“Əmək pensiyaları haqqında” qanun qazi, şəhidlərə tətbiq olunmur -
Sosial müdafiə qurumlarının, pensiyaçıların , necə deyərlər, masaüstü kitabının “Əmək pensiyaları haqqında” qanun olması adından bəlli edir. 17 ildir qüvvədə olan bu normativ hüquqi aktın tətbiqi və icrası məcburi olsa da, ƏƏSMN, tabeliyindəki qurumlar qanun maddələrini ləğv edildikdən sonra “tətbiq edirlər”. Özü də pensiyaçıların durumunu pisləşdirən qanunu geriyə şamil etməklə. Halbuki dövlətin ən yüksək hüquqi və birbaşa qüvvəyə malik olan qanununun – Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə görə, qanunun geriyə qüvvəsi yoxdur; yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi var.
“Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi ilə 1-ci dərəcəli Qarabağ əlillərinə 110 manat, 2-ci dərəcəlilərə 77 manat, 3-cü dərəcəlilərə 55 manat aylıq əlavə nəzərdə tutulurdu. Qanunun qüvvədə olduğu 15 il müddətində pensiya orqanı bu maddəni tətbiq etməyi “unutdu”; nə Maliyyə Nazirliyi, nə Hesablama Palatası, nə prokurorluq, nə də ali dövlət hakimiyyəti orqanları “unutqanlığa” qiymət verdi. Sadəcə, hərə əlil-qazilərin yardımından öz haqqını götürüb susdu. DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qanunu yalnız 17 il sonra 1-ci dərəcəli Qarabağ əlilinin məhkəmə qaydasında haqq etdiyi 110 manatı 6 ildən sonra kəsməklə “yad edib”. Qazilərin pensiyasına yad ilgiyə baxın, Filial dövlətin adından çıxarılan məhkəmə qərarını qanunun 2021-ci ildən ləğv etdiyini - qanunu qəbul etmiş hakimiyyət orqanına, məhkəmə qərarını qəbul etmiş məhkəməyə, dövlətin ali icra hakimiyyəti orqanına da sırıyır !(?) Və dövlət hakimiyyəti orqanları da dövlətin əsas qanununa hörmətsizliyi dövlət aktı kimi qəbul edirlər.(?) Bəs Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi necə olsun, axı əlilin vəziyyətini 110 manat pisləşdirən qanun 15 il qabağa necə şamil edilir? Dövlət orqanları əlillərə münasibətdə qanunun geriyə qüvvəsinin olduğunu bildirirlər. Şəxsən Prezident Administrasiyasında bu “qüvvə”nin qüvvəsini” izah ediblər.
Pensiya qanununun 29.2 maddəsi əsasında hərbi qulluqçu əlillərin, şəhid ailələrinin əvvəllər tutmuş olduqları vəzifələr üzrə təminat xərcliyi artırıldıqda, onların pensiyaları bu artıma uyğun yenidən hesablanırdı. Bu maddə 05.11.2022 tarixli “diqqət və qayğı” qanunu ilə ləğv edildi ki, hərbi xidmətə yararsız əlil, dünyasını cənnətə dəyişən şəhid dövlətə məcburi sığorta haqqı ödəmir.(?) Belə hökumətdən, belə dövlət sosial siyasətindən kim inciyər? Şəhiddən məcburi sığorta haqqı tələb edilir!(?) Bu maddə 2023-cü ildən qüvvəyə minsə də, yenə də DSMF, yanındakı pensiya orqanları qanunu geriyə şamil edərək Prezidentin 23.12.2021 tarixli, 1525 saylı hərbçilərin maaşlarına 20 faizlik əlavənin 29.2 maddəsinə əsasən yenidən hesablanmalı olmasına qadağa qoyublar.
“Əmək pensiyaları haqqında” qanuna 05.05.2022 tarixli qanunla əlavə edilən 37.3.2-1 maddəsinin tətbiqi də gerçəkləşmir. DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yenə də qanunu qərəzə, cibinə uyğun izah edir. Sözügedən maddədə yazılıb ki, qanunun 20-ci maddəsi əsasında qulluq stajına görə pensiyalarına əlavə alan şəxslər – Qarabağ qaziləri, əlilləri, şəhid ailələri bu kateqoriyaya aiddir- əlilliyə , yaşa görə işləməyən əmək pensiyası kateqoriyasına keçdikdən sonra işləməkdə davam edərlərsə,müraciətləri əsasında pensiyaları yığılan sığorta kapitalına uyğun yenidən hesablanır. DSMF-in sözügedən filialı isə qazi müraciətinə imtina cavabı verir ki, qazi işləməkdə davam edir.(?) Əlavə izaha ehtiyac varmı? Qanun əlilliyə görə işləməyən kateqoriyaya keçənlərin sonradan işlərini davam etdirmələrinə görə pensiyanın artırılmasını təsbit edir, Filial isə bundan imtina edir ki, iş davam etdirilir.(?) Absurd əsaslanma deyilmi? Məhkəməyə müraciətlərə də sosial yardım gücü ilə qadağa qoyulub. Məhkəmə qərarını özbaşına ləğv edən sosial müdafiə sistemindən nəsə gözləmək də yersizdir. Ölkədə qanun, Konstitusiya, məhkəmə qüvvədə deyil, qüvvədə olan rüşvət, korrupsiyadır. Gerçəkdə dövlətin sosial müdafiə siyasəti, məhkəmə hüquq sistemi korrupsiyanın girovluğundadır.
Hələ ki, pensiya təminatı, sosial müdafiə siyasətində qanun, Konstitusiya yox, məmur qərəzi, “cib düşgünlüyü” qüvvədədir. Bu qüvvə geriyə də şamil olunur. Haçanacan?
Məğrur Bədəlsoy
Teref.az
 
 
 

Bölmənin digər xəbərləri

10 May 2025 TƏBİB kimsəni SAYA SALMIR
09 May 2025 Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
08 May 2025 "Mənimlə maraqlanan yoxdur... borcum xərcim başımdan aşır" - Şəhid anası ÇƏTİN DURUMDA
08 May 2025 Bakı sakini əlillik pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - "16 il pensiya almışam..."
08 May 2025 Naxçıvanda vətəndaşa heyvan yemi olan kartofu satırlar... - ETİRAZ VAR..
07 May 2025 “6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiniz?!” – Pediatrdan valideynlərə ÇAĞIRIŞ
07 May 2025 Azərbaycanda pensiyaçıların kommunal borclarını dövlət ÖDƏYƏCƏK?
06 May 2025 SSRİ-nin sərt və şərt qanunları - onları pozanlar cərimələnib, həbs olunublar
06 May 2025 Əyani, qiyabi, indi də distant təhsil: Dövlət qərar verdi - AKTUAL
05 May 2025 Yayda gedə biləcəyiniz ən ucuz ölkələr – SİYAHI
05 May 2025 3 bürcün həyatı dəyişə bilər!
03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz

Dünyapress TV

Xəbər lenti