Vətəndaş cəmiyyəti fəalları İlham Əliyevə müraciət ediblər - TAM MƏTN
Azərbaycanda fəaliyyət göstərən hüquq-müdafiə təşkilatları, vəkil və media nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

Mürzciətdə deyilir: «Biz, Azərbaycanda fəaliyyət göstərən bir qrup hüquq müdafiəçisi, jurnalist, vəkillər, gender üzrə mütəxəsislər “Ədalət Naminə Həmrəylik Komitəsi” nın təşəbbüsü ilə bu gün 10 dekabr Beynəlxalq İnsan Haqları günü keçırırık. Biz ölkədə gedən siyasi prosesləri diqqətlə izləyir, Sizin Qarabağ torpaqlarını işğaldan azad edilməsi sahəsində apardığınız uğurlu siyasəti alqışlayırıq və eləcə də orada apardığınız yenidənqurma işlərini yüksək dəyərləndiririk. Qarabağ münaqişənin həllində əsrlər boyu əldə edilməsi mümkün olmayan tarixi uğura imza atdınız. Bu gün Azərbaycan xalqı Sizdən insan hüquq və azadlıqları, həmçinin sosial siyasət sahəsində də uğurlu islahatlara imza atmağınızı gözləyir və bunun mümkün olduğuna inanır».

Bütün bunlarla yanaşı fəallar hazırda Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı bəzi məqamları dövlət başçısının diqqətini çatdırır.

«Fərqindəyik ki, ölkədə baş verən elə hadisələr var ki, beynəlxalq imicimizə mənfi təsir göstərir. “Xaricdə Azərbaycanın əleyhinə fəaliyyət göstərən bəzi quvvələr bu hadisələri Azərbaycanda antidemokratik amillər kimi təqdim edir və ölkəmizi dünyanın ictimai rəyində gözdən salır”. İstər hüquq-mühafizə orqanları, istərsə də məhkəmə-hüquq sisteminin bir çox məsələlərdə mövcud qanunlardan sui-istifadə etməsi, onları şəxsi maraqları naminə heçə salması ölkədə ciddi problemlərə yol açır. Məhkəmələrin fəaliyyətinin müstəqil olmaması, ədalətsiz hökmlərin sayını artırır. Son vaxtlar bir çox istər tanınmış ictimai-siyasi xadim, mətbuat nümayəndəsi, istərsə də dini kəsim nümayəndəsi kifayət qədər əsassız ittihamlarla həbs olunub. Hazırda yüzlərlə insanın taleyinə təsir göstərən bu həbslər, həm də insanların dövlətə qarşı inamına zərbə vurur», - daha sonra sənəddə deyilir.

“Xural” Media Qrupunun rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı və “Səda TV” internet kanalının əməkdaşı Elnur Şükürov, Osman Rzayev, İlham Aslanoğlu Təhməzov, Kanal 13 youtube kanalının Bakı ofisinin rəhbəri Əziz Orucov hüquq müdafiəçisi Bəxtiyar Hacıyev, Azərbaycan Demokratiya və Rifah Partiyasının təsisçisi və sədri, London İqtisadiyyat Məktəbinin (LSE) müəllimi, prof. Qubad İbadoğlu, İqtisad elmləri doktoru,”Baydəmirli Xeyriyyə Fondunun” təsisçisi Nazim Baydəmirli, müstəqil “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Afiəddin Məmmədov, bu yaxınlarda isə bir çox tanınmış jurnalist və bloqerlər – Ülvü Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Məhəmməd Kekalov, Ruslan Vahabov və digərləri heç bir əsaslı dəlil-sübut olmadan həbs edilib.

«Düşünürük ki, qarşıdan gələn “Azərbaycanlıların Həmrəylik Günü” münasibətilə, eyni zamanda Prezident seçkiləri ərəfəsində Sizin humanist addım ataraq, siyasi məhbus məsələsini həll etməniz Azərbaycanın əleyhinə olan siyasi təxribatların və mənfi ideoloji təpkilərin qarşısını almaqla yanaşı, beynəlxalq və daxili imicinə də birbaşa müsbət təsir göstərə bilər. Bütün bunları nəzərə alaraq, Sizdən xahiş edirik ki, Azərbaycan dövlətinin hüquqi dövlət olduğunu bir daha gündəmə gətirərək, adları çəkilən və hal-hazırda həbsdə saxlanılan ictimai-siyasi xadimlərə qarşı humanist addım atasınız və səlahiyyətlərinizdən istifadə edərək, onların azadlığa buraxılmasında yardımçı olasını», - müraciətin sonunda deyilir.

Müraciəti Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Səadət Bənənyarlı, Dilarə Əfəndiyeva, Mehman Əliyev, Hilal Məmmədov, Sevinc Sadıqova, Məlahət Zeynallı, Zibeydə Sadıqova, Şəhla İsmayıl, Mehriban Zeynalova, Gülarə Nərimanova,Rəsul Cəfərov, Qalib Toğrul, Elçin Həsənzadə və digərləri imzalayıb.
Turan
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 

Bölmənin digər xəbərləri

10 May 2025 TƏBİB kimsəni SAYA SALMIR
09 May 2025 Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
08 May 2025 "Mənimlə maraqlanan yoxdur... borcum xərcim başımdan aşır" - Şəhid anası ÇƏTİN DURUMDA
08 May 2025 Bakı sakini əlillik pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - "16 il pensiya almışam..."
08 May 2025 Naxçıvanda vətəndaşa heyvan yemi olan kartofu satırlar... - ETİRAZ VAR..
07 May 2025 “6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiniz?!” – Pediatrdan valideynlərə ÇAĞIRIŞ
07 May 2025 Azərbaycanda pensiyaçıların kommunal borclarını dövlət ÖDƏYƏCƏK?
06 May 2025 SSRİ-nin sərt və şərt qanunları - onları pozanlar cərimələnib, həbs olunublar
06 May 2025 Əyani, qiyabi, indi də distant təhsil: Dövlət qərar verdi - AKTUAL
05 May 2025 Yayda gedə biləcəyiniz ən ucuz ölkələr – SİYAHI
05 May 2025 3 bürcün həyatı dəyişə bilər!
03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz

Dünyapress TV

Xəbər lenti