Ardını oxu...
Bu gün dünya pravoslavları Milad bayramını qeyd edirlər. “Report” xatırladır ki, xristian aləminin təntənəli mərasimlərindən sayılan Milad bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur.

Dünya xristianları mənsub olduqları məzhəblərə görə bu bayramı müxtəlif günlərdə (25 dekabr (katoliklər) və 6-7 yanvar (pravoslavlar)) keçirirlər və o hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.

Xarici ölkələrdə bayram hazırlığı bir neçə ay əvvəldən başlayır, Bu ərəfədə evlərdə və müxtəlif ictimai məkanlarda şam ağacları bəzədilir və küçələr işıqlandırılır.

Qeyd edək ki, Azərbaycanda pravoslav kilsələrində hər il Milad bayramında dua oxunur.

Prezident İlham Əliyev hər il Milad bayramında pravoslavları təbrik edir.
 
Ardını oxu...
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xristian icmasının Milad bayramı ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu əziz bayram günündə bütün xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram! Uca Tanrı edilən bütün duaları qəbul etsin!"
Ardını oxu...
 
Ardını oxu...
Qədim yəhudi zərb-məsəllərindən birində deyilir: “Sən kimə daha çox inanırsan – mənə, yoxsa öz gözlərinə?” Gözlərimin gördüyü, beynimin dərk etdiyi reallıq mənə erməni iddialarından tamamilə fərqli mənzərəni göstərərək deyir ki, ermənilərin saz-söz sənəti heç yerli-dibli olmayıb. Alimlərimizin də dediyi kimi “bu sənəti erməni etnik mədəniyyətinə gətirən və onu bu xalqa sevdirən xristian və alban mənşəli türklər” olub.
Filologiya elmləri doktoru İ.Cəfərsoy türkdilli xristian aşıqlar barədə qısa məlumatda bildirir: "Ə.İrəvanlının 1958-ci ildə nəşr olunan kitabında əlli-altmış (onların sayı qat-qat çox olmuşdur-İ.V.) türkdilli erməni aşığının yaradıcılığı haqqında məlumat verilir. Əslində onların çoxu erməni deyildi, xristian qıpçaqlar, peçeneqlər, berendeylər idi”.
İ.Sarıyeva isə “Erməniləşdirilmiş türkdilli xristian aşıqlara - Sayat Novadan Qul Eğaza və Aşıq İzaniyədək” adlı məqaləsində yazır ki, “Sayat Nova (Sayat Nəva) başda olmaqla onlarla türk xristian aşıq var...Təbii, bəzi ermənilər olub ki, Azərbaycan aşıqlarının yanında (çox zaman balabançı və ya dəmkeş olaraq-İ.V.) bu sənətə maraq göstəriblər, amma bu o anlama gəlmir ki, aşıq sənəti onlara məxsusdur. Çünki ermənilərdə tarixən aşıq olmayıb”. 1912-ci ildə İzmirdə nəşr edilən, həm ermənicə, həm də türkcə yazan erməni aşıqlarının şeirləri toplanmış kitabın müqəddiməsində xristianşünas araşdırmaçı da yazır ki, bunların hamısı mənşə etibarilə türklərdir.
Çünki aşıq sənətində və aşıq şeirlərində, nəğmələrində türkün milli ruhunun sәsi aydın duyulur. Bu ruh erməniyə yaddır. Ona görə onlar sazda nə qədər yaxşı çalıb-oxusalar da, şəmkirli Aşıq Muradın qeyd etdiyi kimi “bizim kimi oxuya bilmirdilər”. Çünki ruh, o ruh deyildi. Min yaşlı “Qabusnamədə” deyildiyi kimi, “onların ruhunda, xarakterində və təbiətində ancaq murdarlıq vardır”.
Məhz bunları nəzərə alan məşhur mütəxəssis A.Koroşşenko hələ 1896-cı ildə “Moskva xəbərləri” qəzetində dərc olunan “Şərq, daha çox Qafqaz musiqisi üzərində müşahidələr” məqaləsində qeyd edirdi ki, “…ermənilərin özlərinin xalq musiqisi yoxdur”.
Onlar yalnız əhatəsində yaşadıqları xalqların folklorunu və musiqisini yamsılamaqla məşğul olmuşlar. “Ozan mədəniyyətindən istifadə edib "qusan sənətini" ortaya çıxarmışlar. Tarixi inkişafın mərhələlərini başa düşməyərək ozan sənətinin aşıq sənətinə keçdiyi anlarda özlərinin ozan sənəti ilə bağlılığını iddia edib tez-tələsik Azərbaycan aşıq sənətini təqlid etməyə başlamışlar”.
