Ardını oxu...
Bu günlərdə sosial şəbəkələrdə qiyabi təhsilin ləğvi ilə əlaqədar söz-söhbətlər yayılmaqdadır. Bəs görəsən yayılan söz-söhbətlərin bir əsası varmı və bu nədən qaynaqlanır?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Moderator.az-a danışdı. Bildirib ki, qiyabi təhsilin ləğvinin müzakirəyə çıxarılmasının bir neçə səbəbi var:

"Qiyabi təhsil modelində təhsil alan tələbələrin dərs yükü və saatı əyani təhsil alanlara nisbətən az olur və bu, onların təhsil keyfiyyətinə mənfi təsir göstərir. Əyani təhsil alanlar universitetdə mütəmadi olaraq tədris prosesində iştirak etdikləri halda, qiyabi təhsil alanlar daha az dərs saatı ilə məhdudlaşır və bu da onların praktik və nəzəri biliklərini tam mənimsəməsinə mane olur. Bu səbəbdən, qiyabi təhsil bəzi hallarda tam peşəkar kompetensiyalarla uyğun gəlmir.

Lakin qiyabi təhsilin ləğv edilməsi halında bu təhsil formasından istifadə edən tələbələrin aqibəti və təhsillərinə davam edə bilmə imkanları nəzərə alınmalıdır. Qiyabi təhsil əsasən işləyən şəxslər və ya ailə öhdəlikləri olan tələbələr üçün uyğun seçim olduğu üçün ləğv olunması onların təhsil hüquqlarını məhdudlaşdıra bilər. Bu baxımdan, qiyabi təhsil modelinin tamamilə ləğv edilməsindən daha çox, onun təkmilləşdirilməsi üzərində düşünmək daha faydalı olar.

Bunun üçün bir neçə istiqamətdə dəyişikliklər təklif edilə bilər. Məsələn, qiyabi təhsil modelini onlayn və ya hibrid təhsil modeli ilə əvəzləmək mümkündür. Belə bir model tələbələrə daha rahat və çevik təhsil imkanı təqdim edə bilər. Onlayn dərslər və interaktiv platformalar vasitəsilə tələbələr dərslərə uzaqdan qoşula bilər, həmçinin, tədris prosesində daha aktiv iştirak edə bilərlər. Bu yanaşma, qiyabi təhsilin ləğvi halında tələbələrin təhsil prosesindən uzaqlaşmamasını təmin edər.

Eyni zamanda, qiyabi təhsil alan tələbələr üçün nəzərdə tutulan dərs proqramları və dərs saatlarının artırılması da digər bir alternativdir. Beləliklə, qiyabi təhsil alan tələbələr tədris prosesinə daha çox vaxt ayıraraq peşəkar bilik və bacarıqlarını gücləndirə bilərlər. Bu, onların əyani təhsil alan tələbələrlə rəqabətə davamlı olmasını təmin edər və təhsilin keyfiyyətini yüksəldər.

Nəticə etibarilə, qiyabi təhsilin ləğvi qərarı müzakirə edilərkən onun təhsil alanlar üçün yaratdığı imkanlar və çətinliklər diqqətlə nəzərə alınmalıdır. Qiyabi təhsil almaq məcburiyyətində olanlar üçün alternativ modellər təqdim edilmədən ləğv olunması, sosial bərabərsizliyə və təhsil imkanlarının məhdudlaşmasına gətirib çıxara bilər. Bu səbəbdən, daha çox təhsil imkanları və çevik tədris modelləri üzərində düşünmək təhsil sisteminin gələcək inkişafı üçün daha məqsədəuyğun olacaqdır".

Ardını oxu...


Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti ildə həyata keçiriləcək yeni sosial paket çərçivəsində minimum əməkhaqqı və pensiyalar artırılacaq.

Report xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Bununla bağlı təkliflər hazırlanıb. Müvafiq dövlət büdcəsində nəzərə alınıb. Dövlət büdcəsinin yekununda sonra elan ediləcək”, – nazir vurğulayıb.

