Müsəlman və Türk liderləri macarların xristianlaşmasını qeyd etmək üçün Budapeştə toplaşıblar
Müsəlman və Türk liderləri macarların xristianlaşmasını qeyd etmək üçün Budapeştə toplaşıblar
Bu gün prezident İlham Əliyev Macarıstana səfərə gedir.

Ovqat.com-un məlumatına görə, Azərbaycan lideri ilə bərabər Orta Asiya Türk respublikalarının başçıları və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan da Budapeşti ziyarət edəcəklər. Hətta Qətər kralının da bu səfərdə Türk liderləri ilə eyni səfdə dayanacağı gözlənilir.

Bəs, bu səfərin məqsədi nədir, niyə məhz Türk və müsəlman liderlər Macarıstana dəvət olunublar?

Təsadüfi deyil ki, bu suallar yalnız bizi yox, macar ictimaiyyətini də maraqlandırır. BBC-nin iddiasına görə, macarları ən çox maraqlandıran Türkiyə prezidentinin Budapeştə səfərinin bir günlük olması və Türk liderlərinin həmin səfər münasibətilə hər hansı çıxışının nəzərdə tutulmamasıdır.

“Macarıstan mediası isə ənənəvi olaraq böyük hörmət və izzətlə gözlənilən qonaqlardan biri prezident Ərdoğanın səfərinin səbəbi deyil, bu səfərin niyə bu qədər qısa olması və bunun nədən qaynaqlana biləcəyi kimi suallara cavab axtarır.

Bu cür səfərlərdə adət-ənənənin əksinə olaraq, Macarıstan hökuməti hər hansı bir təfsilatlı açıqlama da verməyib, səfər zamanı və ya səfərdən sonra mətbuat brifinqinin keçirilməsi nəzərdə tutulmayıb və bütün bunlar səfər ətrafındakı müəmmalı ab-havanı daha da dumanlaşdırır.

Macarıstan və Türkiyə arasında son illərdə strateji tərəfdaşlıq çərçivəsində müzakirəyə çıxarılması gözlənilən bir çox gündəm məsələsi olsa da, səfər zamanı bunların heç birinin vurğulanmamasının məqsədi nə ola bilər?

Zənnimizcə, macar qardaşlarımızın başa düşmədiyi məqam əslində 20 avqust bayramının möhtəvası və R.T.Ərdoğanın siyasi düşüncəsinin bu möhtəva ilə üst-üstə düşməməsi ilə əlaqədardır.

Bəllidir ki, Türkiyə prezidenti islamçı ekoldan gəlir və son zamanlar nə qədər millətçi düşüncələrə meyllənsə də hər halda dini görüşlərini də tam itirməyib. Bu gün Budapeştdə keçirilən bayram isə macarların xristianlaşması ilə bağlıdır. Təbii ki, islamçı dünyagörüşə malik bir siyasi lider məcburən qardaş ölkənin dəvətini qəbul edib onun bayram kimi qeyd etdiyi hansısa tədbirə qatıla bilər, amma bu bayramda öz dünyagörüşünə zidd bir fikir söyləyə bilməz.

Budapeştdə hər il bayram kimi qeyd edilən bu günün əsl mahiyyətini anlamaq üçün, gəlin, macar nəşrlərinə nəzər salaq.

“Daily News Hungary” nəşri yazır: “20 Avqust Müqəddəs Stefan günündə Macarıstan dövlətinin və Xristian Macarıstanın yaranmasının qeyd olunduğu hamıya məlumdur. Ona görə də bu tarixi Fransanın Bastiliyanın mühasirəyə alması (14 iyul) və ya Almaniyanın yenidən birləşməsi (3 oktyabr) kimi mühüm hadisələrlə müqayisə etmək məntiqli olar”.

Nəşrin bu sözlərindən anlaşılır ki, Türk Birliyinin müşahidəçi üzvü olan Macarıstanda bu bayram əslində ölkə əhalisinin xristianlaşması münasibətilə keçirilir. Hətta macar müxalifləri belə, 11 əsrdə ölkəyə rəhbərlik edən Kral Stefanı nə qədər qəddar olsa da, macarları vahid bir millət halına gətirmək üçün zorla xristianlaşdırmasını, dolayısıyla Avropa ailəsinə daxil etməsini təqdirlə qarşılayırlar. Onların fikrincə, əslində dini və məzhəbi fərqlilik nədəniylə param-parça olan macarları bir araya gətirib milli dövlət quran siyasi lider Kral Stefan yox, onun atası Gezan idi. Kral Stefanın uğuru isə atasından miras qalan Macarıstanı vahid bir din ətrafında zorla birləşdirməsi, daha doğrusu xristianlaşdırması idi.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_1692537102_2.jpg
“Daily News Hungary” də bu fikirlərlə razılaşır:

