80 manat- savaş veteranlarına Prezident təqaüdüdür, kommunal xidmətlərə görə sosial müavinət yox
Prezident aktları, qanunlar mənimsəmə amacı ilə yanlış izah və tətbiq olunur
Son günlərin ən çox diqqətə çatdırılan “diqqət və qayğısı” Qarabağ savaşı veteranlarına ayrılan 80 manatın artırılması “mexanizmi” ilə bağlıdır. Gerçəkdə bu mövzu spekulyasiya predmetinə çevrilib. Hətta “sosial-iqtisadi” deputatlar bu 80 manatın kommunal xidmətlərə görə ödənilən sosial müavinət olduğunu, artan xidmət haqlarına uyğun arta biləcəyini topluma sırıyırlar. Halbuki 80 manat- Qarabağ savaşı veteranlarına verilən Prezident təqaüdüdür, kommunal xidmətlərə görə sosial müavinət deyil.
2019-cu ilin aprelinə kimi işləməyən, əmək pensiyaçısı olmayan müharibə veteranlarına kommunal xidmətlərə görə sosial müavinət ayrılırdı. Prezident 15.04.2019-cu il tarixli “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” haqqında fərman imzalayıb və təqaüdün aylıq məbləğini 80 manat müəyyən edib. Fərmanla müəyyən edilib ki, Prezident təqaüdü 2019-cu ilin aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alanlara həmin müavinətin ƏVƏZİNƏ, əmək pensiyası alan və döyüşən ordunun tərkibində iştirak etmiş müharibə iştirakçılarına ( Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla)- onların təqaüdləri 4-5 dəfə çox olduğuna görə- M.B.), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; dövlət büdcəsində ƏƏSMN-ə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Yəni 2019-cu il aprelin 1-dən qüvvəyə minən 80 manatlıq təqaüdün məbləğinin artırılmasını yalnız Prezident qərara ala bilər. Nədən fərman onun fərmanıdır, artırıb-azaltmaq da onun müstəsna səlahiyyətindədir. Kiminsə bu barədə speklyasiya-manipulyasiya etməsi savaş veteranlarının başını nağıllarla qatmaqdan özgə bir şey deyil.
Qarabağ savaşı əlillərinə Prezidentin 26.01.2001 tarixli fərmanla ayırdığı kommunal , nəqliyyat və digər xidmətlər əvəzi 26 manatlıq aylıq müavinətin məbləği isə 22 ildir dəyişməz qalıb. Pensiya orqanı fərmanı cibinə uyğun izah və tətbiq edib qazi- əlillərin müavinətini yeyir. Cibə uyğun izaha baxın, guya Prezident 22 il qabaq savaş əlillərinə kommunal xidmətlərə görə sosial müavinət müəyyən edib. Halbuki 22 il qabaq, ümumiyyətlə, “sosial müavinət” anlayışı yox idi, “sosial pensiya” dövriyyədə idi. Və Prezidentin 26.12.2001 tarixli fərmanında sosial pensiyaçılara 6 manat müavinət ayrılması doğrulanıb. Sosial müdafiə orqanlarının mənimsəmə məntiqindən belə çıxır ki, Prezident sosial pensiyaçılara 6 manat sosial müavinət müəyyən edib?! Biz hələ digər qərəzli məntiqləri demirik. Sadəcə, onu deyirik ki, Maliyyə Nazirliyi 17.01.2017 tarixli arayışla bildirib ki, Qarabağ əlillərinə ayrılan 26 manatın verilməsi davam edir, pensiyanın sığorta hissəsinə əlavə edildiyindən “görsənmir”. Baxın, Maliyyə Nazirliyi 26 manatın verildiyini , DSMF-in pensiya verməli olanları isə 26 manatı “sosial müavinət” kimi qəbul edib, əmək pensiyasına əlavə etməyin mümkünsüz olduğunu rəsmi məktublarla bildirirlər.
Prezident aktlarının, qanunların bilərəkdən yanlış izah və tətbiq edil(mə)məsi savaş əlillərinin cibinə ziyan olsa da, qeyri -rəsmi “təfsirçilərin” cibini doldurur. Qanunların düzgün tətbiq edilməsini təmin etməli olan prokurorluq , digər nəzarətedici orqanların “nəzarəti” isə qazilərin haqqından pay almaqla susmaqdan ibarətdir. Hamısı yeyintidə ortaqdır, şübhəlidir, susmaq “hüquqları” qanunla qorunur.
Məğrur Bədəlsoy

Bölmənin digər xəbərləri

10 May 2025 TƏBİB kimsəni SAYA SALMIR
09 May 2025 Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
08 May 2025 "Mənimlə maraqlanan yoxdur... borcum xərcim başımdan aşır" - Şəhid anası ÇƏTİN DURUMDA
08 May 2025 Bakı sakini əlillik pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - "16 il pensiya almışam..."
08 May 2025 Naxçıvanda vətəndaşa heyvan yemi olan kartofu satırlar... - ETİRAZ VAR..
07 May 2025 “6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiniz?!” – Pediatrdan valideynlərə ÇAĞIRIŞ
07 May 2025 Azərbaycanda pensiyaçıların kommunal borclarını dövlət ÖDƏYƏCƏK?
06 May 2025 SSRİ-nin sərt və şərt qanunları - onları pozanlar cərimələnib, həbs olunublar
06 May 2025 Əyani, qiyabi, indi də distant təhsil: Dövlət qərar verdi - AKTUAL
05 May 2025 Yayda gedə biləcəyiniz ən ucuz ölkələr – SİYAHI
05 May 2025 3 bürcün həyatı dəyişə bilər!
03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz

Dünyapress TV

Xəbər lenti