Xatırladaq ki, daha əvvəl S. Babayev məşğulluğun qarşısında duran ən böyük çağırışlardan danışmışdı.
Ardını oxu...
Bu 8 milyar insanın;
%11'i Avrupa'da
%5'i Kuzey Amerika'da
%9'u Güney Amerika'da
%15'u Afrika'da
%60'ı Asya'da yaşamaktadır.
%49'u köylerde, %51şehirlerde yaşıyor.
İnsanların;
%12'si Çince
%5 İspanyolca
%5 İngilizce
%3'ü Arapça
%3 Hintçe
%3 Bengalce
%3 Portekizce
%2 Rusça
%2 Japonca
%62'si kendi dilinde konuşuyor.
-İnsanların;
-%77'sinin konutu var. %23'ünün yaşayacak mekanı yok.
-% 25'i yetersiz besleniyor.
-%87'si temiz içme suyuna sahip.
-%75'inin cep telefonu var.
-%30'unun internet erişimi var.
-% 7'si üniversite mezunu.
-%83'ü okuma-yazma biliyor.
İnsanların;
-%33'ü Hıristiyan,
-%22'si Müslüman,
-%14'ü Hintliler,
-%7''si Budist,
-%12'si diğer dinler,
-%12'sinin dini inancı yok.
-Dünyada insanların %26'sı 15 yaşına ulaşamadan ölüyor. 15-64 yaş aralığında ölenlerin oranı % 66'dır.
-İnsanların sadece % 8'i 65 ve üzerindeki yaşlara kadar yaşayabilmektir..
Kaynak:NEW ENGLAND JOURNAL OF MEDICINE
Mehmet Özgür Ersan
TEREF
 
 
 
Ardını oxu...
Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatına yararlı torpaqların icarəyə verilməsi ilə bağlı qanun Milli Məclisdə qəbul edilib.

Qəbul olunan yeni qanuna görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar yaşayış məntəqələrinə yaxın olan kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə veriləcək.

Qeyd edək ki, bu addım, torpaqdan istifadənin daha səmərəli olmasını təmin edəcək, həmçinin regionda yerli əhalinin aqrar sahəyə daha aktiv şəkildə cəlb olunmasına imkan yaradacaq.

Yeni qanunun tətbiqi sayəsində, kənd sakinləri torpaqdan istifadədə daha çox imkan əldə edəcək və aqrar sektorun inkişafına mühüm təkan verəcək. Eyni zamanda, güzəştli şərtlər regionda iqtisadi canlanma yaradaraq, əhalinin rifahını artırmağa xidmət edəcək.
 
Ardını oxu...
Bu günlərdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov "Azərbaycan Müəllimi” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq.

Xatırladaq ki, müəyyən güzəştləri əhatə edən belə kartlar tələbələr üçün də hazırlanıb, hətta artıq Bakı Dövlət Universitetində təqdim edilib.

Hələki güzəştli kartların tətbiqini təhsil sahəsində görürük.

Bəs başqa kimlərə bu kartlardan verilə bilər?

Bizim.Media məsələylə bağlı danışan millət vəkili Vüqar Bayramov belə kartların pensiyaçılara verilməsini təklif edir:

"Ümumiyyətlə, xüsusilə nəqliyyatda güzəştli kartların tətbiqini təklif edirik. İnkişaf etmiş ölkələrdə belə kartlardan istifadə olunur. O ölkələrin praktikasına baxsaq, güzəştli kartlardan tələbələr, təhsil işçiləri o cümlədən pensiyaçılar istifadə edirlər.

Çünki pensiyaçılar üçün güzəştli kartlar çox önəmlidir, onların sosial təminatının qorunması baxımından vacibdir. Bu kartlar nəqliyyatda güzəştli qiymətlərlə səfər etmək imkanı verir, hətta bəzi ölkələrdə pensiyaçıların nəqliyyat xərclərini dövlət qarşılayır”.

