Daun sindromlu 14 yaşlı Ayla ilə bağlı
Ucar rayonunun Qazyan kənd sakini olan Daun sindromlu Ayla Bayramovaya pensiya təyin edilməyib.

“Qafqazinfo” 
xəbər verir ki, 14 yaşlı Ayla haqqında məlumatı sosial şəbəkə hesabında jurnalist Fuad Hüseynov paylaşıb.

Onun iddiasına görə, Aylaya əlillik dərəcəsi təyin olunmasından qanunsuz imtina edilib. Jurnalist bildirib ki, imtinada əsas kimi “müalicəsi davam etdirilsin” qeyd edilib: “Danışa bilmir, yemək yeməyini, paltar geyinməyini, yuyunmağını - hər bir hərəkətini valideynləri icra edir. Hər kəsə məlumdur ki, nə qədər müalicə olunsa da, daun sağalmır. Hərçənd ki, balaca Ayla heç nə başa düşmür”.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov müraciətimizə cavab olaraq bildirdi ki, sosial şəbəkələrdə videosu yayılan Ucar rayon sakini Bayramova Ayla Bayram qızının əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 4 il ərzində heç bir müraciəti olmayıb: “Həmçinin tibb müəssisəsi tərəfindən də bu müddət ərzində forma-88 göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur.

Vətəndaşla bağlı video izlədikdən dərhal sonra Bayramova Aylanın valideyni ilə əlaqə saxlanılıb, ona əlilliyin qiymətləndirilməsi prosesi izah edilib. Bildirilib ki, əlilliyin qiymətləndirilməsi məqsədilə ilk növbədə qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndirilir.

Bütün bunlara baxmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məsələnin tez həll olunması üçün artıq aidiyyatı qurumlarla danışılıb və qısa müddətərzində vətəndaşa müvafiq dəstək göstəriləcək”.

Məlumat üçün bildirək ki, Daun sindromu genetik pozğunluqdan irəli gəlir. Tipik üz görünüşü ilə xarakterizə edilən belə insanlarda ürək çatışmazlığı riski yüksəkdir. İnkişafdan geriqalma bəzi hallarda həmin şəxslərdə davranış problemlərinə - tez əsəbiləşmə, diqqət pozğunluğu və obsesiv-kompulsiv davranışa səbəb olur.

Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 2022-ci il iyulun 1-dən etibarən qüvvəyə minib. Həmin meyarlara əsasən, xromosom anomaliyalı xəstəliklər sırasında əlilliyə əsas verən diaqnozlardan biri də məhz, Daun sindromudur. Yəni, qanunla müəyyən edilmiş qaydada əlilliyin qiymətləndirilməsi üçün müraciət olunduğu halda, Daun sindromlu şəxslərə müvafiq orqanizm funskiyalarının itirilməsi faizləri müəyyən edilərək əlillik təyin edilir. Öz növbəsində, əlillik təyin edilmiş daun sindromlu şəxslər müvafiq olaraq sosial ödənişlərlə təmin edilirlər.

Qeyd edək ki, bundan əvvəl Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il 413 nömərli “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında qərarının 3.1.25-ci bəndində də Daun sindromu əlilliyə əsas verən diaqnozlar sırasında yer almışdı.
 

Bölmənin digər xəbərləri

10 May 2025 TƏBİB kimsəni SAYA SALMIR
09 May 2025 Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
08 May 2025 "Mənimlə maraqlanan yoxdur... borcum xərcim başımdan aşır" - Şəhid anası ÇƏTİN DURUMDA
08 May 2025 Bakı sakini əlillik pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - "16 il pensiya almışam..."
08 May 2025 Naxçıvanda vətəndaşa heyvan yemi olan kartofu satırlar... - ETİRAZ VAR..
07 May 2025 “6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiniz?!” – Pediatrdan valideynlərə ÇAĞIRIŞ
07 May 2025 Azərbaycanda pensiyaçıların kommunal borclarını dövlət ÖDƏYƏCƏK?
06 May 2025 SSRİ-nin sərt və şərt qanunları - onları pozanlar cərimələnib, həbs olunublar
06 May 2025 Əyani, qiyabi, indi də distant təhsil: Dövlət qərar verdi - AKTUAL
05 May 2025 Yayda gedə biləcəyiniz ən ucuz ölkələr – SİYAHI
05 May 2025 3 bürcün həyatı dəyişə bilər!
03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz

Dünyapress TV

Xəbər lenti