Bakı İrəvanı dalana dirəyib
Qərbin Azərbaycana təzyiqləri rəsmi Bakını Rusiyaya yaxınlaşdıra bilər.

Son zamanlar ABŞ və Avropa İttifaqının rəsmiləri Azərbaycana qarşı əsassız ittihamlar səsləndirirlər. Bəyan edirlər ki, guya Azərbaycan Ermənistanın cənub ərazilərinə müdaxilə etmək niyyətindədir, Moskva ilə birlikdə Ermənistanın təhlükəsizliyinə təhdid yaradır.

ABŞ Konqressində Azəraycan-Ermənistan münasibətləri ilə bağlı keçirilən dinləmələrdə Azərbaycanla bağlı heç bir əsası olmayan fikirlər səsləndirilib. Eyni zamanda ABŞ Azərbaycana hərbi yardımı da dayandırıb.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko mətbuata açıqlamasında bildirib ki, Qərbin Azərbaycana təzyiqləri heç bir nəticə verməyəcək:

“Biz görürük ki, Qərb dövlətləri sadəcə olaraq, münaqişəni qızışdırmağa çalışırdılar, sülh gündəminin təşviqində müsbət addımlar görmədik. Azərbaycana müxtəlif platformalarda təzyiqlər edilir və bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq”.

Eyni zamanda Qərbin Azərbaycana son münasibəti ilə bağlı məsələlərə toxunan Türkiyə mətbuatında qeyd olunur ki, Qərbin səhv addımları Azərbaycanı Rusiya ilə daha da yaxınlaşdırır:

“Qərb bu cür açıq təhdid dili ilə əsla Azərbaycanı qazana bilməz. Qərb bu addımları ilə Rusiyaya inanılmaz bir hədiyyə qazandırır. Çünki Azərbaycan Cənubi Qafqazın açar ölkəsidir və Rusiya bu açar ölkə ilə daha da yaxınlaşmaq fürsəti əldə edib”.

Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Qərbin Azərbaycana təzyiq etməkdə məqsədi Ermənistanı Rusiyadan qorumaqdır:

“Qərbdə hesab edirlər ki, Azərbaycan regionda Rusiya ilə birlikdə hərəkət edir və Bakının Moskva ilə daha da yaxınlaşması Ermənistanı çətin vəziyyətə salır. Həm Avropa ölkələrində, həm də ABŞ-da düşünürlər ki, Azərbaycanla Rusiya arasında yaxınlaşma Ermənistanın təhlükəsizliyini təhdid altına qoyacaq.

Qərbin Azərbaycana təzyiq etməkdə məqsədi rəsmi Bakını Rusiyadan müəyyən qədər uzaqlaşdırmaqdır. Əlbəttə, Qərb Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin yaranmasına nail olub. Amma ABŞ və Avropada ciddi narahatçılıq var ki, Rusiya nə zamansa Ermənistana qarşı ciddi tədbirlər görəcək. Moskva Ermənistanı cəzalandırmaq fikrindən əl çəkməyəcək.

İndi Qərb rəsmiləri bir masa arxasında oturub Ermənistanı Rusiyadan necə qorumaq barədə müzakirələr aparırlar. Doğrusu, Qərbin Ermənistan Rusiyanın cəza tədbirindən xilas etmək üçün imkanları yoxdur. Qərb Ermənistanı Rusiya təhlükəsindən qorumaq iqtidarında deyil. Onsuzda Qərb Gürcüstan və Ukraynanı Rusiyanın əlindən ala bilməyib.

Ona görə də Qərb bu məsələdə Azərbaycanın imkanlarından istifadə etmək niyyətindədir. Ona görə də onlar Azərbaycana təzyiq göstərməyə çalışırlar.

Qərb Azərbaycanı da Rusiyadan uzaqlaşdırmağa çalışırdı. Amma gördü ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz milli maraqlarına uyğun müstəqil xarici siyasət yürüdür”.
 

Bölmənin digər xəbərləri

10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
10 May 2025 Tramp Putinlə bağlı qərarını verdi
10 May 2025 İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib
09 May 2025 Tramp Ukrayna ilə Rusiyanı barışdıra biləcək tərəfi açıqladı
09 May 2025 Sülh sazişi 2026-cı ildən sonraya qalır?
09 May 2025 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
09 May 2025 Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
08 May 2025 Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi
08 May 2025 Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır
08 May 2025 Prezidentin Moskvaya getməməsinin – SƏBƏBLƏRİ
08 May 2025 Paşinyan Moskvada Qələbə Paradında iştirak edəcək
08 May 2025 Ermənistan Konstitusiyasını dəyişdirir – Yeni layihə 10 aya hazır olacaq
07 May 2025 Moskva paradına 29 ölkə lideri gələcək – Uşakov siyahını açıqladı
07 May 2025 Almaniyada yeni kansler SEÇİLDİ
06 May 2025 İlham Əliyev Belarusun Baş nazirini qəbul etdi - FOTO
06 May 2025 "Əziz dostum məni Vaşinqtona çağırdı"- Ərdoğan Trampdan yazdı
06 May 2025 Ermənistanda Paşinyanın impiçmenti tələb olunur
06 May 2025 Netanyahu Bakıya gəlirmiş: Son anda bu hadisə baş verib! - İLGİNC...
05 May 2025 Kipr məsələsi iki suveren dövlət prinsipi əsasında həll olunacaq
04 May 2025 Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasının MÜMKÜN SƏBƏBİ – Ankara icazə vermədi? (DETALLAR)

Dünyapress TV

Xəbər lenti