Dişsiz quruma çevrilən böyük təşkilatda dəyişiklik vacibdir, amma... - NƏ ETMƏLİ?
“BMT islahatları təşkilatın qəbul etdiyi qərarların bütün üzvləri tərəfindən ciddi şəkildə yerinə yetirilməsini təmin etməyə yönəldilməlidir. Təşkilatın Təhlükəsizlik Şurasının kəmiyyətcə genişləndirilməsi də vacibdir ki, bütün ölkələrin maraqları nəzərə alınsın”. Bu fikri Rusiya Federasiya Şurasının üzvü Qriqori Karasin deyib.

“Biz BMT Təhlükəsizlik Şurasının kəmiyyətcə genişlənməsi üzərində işləməliyik ki, bütün qitələrin və bütün ölkələrin, o cümlədən Yaxın Şərq və Afrikanın maraqları nəzərə alınsın. Həmçinin qəbul edilən qərarların bütün üzvlər tərəfindən icrasını təmin etmək lazımdır. Çünki indi görürük ki, Təhlükəsizlik Şurası, Baş Assambleya tərəfindən qərarlar verilir və kollektiv Qərb adlanan bir sıra dövlətlər öz milli maraqlarına əsaslanaraq bu qərarlara məhəl qoymurlar”, - Karasin qeyd edib.

Karasin BRİKS-in genişlənməsinin təşkilata yeni status və yeni keyfiyyət verdiyinə də diqqət çəkib. Onun sözlərinə görə, Assosiasiyanın beynəlxalq aləmdə öz maraqlarını daha dolğun müdafiə etmək imkanı var: “Bu, bütün dünyanı əhatə edən geniş miqyaslı yanaşmaları və maraqları olan fərqli bir təşkilatdır. Eyni zamanda, anlamaq lazımdır ki, BRİKS digər beynəlxalq birliklərə rəqib kimi çıxış etmək niyyətində deyil. Söhbət rəqabətdən yox, beynəlxalq birliyin inkişafı ilə bağlı sakit müzakirələrdən və qərarların qəbulundan gedir”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl BRİKS-ə üzv ölkələr (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) təşkilatın Cənubi Afrikada keçirilən “Yohannesburq-2” XV sammitinin yekun bəyannaməsini dərc ediblər. Bəyannamədə xüsusilə, BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyindən danışılır.

Xatırladaq ki, zaman-zaman BMT-də islahatlarla bağlı dünya dövlətlərinin liderlərindən çağırışlar edilir. Xüsusilə də BMT Təhlükəsizlik Şurasının qərarları, onların icrası ilə bağlı həmişə narazılıqlar mövcud olub. Bir müddət öndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da BMT-də köklü islahatlara ehtiyac olduğunu, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsini təklif etmişdi. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında da qurumdan narazılar mövcuddur. Necə ki, Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Rusiya narazılığını açıq şəkildə bildirir, bu tərkibin genişləndirilməsinin vacib olduğunu irəli sürür.

BMT-dən ən çox narazı qalan ölkələrdən biri də məhz Azərbaycandır. Çünki BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə 30 il müddətində icra olunmadı. Həmin qətnamələr Azərbaycanın işğal olunmuş rayonlarından Ermənistan silahlı qüvvələrinin dərhal və heç bir şərt olmadan çıxarılmasını nəzərdə tuturdu. Lakin qətnamə uzun illər icra olunmadı. 2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu ərazilərini işğaldan azad etdi və bununla da Təhlükəsizlik Şurasının qəbul etdiyi icra edilməmiş dörd qətnamə də icra olunmuş oldu. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə BMT-nin dişsiz təşkilata çecrildiyini, bu qurumda islahatların vacib olduğunu bir neçə dəfə yerli və beynəlxalq mediaya müsahibələrində səsləndirib.

Beynəlxalq və yerli ekspertlərin bəziləri də hesab edirlər ki, BMT-də dərin islahatlar keçirilməlidir. Əks halda, bu təşkilat dişsiz quruma çevriləcək. Müəyyən qism ekspertlər isə ümumiyyətlə, BMT-nin bir təşkilat olaraq ləğvinin daha doğru ola biləcəyi fikrini irəli sürürlər.

Məsələlərə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən hələ ki, reaksiya yoxdur – Rusiyadan başqa. Güman olunur ki, Rusiyanın tələbinə digər ölkələrin isti yanaşacağı real görünmür.

AYNA
 

Bölmənin digər xəbərləri

10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
10 May 2025 Tramp Putinlə bağlı qərarını verdi
10 May 2025 İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib
09 May 2025 Tramp Ukrayna ilə Rusiyanı barışdıra biləcək tərəfi açıqladı
09 May 2025 Sülh sazişi 2026-cı ildən sonraya qalır?
09 May 2025 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
09 May 2025 Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
08 May 2025 Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi
08 May 2025 Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır
08 May 2025 Prezidentin Moskvaya getməməsinin – SƏBƏBLƏRİ
08 May 2025 Paşinyan Moskvada Qələbə Paradında iştirak edəcək
08 May 2025 Ermənistan Konstitusiyasını dəyişdirir – Yeni layihə 10 aya hazır olacaq
07 May 2025 Moskva paradına 29 ölkə lideri gələcək – Uşakov siyahını açıqladı
07 May 2025 Almaniyada yeni kansler SEÇİLDİ
06 May 2025 İlham Əliyev Belarusun Baş nazirini qəbul etdi - FOTO
06 May 2025 "Əziz dostum məni Vaşinqtona çağırdı"- Ərdoğan Trampdan yazdı
06 May 2025 Ermənistanda Paşinyanın impiçmenti tələb olunur
06 May 2025 Netanyahu Bakıya gəlirmiş: Son anda bu hadisə baş verib! - İLGİNC...
05 May 2025 Kipr məsələsi iki suveren dövlət prinsipi əsasında həll olunacaq
04 May 2025 Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasının MÜMKÜN SƏBƏBİ – Ankara icazə vermədi? (DETALLAR)

Dünyapress TV

Xəbər lenti