Ardını oxu...
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına mütamadi olaraq verilən suallardan daha biri:
İşdən sonrakı dövr ərzində, eyni zamanda iş və əmək əlaqədar olmayan münasibətlərlə əlaqədar işçilərin hər hansı bir əmək intizamı məsuliyyəti varmı, bu hallara görə İşəgötürən və ya onun vəzifəli şəxsi tərəfindən işçinin şifahi və yazılı İzahat verməsi tələb oluna bilərmi?
Bununla əlaqədar bildirirəm ki, əlbəttə hər bir idarə, müəssisə və təşkilat rəhbərlərinin və ya İşəgötürənlərin arzusudur ki, onların işçisi və ya əməkdaşları həm iş yerlərində, həm də ictimai həyatda peşəkar olsun, nümunəvi işçi olsun, həm iş yerində, həm də ictimai həyatda nümunəvi həyat tərzi keçirsinlər. Lakin:
1. Nəzərə almaq lazımdır ki, hər bir əmək münasibətləri, o cümlədən də işəgötürənlə işçi arasında olan əmək münasibətləri yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir Yəni, Əmək Məcəlləsi, yalnız əmək münasibətlərini tənzimləyir, şəxsi, ailə və digər münasibətləri tənzim etmir.
2. AR-n Əmək Məcəlləsinə əsasən isə əmək münasibətləri - Əmək Məcəlləsində, əmək qanunvericiliyində, Kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə - işçi arasında qarşılıqlı razılıq əsasında müəyyən edilən münasibətlərdi
3. İşçinin, iş vaxtından sonrakı dövrdə və işə aid olmayan ailə, məişət, davranış və sair münasibətlərinin isə İşəgötürənə heç bir aidiyyatı yoxdur, bu münasibətlərə qarışa bilməz, qarışarsa isə bu işçinin şəxsi və ailə işlərinə qarışmaq və ya müdaxilə etmək kimi qiymətləndirilir.
4. Nə AR-nın Əmək Məcəlləsində, nə də əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə, digər normativ hüquqi aktlarda, eyni zamanda müəssisənin Nizamnaməsindı və ya Əsasnaməsində işəgötürənun, işçinin şəxsi və ailə işlərinə müdaxilə edə bilməsi barədə maddi hüquq normaları nəzərdə tutulmamışdır.
6. İşçi, iş vaxtından sonrakı hərəkətlırinə görə o vaxt əmək intizamı məsuliyyəti daşıyır və ya ondan yazılı İzahat verilməsi tələb oluna bilər ki, bu hərəkətlər bilavasitə işlə və ya əmək münasibətləri ilə əlaqədar olsun.
7. İşçinin iş vaxtından sonra və işə aid dövrə aif olmayan ailə, məişət, davranış və sair münasibətlərinə görə etdiyi qanunsuz hərəkətlərə və ya davranışlara görə müvafiq məsuliyyətə cəlb etmək səlahiyyəti isə İşəgötürənə deyil, müvafiq hüquq mühafizə və məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir.
8. İşçidən yazılı İzahat verməsi tələbi, onun ehtimal olunan əmək intizamını pozması məqsədi ilə və bu barədə onun şəxsi fikrini almaq məqsədilə edilir. İş vaxtından sonra və işə aid olmayan ailə, məişət, davranış və sair münasibətlərinə görə İşəgötürən tərəfindən İşçidən yazılı və ya şifahi İzahatın tələb edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblətini ziddir. Belə ki:
9. İş vaxtından sonra və işə aid olmayan ailə, məişət, davranış və sair münasibətlərinin isə əmək münasibətlərinə heç bir aidiyyatı yoxdur, bu münasibətlər əmək münasibətləri deyil.
10. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər. İntizam tənbehi verməmişdın əvvəl isə yazılı İzahatını tələb edib ala bilər.
11. İşçidən yalnız: iş vaxtı ərzində, bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi hallarında yazılı İzahatın verilməsi tələb edilə bilər.
Yekun olaraq bildirmək istəyirəm ki, hər bir idarə, müəssisə və təşkilatlarda: istehsalat fəaliyyətinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və digər normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirilməsini təmin etmək bu sahədə çalışan hüquqşünasların əsas vəzifələrindən biridir. Məhz hüquqşünaslar bu hallarda öz vəzifələrinə uyğun hərəkətlır etməyə məcburdurlar.
Mənim əvvəllər işlədiyim idarə rəisinin mənə ilk göstərişi bu olmuşdur: İdarədə hər bir işçi öz şəxsi fikrini deyə bilər, yalnız hüquqşünasdan başqa, hüquqşünas isə öz şəxsi fikrini deyil, qanunları deməyə borcludur.
Azər Quliyev.
TEREF
 
Ardını oxu...
“İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980 manat göstərilib.

Dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə, bu göstəricinin 990 manat olacağı proqnozlaşdırılır”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin iyunun 7-də keçirilən plenar iclasında deyib.

Qeyd edək ki, bu gün ölkədə yüksək əməkhaqqı alan vətəndaşlarla yanaşı minimum əməkhaqqı alanlar da var. Yüksək maaş alan işçilərin bir çoxu dövlət müəssisələri və müvafiq şirkətlərdə çalışanlar hesab edilir.

Ümumiyyətlə, orta aylıq əməkhaqqının cari ildə 990 manata olacağı nə dərəcədə realdır?

İqtisadçı-ekspert Akif Nəsirli "Cebhe.info"-ya bildirib ki, Azərbaycanda ümumi orta aylıq əməkhaqqı doğurdan da bu ilin sonunadək 1000 manata yaxın ola bilər:

"Artıq Bakı şəhəri və onun ətraf qəsəbələrində, Abşeron yarımadasında ümumiyyətlə, orta aylıq əməkhaqqı 1200 manata yaxınlaşır. Ancaq məsələ burasındadır ki, orta aylıq əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər mübahisə doğurur.

Belə ki, orta aylıq əməkhaqqını hesablayanda ən çox və ən az əməkhaqqı alan arasında böyük fərq varsa, demək bunun hesablama qaydası, iqtisadi göstəricinin əhəmiyyəti aşağı düşür. Yəni, ən çox əməkhaqqı alanla ən az alan arasında 10-15 dəfədən artıq fərq varsa, bu halda orta aylıq əməkhaqqının hesablanması əhəmiyyətini itirir.

Onların məntiqinə görə, əməkhaqqı köhnə lətifədəki kimi hesablanır - "Biz kələm yeyirik, məmurlar isə ət yeyir, orta hesabla biz dolma yeyirik”. Əslində isə bizim dolmadan xəbərimiz yoxdur, yediyimiz kələmdir. Bu təzadı aradan qaldırmaqdan ötrü iqtisadi nəzəriyyətinin başqa bir elementi var.

Həmin element median əməkhaqqından ibarətdir. Median əməkhaqqı nədir? Orta aylıq əməkhaqqı, ümumi əməkhaqqı alanların siyahısı tutulur. Onların aldığı maaş tapılır. Bu maaşların hamısı toplanır və saya bölünür. Yəni ortalama hədd götürülür.

Ancaq median əməkhaqqıda siyahı azalan, yaxud çoxalan xəttlə yığılır və ən yuxarıda ən az əməkhaqqı alan, aşağıda ən çox əməkhaqqı alan olur. Bu işçilərin 50 faizinin ən az əməkhaqqı alanlarını götürürlər.

Siyahıda artan xətlə, azdan çoxa doğru sıralanmış siyahıda, məsələn, 5 milyon işçi varsa, onların 50 faizinin orta aylıq əməkhaqqı çıxarılır. Əgər biri 345 manat əməkhaqqı alırsa, ən çox alan 35-40 min manat alır və bu, böyük fərqdir. Az qala min dəfə fərq var. Belə halda median əməkhaqqı istisadi nəzəriyyəyə görə, işə düşür. Yəni aşağı maaş alanların orta əməkhaqqı çıxır.

Hökumət həmin median əməkhaqqının artırılması ilə məşğul olur. Ümumi orta aylıq əməkhaqqı məfhumu arxa plana keçir. Əgər biz 990 manatdan danışırıqsa, Azərbaycanda median əməkhaqqı uzaqbaşı 450-500 manat olar. Bu gün 1000 manat əməkhaqqı alanın maaşını artırmağa o qədər də ciddi ehtiyac yoxdur. Ciddi ehtiyac, median əməkhaqqını əhatə edən və oradakı orta aylıq əməkhaqqını artırmaq məsələsi aktuallaşır. Burada real problem ortada olur.