Deputat vurğulayıb ki, sosial qayğıya ehtiyacı olan vətəndaşlara belə kartların verilməsi məqsədəuyğundur. Çünki bu onların sosial təminatının daha da güclənməsinə gətirib çıxara bilər.

"Təklifimiz odur ki, bizdə də oxşar olaraq pensiyaçılara, tələbələrə və bir sıra digər həssas qruplara xüsusilə nəqliyyatda güzəştli kartlardan verilsin”.
Ardını oxu...
Azərbaycanda iş günü hesab olunmayan bayram günlərində işçilərin işə cəlb edilməsi qadağan olunsa da, burada istisnalar var. Onlara fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində çalışanlar aiddir.

TEREF qafqazinfo-ya istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, həmin günlərdə işləməyə görə onlara əlavə əməkhaqqı verilməlidir.

Bəs əlavə ödənişin məbləği nə qədər olmalıdır?

Azərbaycanda 15 bayram olsa da, onun 12-sinə təsadüf edən günlər qeyri-iş günü hesab olunur. İş günü hesab olunmayan bayram günləri aşağıdakılardır:

Yeni il bayramı (Yanvarın 1 və 2-si);

Beynəlxalq Qadınlar Günü (Martın 8-i);

Faşizm üzərində Qələbə günü (Mayın 9-u);

Müstəqillik Günü (Mayın 28-i);

Azərbaycan Xalqının Milli Qurtuluş Günü (İyunun 15-i);

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü (İyunun 26-sı);

Zəfər Günü (noyabrın 8-i);

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (Noyabrın 9-u);

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü (dekabrın 31-i);

Novruz bayramı – 5 gün;

Qurban bayramı – 2 gün;

Ramazan bayramı – 2 gün.

Əmək Məcəlləsinə görə, bayram günləri görülən işə görə əməkhaqqı vaxtamuzd (faktiki iş saatlarına görə) ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamalıdır. Bayram günləri işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

2024-cü ilin istehsalat təqviminə görə, noyabr ayında 5 günlük iş həftəsi üzrə 151 iş saatı var. Bu da o deməkdir ki, vəzifə maaşı 1000 olan işçinin həmin ay üzrə 1 saatlıq əməkhaqqı məbləği 6 manat 60 qəpikdir, 1 günlük maaşı isə 52 manat 80 qəpikdir. Bayram günlərində işləməyə görə isə bu məbləğlər 2-yə vurulmaqla hesablanıb əmək haqqına əlavə edilir.

Həmçinin aylıq maaş alan işçilərə bayram gününə görə əlavə ödəniş, iş aylıq iş vaxtı norması çərçivəsində görülübsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla verilməlidir. Əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülübsə, işçiyə maaşdan əlavə gündəlik vəzifə maaşının 2 qat məbləğindən aşağı olmamaqla əlavə əməkhaqqı ödənilir.

Müəyyən kateqoriyadan olan işçilərin bayram günlərində işə cəlb olunması müəyyən şərtlər əsasında mümkündür. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların bayram günlərində işə cəlb edilməsinə yalnız onların yazılı razılığı ilə yol verilir. Hamilə və 3 yaşınadək uşağı olan qadınların bayram günləri işə çıxmasına, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda razılıq verilir.

Yaşı 18-dən az olan işçilərin bayram günlərində işə cəlb edilməsi isə ümumiyyətlə qadağandır.
 
Ardını oxu...
Azərbaycanda artıq bir neçə ildir ki, Naxçıvan, Hacıqabul, Neftçala və Gəncə kimi şəhərlərində yerli yığım avtomobillər hazırlanır. Sözügedən Sənaye zonalarında “Şevrolet”, “İsuzu”, VGV, UAZ, “Lada”, "Xəzər" (Khazar) və s. markalı avtomobillər istehsal edilir. Yerli maşınlara tələbat olduqca yüksəkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə yerli yığım avtomobillərin satışı təqribən 60% artıb. Üstəlik, bu nəqliyyat vasitələrini alanlara olduqca sərfəli güzəştlər tətbiq olunur.

