Berlin-Moskva gərginliyi pik həddə:
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib ki, Almaniya hökumətinin son açıqlama və rəftarı Rusiya ilə toqquşmalara gətirib çıxara bilər. V.Volodin bildirib ki, Almaniya hökuməti vəziyyəti qəsdən gərginləşdirir.

“Bu gün Almaniyanın hakim elitası vəziyyətin gərginləşməsi üçün əsas şərtləri formalaşdırır, bu isə ölkələrimiz arasında qarşıdurma riskini artırır”, – Volodin qeyd edib.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Almaniya son dövrlər hərbi qüvvələrini gücləndirməyə yönəlmiş addımlar atır:

“Xüsusilə, bu ölkədə ağır sənayeyə artan diqqət müasir silah növlərinin istehsalına şərait yaradır. Rəsmi Berlin hazırda Fransa ilə Avropa liderliyi uğrunda rəqabət aparır. Xristian-Demokratların yenidən hakimiyyətə qayıdışı və Fridrix Merz hökumətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda verdiyi iddialı açıqlamalar Almaniyanın rəqibləri üçün narahatlıq doğurur.

Fridrix Merz sələfi Olaf Şolzdan fərqli olaraq Ukrayna məsələsində daha sərt və prinsipial mövqe nümayiş etdirir. Almaniya Rusiyaya güzəşt edilməsinin əleyhinə çıxış edir. Ukraynaya verilən Almaniya silahlarının geniş miqyasda istifadəsi, habelə bir neçə gün öncə Rusiyaya qarşı həyata keçirilən “Hörümçək toru” əməliyyatında Almaniya kəşfiyyatının da Ukraynaya dəstək verdiyi ilə bağlı səslənən iddialar Moskvada ciddi narahatlıq doğurur.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiya siyasi elitası daxilində sərt xətt tərəfdarı kimi tanınır. Onun bu açıqlaması hazırkı mərhələdə bəzilərinin gözündə ciddi qəbul olunmasa da, gələcəkdə baş verə biləcək hadisələrdən heç kim sığortalanmayıb. Ukrayna müharibəsi Rusiyanı ciddi resurs itkiləri ilə üz-üzə qoyur. Belə bir şəraitdə Rusiyanın hər hansı NATO ölkəsi ilə birbaşa hərbi toqquşmaya girməsi inandırıcı görünmür.

Volodin bu açıqlama ilə Rusiyanın təkcə Ukrayna ilə deyil, həm də NATO ölkələri ilə qarşıdurmada olduğunu göstərməyə çalışır.”

Globalinfo.az xatırladır ki, Sovet Rusiyası ilə faşist Almaniyası arasında 1941—45 illərdə müharibə olub. Bu savaş daha çox İkinci Dünya müharibəsi kimi qeyd edilsə də əsas qarşıdurma iki ölkə arasında aparılıb. Mayın 9-da faşizm üzərində qələbənin 80 ili tamam oldu və bu, Moskvada, Qırmızı meydanda təntənəli şəkildə qeyd edildi. Müharibənin bitməsinin 80 ili tamam olduğu ərəfədə Berlin-Moskva gərginliyi xüsusi diqqət çəkir.
 
 

 


Bölmənin digər xəbərləri

08 İyun 2025 NATO MƏRKƏZİNDƏ BAYRAĞIMIZ QALDIRILDI - FOTOLAR
08 İyun 2025 Tiflislə İrəvan arasında gömrük savaşı: "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir"
07 İyun 2025 Tramp Çinə təzyiq göstərməkdən çəkinir — Bloomberg
07 İyun 2025 ABŞ İrana qarşı sanksiya tətbiqini bərpa etdi: Onlarla şəxs qara siyahıda...
06 İyun 2025 Qərb MDB-nin dağılmasını istəyir - Kremldən yeni plan
05 İyun 2025 Putinlə Roma Papası arasında telefon danışığı: əsas məqamlar
05 İyun 2025 Azərbaycan-Ermənistan danışıqları başlayıb? – “Real nəticələr ola bilər”
04 İyun 2025 Zelenskiyə edilən hörmətsizlikdən sonra Si Cinpin də görüşdən yayınır – Trampın növbəti hədəfi kimdir?
04 İyun 2025 Fransa diplomatik adla Zəngəzura yerləşdi
04 İyun 2025 Cənubi Koreyada prezident seçkilərində müxalifətin namizədi qalib gəldi
04 İyun 2025 Netanyahu Azərbaycana bu səbəbdən gəlməyib
03 İyun 2025 Putinin maksimalist tələbləri Tramp üçün seçim anını gətirdi: Ağ Ev sahibi hansı qərarı verəcək?
03 İyun 2025 İranın yeni səfiri əvvəllər də Azərbaycanda işləyibmiş - DOSYE
03 İyun 2025 Tramp: Vaşinqton Tehranın uran zənginləşdirməsinə icazə verməyəcək
02 İyun 2025 Prezident: Bu gün Azərbaycan sabit iqtisadi sistemə malikdir
02 İyun 2025 “Əsrin müqaviləsi” regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi
01 İyun 2025 ABŞ Gürcüstan vətəndaşlarının deportasiyasına başladı: İlk təyyarədə...
01 İyun 2025 "Macarıstan Avropa İttifaqından çıxır!" Şok iddiaya Brüsseldən reaksiya - Orban "Huxit" deyir
31 May 2025 Tokayevdən Əliyevə və Ərdoğana MÖHTƏŞƏM DƏSTƏK
31 May 2025 Duqindən postsovet ölkələrinə görünməmiş təhdid - Bakıdan reaksiya

Dünyapress TV

Xəbər lenti