Azərbaycanda da həmin vəziyyətdir. Məsələn, SOCAR-da elə işçilər var ki, 30-50 min manat əməkhaqqı alır. Ancaq ölkədə böyük əksəriyyət 345 manat minimum əməkhaqqı alır.

Ondan bir qədər az insan 500-700 manat maaş alır. Yəni bu median əməkhaqqı hansı sərhəddi əhatə edəcəksə, hökumət o işçilərin maaşının artırılması ilə məşğul olmalıdır. Belə ki, hökumətin hədəfi dəyişməlidir. Median əməkhaqqı işə düşməklə hökumətin iqtisadi idarəetmədə hədəfi dəyişir, bu yeni hədəf real problemi ortaya qoyur və bunun aradan qaldırılması yolları axtarılır.

Bu daha məqsədəuyğun işdir, nəinki orta aylıq əməkhaqqı ilə fəxr edək. Median əməkhaqqı 500 manatdan yuxarı deyil. Bu rəqəmi dəqiqləşdirməklə, median əməkhaqqının artıırlması ilə bağlı tədbirlər görülməlidir".
 
Ardını oxu...
Bu gün keçirilən sertifikatlaşdırma imtahanından keçə bilməyən müəllimlərin işinə nə zaman xitam veriləcəyinə münasibət bildirilib.

APA-nın xəbərinə görə, Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib ki, ilkin mərhələdə əldə olunan nəticələr hələ yekun deyil:

“Qarşıdakı günlərdə apellyasiya müraciətlərinə baxılacaq. Yekun nəticələr olduqdan sonra növbəti addımlar atılacaq və bu zaman ictimaiyyətə öncədən məlumat veriləcək”.

Nurlan İsmayılbəyli deyib ki, sertifikatlaşdırmada uğursuz olan müəllimlər MİQ imtahanlarında iştirak edə bilərlər.

O bildirib ki, qanunvericilikdə sertifikatlaşdırmadan uğurla keçə bilməyən müəllimlərin MİQ imtahanlarında iştirakına məhdudiyyətin qoyulması ilə bağlı müddəa yoxdur.
 
 
 
Ardını oxu...
İkisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.

Bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan Respublikasının vətəndaşı ilə nikah bağlamağı seçirlər. Bu hal Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir.

Təqdim olunan qanun layihəsi də məhz ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb.
 
 
 

Ardını oxu...
Azərbaycanda son illər özəl şirkətlərdə əmək müqaviləsi olmayan işçilərin sayı azalmasına baxmayaraq, hələ də bu problem öz aktuallığını saxlayır.

AzFakt.com xəbər verir ki, belə şirkətlərdən biri də dərman pereparatlarının satışı ilə məşğul olan "Miral" MMC-dir.

Vətəndaş Aynur Şıxəliyev adlı şəxsin sosial şəbəkədə paylaşdığı məlumatda iddia edilir ki, "Miral" MMC şirkəti onu əmək müqaviləsi olmadan işlədib və işlədiyi 2 aylıq əmək haqqısını 1500 manatı ödəmir. Aynur Şıxaəliyeva qeyd edib ki, əmək haqqını (1500 manat) almaq üçün dəfələrlə "Miral" MMC-nin rəhbəri Elmir Aslanlı ilə əlaqə yaratsa da, adıçəkilən şəxs müxtəlif bəhanələr gətirərək, vaxt almaqla onu aldadır.

Bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilirlər.

Məlumata görə, "Miral" MMC işlətdiyi işçilərlə heç bir əmək müqaviləsi bağlamır və qanunu bilərkdən pozur.