TEREF xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, hazırda bu maşınlar sərfəli daxili lizinq şərtləri ilə satılır:

“Söhbət maşınların satışındakı güzəştlərdən gedirsə, yerli istehsal avtomobillər onsuz da sərfəli daxili lizinq şərtləri ilə satılır. Hətta bu maşınları alan şəxsin bank gecikməsinə də nəzər yetirilmir. Çünki həmin maşınlar sosial vəziyyəti aşağı olan insanlar üçün nəzərdə tutulub. Ona görə bu kateqoriyadan olan şəxslərə nəqliyyat vasitələri maksimum güzəştli şərtlərlə verirlər”.

E.Əliyev qeyd edib ki, güzəştlər daha çox maddi gəliri aşağı olan insanların avtomobillə təmin olunması üçün nəzərdə tutulub:

“Alıcılar dərindən araşdırılmır. Yəni onsuz da bu avtomobillər maddi gəliri aşağı olan insanlar üçün minimal ilkin ödənişlə satılır ki, onlar maşınlardan, el dili ilə desək, “çörək ağacı” kimi istifadə edə bilsinlər. Təbii ki, bu, alqışlanası bir addımdır”.
 
Ardını oxu...
Hazırkı reallıqlar göstərir ki, Azərbaycanın II Qarabağ müharibəsindəki qələbəsini, ərazi bütövlüyümüz və süverenliyimizin təmin edilməsini həzm edə bilməyən qüvvələr tərəfindən ölkəmizə qarşı təzyiq və riyakarlıqlar davam etməkdədir.

Bir sıra dövlətlərin Azərbaycana qarşı yeritdiyi məkrli siyasətin çox təhlükəli alətinə çevrilmiş erməni oyunlarına yeni nəfəs vermək cəhdləri açıq-aydın görünür.

Ona görə Ermənistanın öz havadarlarının təhriki ilə son vaxtlar geniş vüsət alan genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycan tərəfindən əlavə cavab tədbirlərinin görülməsi üçün müdafiə və təhlükəsizlik xərclərinin artırılacağı gözlənilən idi. Bunu teleqraf.com-a Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli deyib.

O qeyd edib ki, II Qarabağ müharibəsindəki qələbəmizin nəticələrini qoruyub saxlamaq başlıca vəzifədir:

“Eyni zamanda ölkəmizin inkişafı, xalqımızın bundan sonra da təhlükəsiz həyatını təmin etməkdən ötrü zəruri addımların atılması labüddür. Məhz bu kontekstdə hərbi gücümüzün artırılması və təhlükəsizlik məsələsi prioritet məsələlər sırasında olacaq: “Sözsüz ki, 2025-ci il dövlət büdcəsinin layihəsində sosial sahədə artımların olması da gözlənilir. Artıq gələn ilin dövlət büdcəsi zərfi Milli Məclisə göndərilib. 2025-ci il dövlət büdcəsi zərfinin Milli Məclisə daxil olan variantı əsasında sosial sahədə artırımların necə olacağını proqnozlaşdırmaq mümkündür. Artımların konkret əhatə dairəsini detallaşdırılmış şəkildə büdcə sənədlərini təhlil etdikdən sonra söyləmək doğru olar”.

Millət vəkili Maliyyə Nazirliyi tərəfindən 2025-ci il dövlət büdcəsi layihəsinin ilkin variantının açıqlandığını bildirib:

“Gələn ilin dövlət büdcəsində sosial müdafiə və təminat üzrə xərclər üçün 4 milyard 998 milyon manat ayrılması nəzərdə tutulmuşdu. Yeni variantda isə sosial müdafiə və təminat xərcləri 4 milyard 812 milyon manat göstərilib”.

