Dövlətin valideyn himayəsindən məhrum olan uşaqlara ayırdığı vəsait niyə uşaqlara çatmır? - AÇIQLAMA
2023-cü ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti üçün sıfır tam onda 6000000 manat yerli xərclərdən maliyyələşən uşaq evləri Bakı şəhəri üzrə bir iki və üç nömrəli Gəncə, Şəki və Lənkəran şəhər uşaq evləri üçün beş. Tam onda 1000000 manat vəsait ayrılıb. Təəssüf ki, ayrıca olaraq Bakı şəhəri üzrə bir iki və üç nömrəli uşaq evlərinin büdcəsi açıqlanmadığına görə hər uşağa nə qədər büdcə vəsaiti ayrıldığını hesablaya bilmirik. Etiraf etmək lazımdır ki, tez tez gündəmə gələn uşaq evlərindəki valideyn himayəsindən məhrum olan uşaqların qidalanması ilə bağlı şikayətlər dövlətin həmin uşaqların normal qidalanması üçün ayırdığı vəsaitin kifayət etməməsi təəssüratını da yaradır.

DİA.AZ bildirir ki, bu barədə “Mediapost”la fikirlərini bölüşən millət vəkili Razi Nurullayev bildirib ki, uşaq evlərində yaşayan uşaqların saxlanılmasına ayrılan büdcə vəsaitinin xərclənməsi ilə bağlı şəffaflığa müvafiq dövlət qurumu birbaşa nəzarət etməlidir:

“Əslində uşaq evlərində, vəsait ayrılanda ölkədəki vəziyyət öyrənilir və hər bir kəsin neçə manata qidalana biləcəyi nəzərə alınır. Verir. Əslində bu vəsait kifayət etməlidir. Əgər kifayət etmirsə, artıq bu maraqlıdır. Bu, artıq araşdırma məsələsidir. Mən heç kimi birbaşa günahlandıra bilmərəm ki, kimsə oradan pul oğurlayır, yeməyi oğurlayır, evinə aparır, uşaqlara vermir. Bu, artıq jurnalistlərin araşdırmasının nəticəsi olmalıdır. Əlaqədar orqanlar bunu araşdırmalıdır. Biz də vətəndaş cəmiyyəti üzvləri, təşkilatlar bununla bağlı neytral olaraq araşdırma aparıb nəticəsini cəmiyyətə təqdim etməlidirlər.

Ümumiyyətlə, bizdə bu məsələlərdə şəffaflıq çox zəifdir. Bu da qəbuledilməzdir. Bu cür məsələlərdə əl əyriliyə yol vermək millətin genofonduna qarşı soyqırım aktı törətmək anlamına gəlir. Mən onu da görürəm ki, deyirlər ki, ayrılan pullar uşaqların yeməyinə çatmır. Biz çatdırıb uşaqlara yeməklə təmin edə bilmirik. Ayrılan pul vəsaitləri azdır. Burada iki tərəf var, ya onlar oğurlayıblar, ya da Maliyyə Nazirliyi bərbad işləyir və millətə qarşı bir terror törədir.

Amma inanmıram ki, Maliyyə Nazirliyi düzgün yoxlama aparmasın. Bu pulu Maliyyə Nazirliyi ayırır, eyni zamanda nəzarət edir. Maliyyə Nazirliyi bununla bağlı açıqlama verməlidir. Dövlətin ayırdığı vəsait onların yeməyinə, təhsilinə və sağlamlığına bəs edən dərəcədədir. Dünya standartlarına uyğun şəkildə bölüşdürülmə aparılıb. Əgər bu belədirsə, onlar açıqlama verib, bunu sübut edə bilərlər" - deyə o bildirib.

Bölmənin digər xəbərləri

02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ

Dünyapress TV

Xəbər lenti