Qeyd edək ki, 2023-cü ildə Qida Təhlükəsizliyi Agentliyi tərəfində "Miral" MMC-nin ölkəyə idxal etdiyi Pakistanda fəaliyyət göstərən “Salbion Health Sciences Pvt Ltd” şirkətinin istehsalı olan, ümumi miqdarı 3000 ədəd təşkil edən “Sele Forte kapsul №30” adlı bioloji aktiv qida məhsullarında ağır metalların Kadmium (Cd) miqdarının normadan artıq olduğu aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun qərar qəbul olunub və istehlaka yararsız bioloji aktiv qida məhsulları məhv edilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Bir neçə gün öncə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun beş əməkdaşı qazdan zəhərlənərək həyatını itirib, iki əməkdaşı isə tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya hospitalizə olunmuşdu.
Bəs görəsən, zavodda həyatını itirənlərə nə qədər kompensasiya veriləcək?
Mövzu ilə bağlı oxu.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, ümumiyyətlə bütün iş yerlərində təhlükəsiz əmək şəraiti yaradılmalıdır:
"Orada çalışan işçilərin həyat və sağlamlığı üçün hər hansı bir təhlükə riski olmalı deyil. Yarana biləcək gözlənilməz təhlükə riskləri nəzərə alınmalı və ona aid tədbirlər görülməlidir. Xüsusən də riskli sahələrə nəzarət olmalıdır. Tədbirlər kompleks şəklində görülməlidir.
Təhlükəsizlik tədbirlərinə mütəmadi nəzarət edilməlidir. Bədbəxt hadisə baş verərsə, kimsə xəsarət alarsa və ya həyatını itirərsə, buna görə məsuliyyət nəzərdə tutulub. Hər biri aktlaşdırılır. Hüquq mühafizə orqanları tərəfindən məsələyə hüquqi qiymət verilir".
E.Nurəliyev qeyd edib ki, işçilərin də özlərinə uyğun hüquqları var:
"İşçi təhlükəli şəraitdə çalışırsa, xüsusi geyimi və ya qoruyucu vasitələri yoxdursa, iş görməkdən imtina edə bilər. İşəgötürən işçini təhlükəsizlik baxımından təmin etməyə borcludur. Bunların hər biri bədbəxt hadisə baş verməməsi üçündür. İşçi də bədbəxt hadisənin baş verməməsində maraqlıdır".
Ekspert əlavə edib ki, işçilər mütləq şəkildə sığortalanmalıdırlar:
"Sığorta olmadan da işçi bədbəxt hadisədə həyatını itirərsə, kompensasiya verilir. Kompensasiya işçinin vəzifəsinə görə təyin edilir. Kompensasiya təyin olunan zaman işçinin himayəsində azyaşlı və ya əlilliyi olan şəxslərin olub-olmaması da nəzərə alınır. Həlak olan şəxsin 18 yaşına çatmamış övladı və yaxud da 22 yaşına qədər təhsil alan övladı, evində əlilliyi olan şəxs varsa, bu xərclər hər biri ona görə hesablanır.
Birdəfəlik ödənişlər də olur. İşçinin sığorta qiymətləri, xərcləri kateqoriyalar əsasında hesablanır".
Vəkil Nərmin Həsənli əlavə edib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var:
"Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 207.1-ci maddəsində işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ nəzərdə tutulub.
Məcəllənin 217-ci maddəsi istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarını tənzimləyir. Həmin maddənin birinci hissəsində işəgötürənin istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borclu olduğu qeyd edilib. Qeyd olunan maddənin üçüncü hissəsində isə bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalı olduğu müəyyən edilib.
"İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında" 9 yanvar 2003-cü il tarixli 3 nömrəli Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalar Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir".
N.Həsənli əlavə edib ki, həmin qaydaların 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır:
"Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir.
Təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir.
İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə. TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), orqanizmin funksiyalarının pozulması faizini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir".
"Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əməkhaqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əməkhaqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir.
Qaydaların 3.3-cü bəndinə əsasən isə zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əməkhaqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablandığı müəyyən edilib. Zərərçəkənin orta aylıq əməkhaqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əməkhaqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əməkhaqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əməkhaqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Əmək xəsarəti nəticəsində zərərçəkən vəfat etdikdə, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əməkhaqqı işçinin ölümündən əvvəlki 12 təqvim ayı üzrə hesablanır", - deyə vəkil fikrini tamamlayıb.
 
Ardını oxu...
Ölkədə minimum əməkhaqqının saatlıq minumum əməkhaqqı ilə əvəzlənməsi ilə bağlı təkliflər hazırlanır. Bəs saatlıq əməkhaqqı nə qədər olmalıdır və kimlərə aid edilə bilər?

