Paşinyanın ərazi oyunu: -
Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa liderləri ilə görüşdə Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyan Bəyanat imzalayıb.

Bəyanatın mətni Aİ Şurası tərəfindən yayılıb.

Vurğulanıb ki, tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.

Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində "beşli format"da (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüş nəzərdə tutulurdu.

Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib.

Buna görə Azərbaycan bu görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.

Görüş Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Aİ Şurasının Prezidenti Şarl Mişel arasında "dördtərəfli format"da baş tutub.

Paşinyanın sözügedən sənədi imzalamasından sonra Azərbaycan və Ermənistan KİV-də rəsmi İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığına dair məlumatlar yayılıb.

Eyni zamanda, Paşinyanın Qazax rayonunun işğal altında yeddi kəndini və Sədərək rayonunun Kərki kəndini Azərbaycana qaytaracağına dair xəbərlər gündəmə gəlib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyan bəyannaməni bir il öncə, Aİ Şurasının Praqada keçirilən sammitində imzalayıb.

Bu ilin may ayında isə Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Baş nazir Paşinyan arasında baş tutan növbəti görüşdə Azərbaycan Ermənistanın ərazisini 29,8 min kv. km, Ermənistan isə Azərbaycanın 86, 6 min kv.km-lik ərazi bütövlüyünü tanıdığına dair bəyannamə imzalayıb.

Paşinyan isə Qranadada həmin sənədə sadiq qaldığını təsdiq edib. Lakin Ermənistanın Baş naziri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması, nə də işğal altındakı 8 kəndi qaytarmaq niyyəti barədə açıq mətnlə yazılmış hər hansı sənədi imzalamayıb.

Doğrudur, 86, 6 min kv.km-lik əraziyə həm Qarabağ iqtisadi rayonu, həm də işğal altındakı kəndlər daxildir. Ancaq Ermənistan nə Praqa sammitindən, nə də Brüssel görüşündən sonra Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması və işğal altındakı kəndlərin qaytarılması tələblərindən yayınıb.

Əksinə, Ermənistan Azərbaycana qarşı ərazi iddiasını davam etdirib və şərtlər irəli sürüb. Doğrudur, Azərbaycanın sentyabrın 19-da keçirdiyi antiterror əməliyyatından sonra bölgədə geosiyasi balans dəyişib və yeni reallıqlar yaranıb.

Ermənistan Qarabağı artıq Azərbaycanın tərkib hissəsi kimi tanımaq məcburiyyətindədir. Azərbaycanın bölgədə üstünlüyünü təmin yeni siyasi konyuktur Ermənistanın işğal altındakı kəndləri də qaytarması üçün ciddi əsas yaradır. Ancaq bunu Paşinyan hakimiyyəti rəsmən elan etməli və ya sənəd imzalamalıdır.

Müşfiq Abdulla
Cebhe.info

Bölmənin digər xəbərləri

10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
10 May 2025 Tramp Putinlə bağlı qərarını verdi
10 May 2025 İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib
09 May 2025 Tramp Ukrayna ilə Rusiyanı barışdıra biləcək tərəfi açıqladı
09 May 2025 Sülh sazişi 2026-cı ildən sonraya qalır?
09 May 2025 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
09 May 2025 Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
08 May 2025 Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi
08 May 2025 Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır
08 May 2025 Prezidentin Moskvaya getməməsinin – SƏBƏBLƏRİ
08 May 2025 Paşinyan Moskvada Qələbə Paradında iştirak edəcək
08 May 2025 Ermənistan Konstitusiyasını dəyişdirir – Yeni layihə 10 aya hazır olacaq
07 May 2025 Moskva paradına 29 ölkə lideri gələcək – Uşakov siyahını açıqladı
07 May 2025 Almaniyada yeni kansler SEÇİLDİ
06 May 2025 İlham Əliyev Belarusun Baş nazirini qəbul etdi - FOTO
06 May 2025 "Əziz dostum məni Vaşinqtona çağırdı"- Ərdoğan Trampdan yazdı
06 May 2025 Ermənistanda Paşinyanın impiçmenti tələb olunur
06 May 2025 Netanyahu Bakıya gəlirmiş: Son anda bu hadisə baş verib! - İLGİNC...
05 May 2025 Kipr məsələsi iki suveren dövlət prinsipi əsasında həll olunacaq
04 May 2025 Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasının MÜMKÜN SƏBƏBİ – Ankara icazə vermədi? (DETALLAR)

Dünyapress TV

Xəbər lenti