ABŞ Konqresində Qarabağla bağlı dinləmə keçirildi
Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirildi.

Dinləmədə şahid qismində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərinin Avropa və Avrasiya bürosu üzrə köməkçisinin müavini Aleksander Sokolovksi iştirak ediblər.

Dinləmə altkomitənin sədri konqresmen Tom Kinin giriş nitqi ilə başladı. Sədr Azərbaycan və Ermənistan arasında son illər ərzində baş verən müharibənin nəticələri, o cümlədən sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyat nəticəsində Qarabağda yaşayan ermənilərin Ermənistana köçməsinə toxundu. O, Azərbaycanın Qarabağda güc tətbiq etməsindən məyus olduğunu vurğuladı.

ABŞ Dövlət Departamentinin nümayəndəsi O’Brayn giriş nitqində ölkə administrasiyasının hal-hazırda üç istiqamət üzrə iş gördüyünü bildirdi. O, Qarabağdan çıxan ermənilərin evlərinə maneəsiz dönməsinin mümkünlüyü, o cümlədən onların mülklərinin və mədəniyyətinin qorunmasının bu istiqamətlərdən birincisi olduğunu vurğuladı.

Daha sonra O’Brayn Ermənistan hakimiyyətinin xarici münasibətlərinin çoxşaxəli olmasına açıq olduğuna və ABŞ rəhbərliyinin bu istiqamətdə Ermənistana ehtiyac duyulan dəstəyin verilməsinə çalışdığını dedi.

ABŞ dövlət katibi köməkçisinin müavini daha sonra fəaliyyətin üçüncü istimətinin tərəflərlə sülh sazişinin əldə edilməsi ilə bağlı ünsiyyətin saxlanılması olduğunu dedi.

“Biz sülhün əldə olunmasında yaxından cəlb olunmuşuq. Sentyabrdan bəri Bakı və Yerevana 13 yüksək səviyyəli səfərlər edilib. Biz eyni zamanda türkiyəli həmkarlarla yaxından çalışırıq. Biz Azərbaycana aydın şəkildə çatdırmışıq ki, biz sülh istiqamətində irəliləyişin şahidi olmayana qədər Azərbaycanla münasibət 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək”, - deyə O’Brayn əlavə etdi.

O’Brayndan sonra şahid qismində iştirak edən Sokolovki giriş nitqində USAID-in Ermənistan rəhbərliyi ilə görüşərək ölkənin ehtiyacları ilə bağlı məlumatlar topladığını, o cümlədən USAID rəhbəri Samanta Pauerin Ermənistana səfəri, eyni zamanda Azərbaycanla sərhəddə Qarabağdan köçmüş ermənilərlə görüşdüyünü qeyd etdi.

Sokolovski həmçinin Ermənistan dəstəyi və humanitar yardımın artırılması, o cümlədə islahatların keçirilməsi üçün uzunmüddətli dəstəkdən danışdı:

"ABŞ Konqresinin səxavətli dəstəyi sayəsində USAID Ermənistanda dəstəyini 2018-ci ildən bəri 50 faiz artıra bilib. Bu dəstək bizə Ermənistan hökuməti və vətəndaş cəmiyyəti ilə işləmək imkanı verdi. Eyni zamanda bu dəstək Ermənistanın iqtisadi artımı, vətəndaş iştirakçılı, enerji təchizatının diversifikasiyası və plüralistik informasiya mühitinin güclənməsinə imkan yaradır."

Daha sonra altkomitənin üzvləri ilə O’Brayn və Sokolovksiyə ABŞ-ın bölgədəki siyasəti, sülh sazişi ilə bağlı son vəziyyət, Rusiya və İranın bölgəyə təsiri, o cümlədən Qarabağda hərbi əməliyyatdan sonra ABŞ administrasiyasının Azərbaycan rəhbərliyi ilə münasibətlərinin gələcəyi ilə bağlı suallar verdilər.

amerikaninsesi
 
 


 

Bölmənin digər xəbərləri

10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
10 May 2025 Tramp Putinlə bağlı qərarını verdi
10 May 2025 İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib
09 May 2025 Tramp Ukrayna ilə Rusiyanı barışdıra biləcək tərəfi açıqladı
09 May 2025 Sülh sazişi 2026-cı ildən sonraya qalır?
09 May 2025 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
09 May 2025 Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
08 May 2025 Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi
08 May 2025 Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır
08 May 2025 Prezidentin Moskvaya getməməsinin – SƏBƏBLƏRİ
08 May 2025 Paşinyan Moskvada Qələbə Paradında iştirak edəcək
08 May 2025 Ermənistan Konstitusiyasını dəyişdirir – Yeni layihə 10 aya hazır olacaq
07 May 2025 Moskva paradına 29 ölkə lideri gələcək – Uşakov siyahını açıqladı
07 May 2025 Almaniyada yeni kansler SEÇİLDİ
06 May 2025 İlham Əliyev Belarusun Baş nazirini qəbul etdi - FOTO
06 May 2025 "Əziz dostum məni Vaşinqtona çağırdı"- Ərdoğan Trampdan yazdı
06 May 2025 Ermənistanda Paşinyanın impiçmenti tələb olunur
06 May 2025 Netanyahu Bakıya gəlirmiş: Son anda bu hadisə baş verib! - İLGİNC...
05 May 2025 Kipr məsələsi iki suveren dövlət prinsipi əsasında həll olunacaq
04 May 2025 Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasının MÜMKÜN SƏBƏBİ – Ankara icazə vermədi? (DETALLAR)

Dünyapress TV

Xəbər lenti