AzFakt.com xəbər verir ki, bu barədə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, minumum əməkhaqqı Avropa ölkələrində tətbiq olunan növ olsa da, ölkəmizdə bunu saat hesabına böldükdə çox kiçik rəqəm alınır ki, həmin ölkələrlə müqayisədə çox azdır:

“İxtisası olmayan bir işçi gündə 8, həftədə 40, ayda 167 saat işləyirsə, bizdə ona 345 manatdan aşağı əməkhaqqı vermək olmaz. Bu rəqəmi saatlara böləndə 2 manat bir neçə qəpik alınır. Bu hesab Şərqi və Qərbi Avropa ölkələrində fərqlidir. Elə ölkələr var ki, maaş məbləği təxminən bizə yaxındır”.

S.Məmmədov bildirib ki, saatlıq əməkhaqqı minimum əməkhaqqı hesabına formalaşdığı üçün bu məsələ tənzimlənməli, minimum əməkhaqqı artırılmalıdır. Bu sistem iqtisadi və sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə, aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

“Bəzən çaşqınlıq yaranır ki, saatlıq əməkhaqqı sisteminə keçməklə bütün maaşlar saatla hesablanacaq. Bu səhv düşüncədir. Həmin sistem yalnız minimum əməkhaqqı üçün nəzərdə tutulub. Minimum əməkhaqqı saatla hesablanarsa, hər saata uyğun olaraq normadan az maaş verilə bilməz”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin noyabrın 1-dək təqdim olunması nəzərdə tutulub.
 

Ardını oxu...
Əvvəllər az qala hər gün toy xəbəri eşidir, hər ay toy dəvətnaməsi alırıdıq .

Hər binanın qarşısında toy korteji düzülür, “Vağzalı” çalınırdı. Tez-tez açıq məkanda fotosessiya etdirən bəy-gəlin görürdük. Təbii ki, bu da toy biznesini ən gəlirli sahəyə çevirirdi. Koronavirus (COVID-19) pandemiyası zamanı ölkədə toyların keçirilməsində müəyyən qədər fasilə yarandı. Nəticədə bu biznesə pul yatıran sahibkarlar ciddi problemlərlə üzləşdilər.

Ardınca toylara qadağa aradan qaldırlsa da, sanki toy sektoruna müəyyən düzən gəldi. Xüsusən də qonaqların sayı azaldı. Son zamanlar isə toy biznesinin iştirakçıları vəziyyətdən gileylənməyə başlayıblar.

İqtisadçı Natiq Cəfərli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, şadlıq saraylarında toyların azalması demoqrafik amillərə də bağlı ola bilər:

"Çünki bizdə hər zaman dalğavari demoqrafik tsikl olur. Yəni evlənənlərin sayının azalması toyların da sayının azalmasına səbəb olur. Çünki mənzil problemi, sosial problemlər evlilik yaşını artırıb. Əvvəllər evlilik yaşı 23-27 idisə, indi daha gec yaşları əhatə edir. Sosial-iqtisadi problemlərin olduğu bir şəraitdə evlənənlərin də sayının azalması müşahidə edilir”.

Ekspert deyib ki, bunun digər bir səbəbi də gənclərin oxumaq üçün xarici ölkələri seçmələri olub:

“Belə gənclərin sayı artır və bu vəziyyət ehtimal ki, toyların azalmasına da təsirsiz ötüşmür".
 
Ardını oxu...
Yay mövsümündə insanlar gərgin iş rejiminə ara verib məzuniyyət götürərək bölgələrə üz tuturlar. Ancaq istirahətlərinin həm maraqlı, həm də münasib qiymətə başa gəlməsi üçün seçim edərkən xeyli axtarış etməli olurlar. Qiymətlər isə o qədər də ürəkaçan deyil.
Statistika göstərir ki, istirahət məqsədilə rayonlara gedənlərin əksəriyyəti paytaxt əhalisidir.
Bölgələrdə istirahət neçəyə başa gəlir?
Xəzər TV-nin araşdırmasına görə, bir adam üçün istirahət bir günə 90-150 manata başa gəlir.
Ətraflı süjeti təqdim edirik:

 
Ardını oxu...
İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
Əmək müqaviləsinə xitam veriləcəyi hədə- qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə- min manatdan iki min manatadək məbləğdə cərimə nəzərdə tutulur
Azər Quliyev.
TEREF
 

Dünyapress TV

Xəbər lenti