“Rus çörəyi” kəsilir – Hökumət, kömək əlini uzat
Rusiyadan Azərbaycana pul köçürmələri azalır: bu gedişlə regionlarımızı nə gözləyir?

2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 829 milyon 410 min dollar vəsait göndərilib. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 1 milyard 437 milyon 926 min dollar azdır. 2022-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 2 milyard 267 milyon 336 min dollar vəsait daxil olub. Qeyd edək ki, hesabat dövründə Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul vəsaitləri, ümumi daxilolmaların 64.8 faizini təşkil edib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi, eləcə də ABŞ və Qərbin Rusiyaya qarşı çoxvektorlu sanksiyaları fonunda Rusiyada sosial-iqtisadi vəziyyət pisləşib. Rusiya hökuməti inzibati yollarla qismən bunun qarşısını almağa nail olsa da, ekspertlər yaxın gələcəkdə şimal qonşumuzun dərin sosial-iqtisadi böhran dövrünə qədəm qoyacağını proqnozlaşdırırlar. Bu isə öz növbəsində Rusiya vətəndaşları ilə yanaşı, orada yaşayan miqrantlara da təsirsiz ötüşməyəcək.

Qeyri-rəsmi məlumatlara görə, bu gün Rusiyada bir neçə milyon azərbaycanlı miqrant yaşayır və əsasən ticarət fəaliyyəti ilə məşğul olurlar. Xüsusən regionlardan olan soydaşlarımız Rusiyada əldə etdikləri gəlirlərdən Azərbaycandakı doğmalarına da göndərirlər. Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən daxil olan vəsaitlərin həcminin təxminən üç dəfə azalması milyonlarla əyalət sakinini yeganə gəlir mənbəyindən məhrum edir. Regionlarda işsizlik, faktiki olaraq istehsal müəssisələrinin olmaması vəziyyəti daha da çətinləşdirir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc AYNA-ya açıqlamasında deyib ki, Rusiyada yaşayan miqrantların kütləvi şəkildə geri dönməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil: “Düzdür, Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən daxil olan vəsaitlərin həcmi azalıb. Azalma dinamikası ciddi səviyyədə olsa da, bunun müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri Rusiyada yaşayan soydaşlarımızın Bakıda daşınmaz əmlak alması, əldə etdikləri gəlirləri bu sahəyə investisiya etmələridir”.

“Məlumdur ki, Azərbaycanda ən etibarlı investisiya növlərindən biri paytaxtda daşınmaz əmlak əldə etməkdir. Çünki qiymətlər düşmür, artan dinamika ilə inkişaf edir. Rusiyadakı soydaşlarımız Bakıda aldığı evləri kirayə verir, Azərbaycandakı doğmaları da əsasən bu vəsaitlər hesabına dolanırlar. Daha Rusiyadan əlavə pul göndərməyə ya ehtiyac qalmır, ya da məbləğ kiçilir. Bütün bunlar da özünü daxil olan vəsaitlərin həcminin kiçilməsində göstərir, - deyə AQC sədri bildirib.

Orucun sözlərinə görə, embarqolardan sonra Rusiyadan Azərbaycana pul göndərmək də çətinləşib: “Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ və müttəfiqləri, Qərb bloku Rusiyaya qarşı çovektorlu embarqolar tətbiq edib. Əsas sanksiyalardan biri də maliyyə sanksiyasıdır. Nəticədə Rusiya ilə bank əməliyyatları aparılması çətinləşib. Rusiyadan hər hansı digər ölkəyə vəsait çıxarmaq müşküldür. Elə Azərbaycana da. Bu amil də vəziyyətə təsir edir. Bütün bunlarla yanaşı, Rusiyada sosial-iqtisadi vəziyyətin pisləşməsi də diqqətdən yayınmır və bu amilin də situasiyaya birbaşa təsiri mövcuddur”.

Mövzunu AYNA-ya şərh edən iqtisadçı ekspert Natiq Cəfərli Rusiyadakı azərbaycanlıların qazancının azaldığına və valyuta almaq imkanlarının zəiflədiyinə diqqət çəkib: “Əslində Azərbaycana xaricdən daxil olan vəsaitlərin azalması gözlənilən idi. Əsas pul köçürmələri Rusiyadan daxil olurdu. Səbəb də xeyli sayda soydaşımızın bu ölkədə əmək fəaliyyəti ilə məşğul olması və yaşamasıdır. Şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsi, Rusiyaya qarşı hücumlar, embarqolar, beynəlxalq münasibətlər sistemindəki gərginlik orada yaşayan miqrantların da həyatına təsir göstərib. Onların da qazancları azalıb”.

“Rublun dəyərdən düşməsi isə vəziyyəti daha da çətinləşdirir. Bu səbəbdən soydaşlarımız Azərbaycanda yaşayan doğmalarına vəsait göndərməkdə çətinlik çəkirlər. Rusiyada pul köçürmələrinə tətbiq olunan qadağalar da situasiyaya təsirsiz ötüşmür. Bütün bu amillər daxil olan vəsaitlərin həcmini əhəmiyyətli sürətdə azaldıb. Belə azalma bundan sonra da davam edəcək”, - deyə müsahibimiz söyləyib.

Cəfərli təəssüflə əlavə edib ki, baş verənlər onsuz da çətin şəraitdə yaşayan regionlarımızın iqtisadiyyatına ciddi zərbə vuracaq: “Ölkəmizdə elə bölgələr var ki, orada əhalinin əksəriyyəti Rusiyada yaşayan doğmalarının vəsaitləri hesabına dolanır. Təsəvvür edin ki, bu da azalır və onları hansı aqibət gözləyir?! Rusiya bu gün elə bir vəziyyətdədir ki, orada yaşayan miqrantlar özlərini təmin etməkdə belə, çətinlik çəkirlər. Bu halda onlar Azərbaycana göndərdikləri vəsaitlərin də həcmini azaldacaqlar. Bu baxımdan Azərbaycan hökuməti hərəkətə keçməli, regionların inkişafı, yerli istehsalın artırılması istiqamətində fəaliyyətini sürətləndirməlidir”.

Müəllif: Azər Niftiyev
 

Bölmənin digər xəbərləri

10 May 2025 TƏBİB kimsəni SAYA SALMIR
09 May 2025 Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
08 May 2025 "Mənimlə maraqlanan yoxdur... borcum xərcim başımdan aşır" - Şəhid anası ÇƏTİN DURUMDA
08 May 2025 Bakı sakini əlillik pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - "16 il pensiya almışam..."
08 May 2025 Naxçıvanda vətəndaşa heyvan yemi olan kartofu satırlar... - ETİRAZ VAR..
07 May 2025 “6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiniz?!” – Pediatrdan valideynlərə ÇAĞIRIŞ
07 May 2025 Azərbaycanda pensiyaçıların kommunal borclarını dövlət ÖDƏYƏCƏK?
06 May 2025 SSRİ-nin sərt və şərt qanunları - onları pozanlar cərimələnib, həbs olunublar
06 May 2025 Əyani, qiyabi, indi də distant təhsil: Dövlət qərar verdi - AKTUAL
05 May 2025 Yayda gedə biləcəyiniz ən ucuz ölkələr – SİYAHI
05 May 2025 3 bürcün həyatı dəyişə bilər!
03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz

Dünyapress TV

Xəbər lenti