Azərbaycan-Ermənistan danışıqları başlayıb? –
Xəbər verdiyimiz kimi, Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib. Görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər. Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.

Bu iki ölkə arasında münasibətlərin normallaşmasında mühüm rol oynayacaqmı?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Azərbaycan-Ermənistan münasibətləri tədricən normaya düşür:

“Hazırda tərəflər arasında müxtəlif səviyyəli dialoqlar və təmaslar müşahidə olunur. Müxtəlif kommunikasiya imkanları, mülki komissiyaların yaradılması və birbaşa görüşlərin təşkili yeni siyasi situasiya formalaşdırır. Bu addımlar qarşılıqlı anlaşmanın və etimadın qurulmasına yönəlib. Belə imkanların yaranması Cənubi Qafqazda sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Siyasi şərhçi bildirib ki, ikitərəfli münasibətlərin dərin problemlərindən biri olan itkin düşmüş şəxslər məsələsi hələ də tam formada həllini tapmayıb və bu mövzu cəmiyyət üçün olduqca həssas xarakter daşıyır:

“İtkin düşmüş şəxslər məsələsi bizim üçün ən ağrılı mövzulardan biridir. Onların taleyinə aydınlıq gətirilməsi vacibdir. Bu istiqamətdə müzakirələrin aparılması zəruridir və tərəflərin humanitar məsuliyyətini ortaya qoyur”.

Əli Mustafayevin sözlərinə görə, əsirlikdə olan azərbaycanlılarla bağlı ciddi narahatlıq mövcuddur. Azərbaycan tərəfi dəfələrlə bu şəxslərlə bağlı məlumat almağa çalışsa da, tam şəffaflıq hələlik təmin olunmayıb:

“Müharibə dövründə kifayət qədər azərbaycanlı əsir düşüb və həlak olub. Onların harada dəfn edildiyi və ya saxlanıldığı ilə bağlı Ermənistanda real və konkret məlumatlar mövcuddur. Bu məlumatların Azərbaycan tərəfinə təqdim olunması həm prosesi sürətləndirə, həm də qarşılıqlı etimad mühitinin formalaşmasına ciddi töhfə verə bilər. Belə yanaşma normallaşma prosesinin əsas sütunlarından biri hesab olunur”.

Siyasi şərhçinin fikrincə, bütün problemlər tam şəkildə aradan qalxmasa da, atılan bu cür addımlar və aparılan danışıqlar real nəticələrə gətirib çıxara bilər:

“Münasibətlərin tədricən normallaşması uzunmüddətli sülhə doğru aparan yolun başlanğıcıdır. Qarşılıqlı etimad və şəffaflıq prinsipləri üzərində qurulan dialoq həm regional təhlükəsizliyi gücləndirə, həm də sülh müqaviləsi imzalamaq üçün zəmin yarada bilər”.
 
 


 

Bölmənin digər xəbərləri

06 İyun 2025 Qərb MDB-nin dağılmasını istəyir - Kremldən yeni plan
05 İyun 2025 Putinlə Roma Papası arasında telefon danışığı: əsas məqamlar
04 İyun 2025 Zelenskiyə edilən hörmətsizlikdən sonra Si Cinpin də görüşdən yayınır – Trampın növbəti hədəfi kimdir?
04 İyun 2025 Fransa diplomatik adla Zəngəzura yerləşdi
04 İyun 2025 Cənubi Koreyada prezident seçkilərində müxalifətin namizədi qalib gəldi
04 İyun 2025 Netanyahu Azərbaycana bu səbəbdən gəlməyib
03 İyun 2025 Putinin maksimalist tələbləri Tramp üçün seçim anını gətirdi: Ağ Ev sahibi hansı qərarı verəcək?
03 İyun 2025 İranın yeni səfiri əvvəllər də Azərbaycanda işləyibmiş - DOSYE
03 İyun 2025 Tramp: Vaşinqton Tehranın uran zənginləşdirməsinə icazə verməyəcək
02 İyun 2025 Prezident: Bu gün Azərbaycan sabit iqtisadi sistemə malikdir
02 İyun 2025 “Əsrin müqaviləsi” regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi
01 İyun 2025 ABŞ Gürcüstan vətəndaşlarının deportasiyasına başladı: İlk təyyarədə...
01 İyun 2025 "Macarıstan Avropa İttifaqından çıxır!" Şok iddiaya Brüsseldən reaksiya - Orban "Huxit" deyir
31 May 2025 Tokayevdən Əliyevə və Ərdoğana MÖHTƏŞƏM DƏSTƏK
31 May 2025 Duqindən postsovet ölkələrinə görünməmiş təhdid - Bakıdan reaksiya
30 May 2025 3 qardaş ölkə Laçından elə mesajlar verdi ki... - Dünyanın gözü AZƏRBAYCANDA
30 May 2025 Xronika: Tirana zirvəsindən sonra Qərbi Azərbaycan məsələsi tələb şəklində səslənir VİDEO
30 May 2025 Onlar Bakıya qayıdır, bəs bizimkilər..?
30 May 2025 Ərdoğan Ermənistanla münasibətlərin normallaşacağını açıqlayıb
30 May 2025 Dağlar arasında üç dost - yeni regional blokun siqnalı?

Dünyapress TV

Xəbər lenti