““Uşaq pulu” onsuz da verilir” -
Azərbaycanda əhalinin sayı açıqlanıb.

Belə ki, 2023-cü ildə ölkə üzrə əhalinin sayı 53625 nəfər və ya 0,5 faiz artaraq 2024-cü il yanvar ayının 1-i vəziyyətinə 10180770 nəfərə çatıb. Azərbaycanda 9 milyonuncu şəxs 2010-cu ilin yanvarında doğulub. Ölkədə 10 milyonuncu insan isə 9 il sonra 2019-cu ilin aprelində doğulub. Yəni, 9 il ərzində artım cəmi 1 milyon nəfər olub.

Əhalinin sayı 2019-un aprelindən 2024-ün fevralınadək isə 180 min nəfər artıb. Yəni 9 il ərzində 1 milyon artdığı halda, 5 il ərzində cəmi 180 min artıb. İndi bir çox ailələrdə uşaq sayı 1-dən çox deyil.

Xüsusilə, gənc ailələr dolanışıq səbəbindən ikinci uşağı dünyaya gətirmək istəmir. “Uşaq pulu”nun verilməməsi də əsas səbəblərdən biri kimi göstərilir.

Milli Məclisin deputatı Fazil Mustafa “Cebhe.info”-ya açıqlamasında demoqrafik problemin olduğunu təsdiqləyib:

“Selektiv abortdan tutmuş uşaqlara olan münasibətə qədər ailələrin, cəmiyyətin bu məsələ ətrafında bəzi standartlarının dəyişməsi və müəyyən dərəcədə ailələrin gec qurulması, gənclərin evlə təmin olunmasında problemlər, məşğulluq məsələsinin çözülməməsi, sabit iş yeri olmayan gənclərin evlənməyə maraq göstərməməsi öz təsirini göstərir.

Ayrı-ayrı koteqoriyadan olan insanların xarici ölkələrə üz tutması bu sayın azalmasındakı əsas səbəblərindən biridir. Biz demoqrafik vəziyyətin kəskin dəyişməsini COVID-19 pandemiyasından sonrakı dövrdə də daha kəskin hiss etməyə başladıq. Narahatedici demoqrafik geriləmə var. Bunun ətrafında ciddi müzakirələr aparılmalı, səbəbləri araşdırılmalı və həll yolları tapılmalıdır”.

Deputatın sözlərinə görə, belə məsələlərdə vaxtında konkret qərar qəbul olunmadıqca, nəticələr arzuolunan səviyyədə olmayacaq və gecikəcək:

“Gecikmə də bizim əhali potensialımıza, gələcəkdə əmək qüvvəsinə, həm hərbiyə, həm ailə sisteminin təkmilləşməsinə təsir göstərəcək mahiyyətdə olacaq. Ona görə də mütəxəssislər tərəfindən müzakirə olunub müəyyən təkliflərin hökumətə verilməsi vacibdir”.

F.Mustafa deyib ki, burada “uşaq pulu” məsələsi həlledici rol oynayan məsələ deyil:

““Uşaq pulu” onsuz da verilir. Bu termin doğru izah olunmur. Əslində müavinətlərin şəbəkəsi genişlənməlidir ki, ehtiyacı olan uşağın hər biri bu dövlətdən dəstəyini ala bilsin. Məsələ bu formada həllini tapmalıdır”.
 
 
 

Bölmənin digər xəbərləri

10 May 2025 TƏBİB kimsəni SAYA SALMIR
09 May 2025 Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
08 May 2025 "Mənimlə maraqlanan yoxdur... borcum xərcim başımdan aşır" - Şəhid anası ÇƏTİN DURUMDA
08 May 2025 Bakı sakini əlillik pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - "16 il pensiya almışam..."
08 May 2025 Naxçıvanda vətəndaşa heyvan yemi olan kartofu satırlar... - ETİRAZ VAR..
07 May 2025 “6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiniz?!” – Pediatrdan valideynlərə ÇAĞIRIŞ
07 May 2025 Azərbaycanda pensiyaçıların kommunal borclarını dövlət ÖDƏYƏCƏK?
06 May 2025 SSRİ-nin sərt və şərt qanunları - onları pozanlar cərimələnib, həbs olunublar
06 May 2025 Əyani, qiyabi, indi də distant təhsil: Dövlət qərar verdi - AKTUAL
05 May 2025 Yayda gedə biləcəyiniz ən ucuz ölkələr – SİYAHI
05 May 2025 3 bürcün həyatı dəyişə bilər!
03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz

Dünyapress TV

Xəbər lenti