Əli Məsimli hələlik minimum əməkhaqqı və minimum pensiyanın hökumət tərəfindən nə qədər artırılacağı barədə konkret rəqəm demək mümkün olmadığını söyləyib:

“Amma sözügedən ümumi rəqəmlərdən çıxış edərək demək olar ki, həmin miqdarda vəsait minimum əməkhaqqı, pensiya, müavinətlər sahəsində böyük artımlar həyata keçirmək üçün yetərli deyil və məbləğ artırılmalıdır”.
 

Ardını oxu...
 

Dünya təcrübəsində onlara müxtəlif peşələr öyrədilir, bizdə isə...

Azərbaycanda bir neçə uşaq evində nöqsanlar aşkarlanıb, cəzalandırılanlar var. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, uşaq evi sosial xidmət müəssisələrində keyfiyyətli sosial xidmət prinsiplərinin tətbiqi, eləcə də neqativ halların qarşısının alınması, müəssisələrin sakinlərinin lazımi sosial xidmətlərlə təmini istiqamətində islahat tədbirləri görülür. Agentlik tərəfindən həmin uşaq evlərində mövcud xidmətin keyfiyyətinin yoxlanılması və neqativ halların üzə çıxarılaraq aradan qaldırılması üçün xüsusi monitorinq tədbirləri həyata keçirilib.

Həmin monitorinq tədbirlərinin nəticəsi olaraq 2, 3, 4 və 6 saylı uşaq evi sosial xidmət müəssisələrində və 1 saylı ailə tipli kiçik qrup evi sosial xidmət müəssisəsində bəzi əməkdaşların fəaliyyətlərində qeyri-peşəkar yanaşma müşahidə edilməsi, uşaqlara qarşı etinasızlıq, zorakılıq hallarının baş verməsinə şərait yaradılması, nizam-intizam qaydalarına riayət edilməsi, sosial-psixoloji işin düzgün qurulmasına nəzarət edilməməsi, sanitar-gigiyena qaydalarına riayət olunmaması, sənədləşmə işinin düzgün aparılmaması və s. hallar aşkar edilib.

Bütün bunlar nəzərə alınaraq və müəssisə sakinlərinin mənafeyi əsas götürülərək sözügedən müəssisələrin ümumilikdə 41 əməkdaşı barəsində intizam tənbehi və xəbərdarlıq tədbirləri həyata keçirilib. Belə ki, onlardan 33 nəfərinə töhmət və şiddətli töhmət verilib, 8 əməkdaşa yazılı xəbərdarlıq olunub. Bununla yanaşı, 7 əməkdaşla müqavilə müddətinin uzadılmaması qərarı ilə onların əmək müqavilələrinə xitam verilib.

Xatırladaq ki, mütəmadi olaraq uşaq evlərində zorakılıq, ərzaqların oğurlanması və digər bu kimi neqativ faktlar aşkarlanır. Xüsusən də uşaqlara qarşı zorakılıq halları ilə bağlı tez-tez mətbuatda, mediada, eləcə də sosial şəbəkələrdə videolar yayılır, faktlar aşkarlanır. Bəs aparılan monitorinqlər bu problemlərin qarşısını ala biləcəkmi? 

Daha bir məsələ, uşaq evlərindəki uşaqların həyatı, sonrakı taleyi məsələsi ciddi problemdir. Eyni zamanda hər il yüzlərlə kimsəsiz uşaq 18 yaşını tamamladıqdan sonra oradan çıxarılır və bir çoxları səfil həyatı yaşayır.

Uşaq evlərində böyüyən uşaqlarla bağlı müxtəlif ölkələrdə mükəmməl proqramlar var. Məsələn, Rusiyada uşaq evlərində böyüyən uşaqların uyğun gələnlərini hərbiyə cəlb edirlər, digərlərini müxtəlif peşələrə yiyələndirirlər ki, 18 yaşını tamamladıqdan sonra işsiz qalmasınlar, habelə dövlətə yük, problem olmasınlar, kriminala yönəlməsinlər. Oxşar sistem bir çox Avropa ölkələrində də var. Bəs biz bu işi necə təşkil edək? Müşahidələr onu deməyə əsas verir ki, son 10 illikdə atılan, uşaq evlərinə verilən uşaqların sayı xeyli artıb və buna dair ciddi proqramlar işlənməlidir.

