi 3-4 saatımızı alır. Bizə fiziki olaraq çətin gəlir. Nevroloq müalicəsi üçün hər il Ankaraya gedirik. Əlbəttə, dövlət tərəfindən yardım olunmasını istəyərdik. Uşağın ildə iki dəfə botoks əməliyyatları, reabilitasiya və sairə artıq bizi maddi cəhətdən sıxmağa başlayır. Lakin məhz proseslərin uzun olması narahatlıq yaradır. Amma qısa müddət ərzində müraciət edərək əlillik almaq istəyirik”.

İddialarla bağlı “Kiçik Mələklər” bağçası ilə əlaqə saxladıq. Bağçadan bildirildi ki, son günlərdə bu adda vətəndaş müraciəti qeydə alınmayıb: “Amma onu bildirək ki, bağçamızda serebral iflic olan uşaqlar üçün xüsusi şərait yoxdur. Bunun üçün bizim inkişaf mərkəzimiz var, uşaqlar burada sosiallaşa bilirlər. Valideyn övladı ilə birlikdə bağçamıza gələrək əyani şəkildə tanış ola bilər. Əgər o uşağa yaxşı xidmət edə biləcəyiksə, götürəcəyik”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1712115024_3.jpg
“İndigo” bağçasından isə valideyn üçün heç bir halda şərait yarada bilmədiklərini bildirdilər: “Çünki bizim qruplarda uşaq sayı 20 nəfərdir. Qruplara uşaqların gediş-gəlişi üçün pilləkən məhdudiyyətləri var. Sanitar qovşaqlar xüsusi uşaqlar üçün hazırlanmayıb, həm də həyətyanı sahədə hərəkət maneələri var. Buna görə də, təəssüf ki, biz hazırda serebral iflic olan uşağı qəbul edə bilmirik. Fiziki məhdudiyyətli uşaqların rahat və təhlükəsiz hərəkəti üçün standartlara cavab verən pandusun və bunun kimi digər imkanların olması vacibdir. Bu şərtlər olmadan fiziki məhdudiyyətli uşaqların müəssisəyə qəbul olunması, həmin uşaqlara yaxşılıq etmək deyil, əksinə, həmin uşağa daha da çətinlik və travma yaratmaqdır”.

Atilla İsmayılova dövlət tərəfindən hər hansı yardımın mümkün olub-olmamasını dəqiqləşdirmək üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov müraciətimizə cavab olaraq bildirdi ki, azyaşlıya əlilliyin təyin edilməsi və buna görə ona aylıq sosial ödənişlərin təyinatı üçün əvvəlcə “Forma-88” (göndəriş) verilməlidir.

Uşaqla bağlı elektron sistemə göndəriş daxil edilməsi ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) də müraciət etdik. Qurumdan bildirildi ki, Atilla İsmayılovun ixtisaslaşdırılmış dövlət tibb müəssisəsindən diaqnozu təsdiq edən tibbi rəyi olmadığı üçün ona “Forma-88” rəsmiləşdirilməsi mümkün deyil: “Vətəndaşa Uşaq Nevrologiya Xəstəxanasında müayinə və müalicə üçün göndəriş təklif olunsa da, imtina edilib. Qeyd edirik ki, sözügedən formanın rəsmilləşdirilməsi üçün diaqnoz mütləq surətdə dövlət tibb müəssisəsi tərəfindən təsdiqlənməlidir. Məlumat üçün bildirək ki, vətəndaşın valideynləri ilə bu barədə izahedici söhbətlər aparılıb və onlara ətraflı məlumat verilib”.
 

Bölmənin digər xəbərləri

10 May 2025 TƏBİB kimsəni SAYA SALMIR
09 May 2025 Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
08 May 2025 "Mənimlə maraqlanan yoxdur... borcum xərcim başımdan aşır" - Şəhid anası ÇƏTİN DURUMDA
08 May 2025 Bakı sakini əlillik pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - "16 il pensiya almışam..."
08 May 2025 Naxçıvanda vətəndaşa heyvan yemi olan kartofu satırlar... - ETİRAZ VAR..
07 May 2025 “6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiniz?!” – Pediatrdan valideynlərə ÇAĞIRIŞ
07 May 2025 Azərbaycanda pensiyaçıların kommunal borclarını dövlət ÖDƏYƏCƏK?
06 May 2025 SSRİ-nin sərt və şərt qanunları - onları pozanlar cərimələnib, həbs olunublar
06 May 2025 Əyani, qiyabi, indi də distant təhsil: Dövlət qərar verdi - AKTUAL
05 May 2025 Yayda gedə biləcəyiniz ən ucuz ölkələr – SİYAHI
05 May 2025 3 bürcün həyatı dəyişə bilər!
03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz

Dünyapress TV

Xəbər lenti