“Milli mənada 20 avqust gününün bayram kimi səciyyələndirilməsi üçün bu tarixdə çox şey olmayıb. Daha konkret desək, Kral Stefan həmin gün dövlətin qurulması ilə bağlı heç bir şey etməyib. Dövlətin qurulması bir gün, hətta bir il yox, daha uzun çəkib. Bu gün tarixçilər arasında ümumi yekdil fikir ondan ibarətdir ki, dövlətin qurulması Stefanın dövründə deyil, onun atası Gezanın dövründə başlamış və gənc dövlətimiz az qala dağıldığı üçün müqəddəs padşahımızın hakimiyyəti ilə də bitməmişdir. Elə isə avqustun 20-də dövlətin yaradılmasını qeyd etmək üçün nə baş verdi? Bunu anlamaq üçün 1083-cü ilə Stefanın ölümündən çox sonraya qayıtmalıyıq.

1083-cü ildə Papanın təsdiqi olmasa belə, Müdəqqəs Roma İmperiyası tərəfindən beş müqəddəs şəxs təqdis edildi. Onlardan ikisi macar rahibi idi və həmin rahiblər iyulun 17-də, Kral Stefan avqustun 20-də, Gellert sentyabrın 24-də, İmrə isə noyabrın 5-də əziz elan olundu. Buna görə də milli bayram kimi qeyd etdiyimiz 20 avqust əslində Kral Stefanın əziz elan olunduğu tarixdir”.

Bildirilir ki, məhz bu səbəbdən protestant macarlar avqustun 20-ni heç vaxt bəyənmədilər və hətta bu bayrama qarşı üsyan bayrağı qaldırdılar: “Beləliklə, məsələn, 19-cu əsrdə protestantlarla katoliklər arasında bayramın qeyd edilməsi ilə bağlı böyük bir qarşıdurma var idi, çünki birincilər öz millətlərinin ortaya çıxmasının tarixini katolik bayramı ilə eyniləşdirmək istəmirdilər”.

Bununla belə, nəşrin iddiasına görə, gənc Macarıstan dövləti üçün həmin günün müqəddəsləşdirilməsi, o cümlədən monarxın nəhayət xristian Avropa dövlətlərinin sıralarına qəbul edilməsi mühüm diplomatik uğur idi: “Bu, demək olar ki, 1997-ci ildə NATO-ya və ya 2004-cü ildə Aİ-yə daxil olmağımızla eyni əhəmiyyətə malik hadisə idi”.

Məlumata görə, 20 avqust Macarıstanda 1927-ci ildən atəşfəşanlıqla qeyd olunur.

Heydər Oğuz,
Ovqat.com
 

Bölmənin digər xəbərləri

10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
10 May 2025 Tramp Putinlə bağlı qərarını verdi
10 May 2025 İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib
09 May 2025 Tramp Ukrayna ilə Rusiyanı barışdıra biləcək tərəfi açıqladı
09 May 2025 Sülh sazişi 2026-cı ildən sonraya qalır?
09 May 2025 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
09 May 2025 Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
08 May 2025 Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi
08 May 2025 Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır
08 May 2025 Prezidentin Moskvaya getməməsinin – SƏBƏBLƏRİ
08 May 2025 Paşinyan Moskvada Qələbə Paradında iştirak edəcək
08 May 2025 Ermənistan Konstitusiyasını dəyişdirir – Yeni layihə 10 aya hazır olacaq
07 May 2025 Moskva paradına 29 ölkə lideri gələcək – Uşakov siyahını açıqladı
07 May 2025 Almaniyada yeni kansler SEÇİLDİ
06 May 2025 İlham Əliyev Belarusun Baş nazirini qəbul etdi - FOTO
06 May 2025 "Əziz dostum məni Vaşinqtona çağırdı"- Ərdoğan Trampdan yazdı
06 May 2025 Ermənistanda Paşinyanın impiçmenti tələb olunur
06 May 2025 Netanyahu Bakıya gəlirmiş: Son anda bu hadisə baş verib! - İLGİNC...
05 May 2025 Kipr məsələsi iki suveren dövlət prinsipi əsasında həll olunacaq
04 May 2025 Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasının MÜMKÜN SƏBƏBİ – Ankara icazə vermədi? (DETALLAR)

Dünyapress TV

Xəbər lenti