Ardını oxu...

 Üzeyir Şəfiyev 

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb: “Azərbaycan BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub və bu sənədə əsasən, uşaqların ailə mühitində böyüməsi, ailə qayğısında olması onların inkişafı üçün ən uyğun mühit hesab olunur. Bu prinsipə uyğun olaraq, Azərbaycan hökuməti də 2015-2016-cı illərdən başlayaraq uşaqların ailələrdə böyüməsini təşviq edən islahatlar həyata keçirir. Bu yanaşmanın əsas məqsədi uşaqların institusional müəssisələrdən ailə mühitinə uyğun bir formada yerləşdirilməsi və onlara ailə qayğısı göstərilməsidir. Hər nə qədər sosial uşaq müəssisələri komfortlu və təminatlı olsa da, ailənin uşağa verdiyi dəstəyi və sevgini tam şəkildə əvəz edə bilməz. Məhz bu səbəbdən hökumətlər uşaqların ailə mühitində böyüməsinə üstünlük verir və buna nail olmaq üçün müxtəlif mexanizmlər yaradılır. Himayədar ailələr və övladlığa götürmə sistemi bu istiqamətdə tətbiq olunan önəmli vasitələrdir.

Bir çox valideynlər maliyyə çətinlikləri səbəbindən övladlarını uşaq evlərinə vermək məcburiyyətində qalırlar. Bu səbəblə, hökumət sosial layihələr vasitəsilə belə ailələrə dəstək göstərməyə çalışır, onların məşğulluğunu təmin etməyə yönəlmiş addımlar atır ki, uşaqlar ailələrindən ayrı qalmasınlar. Ancaq təəssüf ki, son dövrlərdə uşaq müəssisələrinə yerləşdirilən uşaqların sayında artım müşahidə olunur, bu da sosial dəstək və ailə qayğısına ehtiyacın daha da artırdığını göstərir".

Sosioloq uşaq evlərində uşaqlar üçün qaynar xətt yaradılmasını təklif edib: “Uşaq müəssisələrində uşaqlarla kobud rəftar və zorakılıq halları ciddi problemdir və qəti şəkildə qarşısı alınmalıdır. Uşaqlara qarşı zorakılıq edən şəxslərin hüquqi məsuliyyətə cəlb olunması və işdən azad edilməsi artıq bir addımdır, lakin bu kifayət deyil. Belə halların qarşısını almaq üçün müəssisələrin ictimaiyyətə, xüsusilə də media nümayəndələrinə açıq olması çox vacibdir. Müşahidə və nəzarətin gücləndirilməsi zorakılığın qarşısını almaqda effektiv rol oynaya bilər.

Uşaqların problemlərini, zorakılıq hallarını bildirmələri üçün qaynar xətt yaradılması ideyası da çox yerindədir. Bu, uşaqlara özləri ilə bağlı problemləri anonim və təhlükəsiz şəkildə bildirmə imkanı yaradacaq".

Bundan başqa, sosioloq hesab edir ki, uşaq müəssisələrində çalışan işçilər müvafiq təlim və təcrübəyə malik sosial işçilər və psixoloji dəstək mütəxəssisləri olmalıdır: “Sosial həssas qruplarla işləməyi bacaran, onlara uyğun yanaşma göstərməyi bilən işçilərin cəlb edilməsi uşaqların inkişafı və psixoloji sağlamlığı üçün vacibdir. Təəssüf ki, bir çox müəssisələrdə bu sahədə peşəkar olmayan şəxslərin işləməsi halları mövcuddur ki, bu da uşaqlarla düzgün rəftarın olmamasına gətirib çıxarır. Bir müddət əvvəl uşaq evlərinin birində uşağın döyülməsi hadisəsi də bu problemə diqqət çəkməkdə haqlıdır - belə hallar yolverilməzdir və hökumətin də bu sahədə nəzarəti gücləndirməsi vacibdir”.

Üzeyir Şəfiyev uşaq evlərindən çıxan uşaqların sonrakı taleyi ilə bağlı isə qeyd edib: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərindən çıxan və 18 yaşına çatmış gənclər üçün tikilən məzun evləri olduqca əhəmiyyətli bir addımdır. Bu evlərdə təkcə yaşayış imkanı deyil, həm də həmin gənclərin işlə təmin olunması üçün şəraitin yaradılması onların müstəqil həyata daha rahat uyğunlaşmasına kömək edir. Bu cür layihələr gənclərin cəmiyyətə inteqrasiyasını və öz ayaqları üzərində durmalarını dəstəkləyir.

Bölgələrdə də bu tip təşəbbüslərin həyata keçirilməsi çox faydalı olardı. Bu, regionlarda yaşayan və uşaq müəssisələrindən çıxan gənclərin öz yaşadığı yerlərdə qalaraq iş və yaşayış imkanlarına sahib olmalarını təmin edə bilər. Belə layihələrin genişlənməsi həm regional inkişafı gücləndirər, həm də gənclərə sosial adaptasiya prosesində əlavə dəstək verər".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Ardını oxu...
Cəmiyyətimizdə müxtəlif avtomobil markalarına geniş maraq olduğu kimi, onların nömrələrinə də xüsusi diqqət var. Xüsusən gənc sürücülər arasında maşın nömrələrində eyni hərfin və rəqəmin təkrar olunması cəlbedici hesab olunur. Bu kimi səbəblərdən bir çox hallarda fantastik qiymətlərə dövlət nişan nömrələrinə rast gəlmək olur. Bəs bahalı nömrə almaqdakı məqsəd nədir?

Məsələyə münasibət bildirən sosioloq Mətanət Məmmədova “Sherg.az”a bildirib ki, cəmiyyətimizdə əksər insan dəbdəbə xəstəliyinə yoluxub:

“Bu tək maşın nömrələrində deyil, eyni zamanda telefon nömrələrində də müşahidə olunur. Hətta xüsusilə gənclər bu xəstəliyin daşıyıcısı olduğundan öz toy, nişan mərasimlərini də il, ay və günü oxşar rəqəmli tarixlərdə keçirməyə üstünlük verirlər. Hətta uşağın doğum günü də belə “zerkalnıy” günlərlə üst-üstə düşsün deyə, doğuş vaxtını qabağa çəkib keysəriyyə bıçağı altına düşən qadınlar var. Bir maşın nömərəsinə külli miqdarda pul verən dəbdəbə xəstələri düşünsələr yaxşı olar ki, ailələr var, gündəlik çörək pulunu min bir əziyyətlə qazanır. Uşaqlar var ki, həftələr, aylar ötür, valideyni arzuladığı nəyisə ona ala bilmir. Uşaq evləri var ki, şəraitsiz şəkildə fəaliyyət göstərir. Aztəminatlı ailələr var ki, dolanışıq səviyyəsi çox aşağı vəziyyətdədir. Lakin göründüyü kimi, dəbdəbə xəstəliyinə tutulanlar pulu belə insanların rifahı, çətinlikdən çıxması üçün deyil, öz dəbdəbəli həyatları naminə xərcləyirlər. Heç kənara xərcləməsinlər. Hər kəsin rayonlarda evi, məhəlləsi var. Elə məhəllələr, məscidlər, pirlər var ki, suyu, yolu yoxdur. Pulu bu problemlərin həllinə xərcləmək daha əlverişli olar, nəinki oxşar rəqəmli dəmir parçasına. Dünyada savab qazanmaqdan gözəl heç nə ola bilməz. Bunu düşünməyin özü də savabdır”.
 

Dünyapress TV

Xəbər lenti