Filosof, şair və publisist M.Nalbandyan yazırdı ki, “Erməni aşıqlarını yalnız erməni ailələrində doğulduqlarına görə erməni hesab etmək olar. Qədim nəğmə və mahnıların, havaların əksəriyyəti azərbaycanlılardan götürülüb. Mən ermənilərin yaşadıqları çox yerləri dolaşmışam, həmişə də çalışmışam ki, sırf ermənicə deyilmiş bir söz eşidəm. Lakin həmin sözü dinləmək indiyə kimi nəsibim olmayıb”. Görünür, elə buna görə də fransız tarixçi J.Ş.Deserbye qeyd edirmiş ki, ”Erməni danışıq dili türk, tatar dilinin bir dialektidir.”
Onlar hətta öz təxəllüslərini də bizim aşıqların təxəllüslərinə bənzətmiş, bizim musiqi alətlərimizdən, şeir formalarımızdan və hacavatlarımızdan istifadə etmişlər. Məlum olduğu kimi, türk aşıqları şeir yaradıcılığında həmişə ənənəvi havacata əsaslanırlar. Haqverdiyan adlı bir erməni 80-ə yaxın aşıq havacatlarının tamamilə türklərə aid olduğunu yazırdı. Sənətşünas və professor Q.Levonyan isə açıq şəkildə etiraf edirdi ki: “Erməni aşıqlarının həm özlərinə götürdükləri adların, həm də onların şeir və mahnılarının adlarının hamısı Azərbaycan dilindədir”.
Professor A.Bayramov “Azərbaycan dilindən erməni dilinə keçmiş etnoqrafik və onomastik vahidlər” məqaləsində tamamilə haqlı olaraq yazır: “Dilimizin gözəlliyi, emosional-poetik xüsusiyyətləri, axıcılığı, söz sırasının poetik durumu bütün dövrlərdə erməniləri məftun etmiş, onlar hazır söz qəliblərindən və deyimlərdən yetərincə faydalanmışlar. Azərbaycan türkcəsinə aid olan sözlərin başqa dillərdə işlədilməsi yaxşıdır, amma sözləri və sözlərin ifadə etdiyi əşya və məfhumları özlərinə çıxmaları elmi saxtakarlıqdır”.
Aşıq yaradıcılığının mayası türkün ruhundadır. Erməni ruhunda isə yaradıcılıq yoxdur, “aşıqlıq qüdrətinə varmaq, onu yaşatmaq hünəri yoxdur! Heç “qafiyə cəhətdən yoxsul”, “həmahəng sözləri məhdud miqdarda” olan erməni dili özü də buna imkan vermir. Erməni heç vaxt saz-söz sənəti yaratmaq iqtidarında olmayıb, o, sadəcə, məharətli təqlidçidir, plagiatçıdır, oğrudur - vəssalam.
Türk mədəni dəyərlərinə sahib çıxmaq cəhdi isə erməni xislətinin bariz nümunəsidir. Erməni tarixçisi M. Xorenlinin (V-VI əsrlər) də dediyi kimi, “İndi olduğu sayaq, keçmişdə də elmə, şifahi ötürülən mahnılara həvəsləri olmayan, ona görə də kəmağıl, nadan və vəhşi qalan qədim hayların” tör-töküntülərinin birbaşa piratçılıq metodları ilə Azərbaycanın qeyri-maddi mədəni irsinə aid olan, türkün milli-mәnәvi vә dini-irfani dәyәrlәrlә süslәnmiş saz-söz sənətini yalandan erməni mədəni mülkiyyəti hesab etməkləri absurddur. Öz yazıçıları V.Papazyanın qeyd etdiyi kimi, “Cahil, savadsız, vəhşi və ilk öncə şüursuz və əsasən soyğunçuluq və quldurluqla məşqul olan, şimal vəhşiləri kimi ov hesabına yaşayan”, bədii təfəkkürü yerlə sürünən, bədii-estetik zövqü biabırçı vəziyyətdə olan ermənilərin intellektual-idraki məzmun daşıyan aşıq ədəbiyyatına malik olmasını iddia etməsi doğrudan da gülməlidir. Bu bədbəxtlər başa düşmürlər ki, aşıqlıq “ruh və yaşam biçimidir”, bu “geyim” onların əyninə biçilməyib. Azərbaycan Aşıqlar Birliyinin sədri, professor M.Qasımlı müsahibələrinin birində deyir ki, “Şəmkirdə erməni aşıq Yervant vardı, o Azərbaycan dilində çalıb-oxuyurdu. Hər dəfə mənə deyirdi ki, erməni dili aşığa uyğun deyil, saza yatmır. Sazın sırf Azərbaycan hadisəsi olduğunu öz dili ilə söyləyirdi”.
Əsil həqiqəti isə erməni tədqiqatçısı və ədəbiyyatşünası S.Palasanyan hələ 1886-cı ildə Sank Peterburqda nəşr etdirdiyi “Erməni nəğmələri” kitabında yazmışdı: “Biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünki hesab edirik və özümüzünkü kimi təqdim edirik”. Bu, bir etiraf idi. Ermənilərin belə etirafları isə çoxdur, lap çox. Lakin unutmayaq ki, bu etiraflar səmimiyyətdən yox, onların həqiqət qarşısında aciz qalmaqlarından irəli gəlir.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi

 
 
 
Ardını oxu...
Məşhur amerikalı rejissor Ceff Baena Los-Ancelesdəki evində ölü tapılıb.

Bu barədə “The Times of Israel” məlumat yayıb.

47 yaşlı rejissorun cəsədi dünən səhər saatlarında aşkar edilib.

Tanınmış aktrisa Aubrey Plaza ilə evli olan Baenanın ölüm şəraiti barədə hələlik heç bir rəsmi məlumat verilməyib. Araşdırmalar davam edir./baku.ws
 
Ardını oxu...
Soyuq qış günlərinin qurbanlarından biri də böyük ədib Mirzə Cəlil oldu. Sadəcə, buz bağlamış yollarınmı...
Bir neçə gün öncə qəzetdə filan gün, filan mağazada şəkər satılacaq xəbərini oxumuşdu. Uşaqlar şirin çay içməlidir. O, sübh tezdən növbəyə dayanıb şəkər alacaqdı. Sovet hökuməti artıq 10 il idi qurulmuşdu. Ölkədə böyük qıtlıq vardı, Kreml xalqlar həbsxansını aclıqla intiqama çəkməkdə idi.
Cəmi 10-20 il əvvəl bütün ümidlərini və arzularını bolşevizmə bağlayan Mirzə, həm idealları, həm gün-güzəranı, həm yaradıcılığı ilə yerlə-yeksan idi. Yazdığı hər kəlməyə, dediyi hər sözə görə min peşman idi...
Bolşevik inqilabından əvvəl o, Qarabağın xan övladı olan Həmidə xanımın malikanəsində yaşayır və zadəganlara, əsilzadələrə nifrət edirdi. Bolşevizmin bərabərlik gətirəcəyinə, siniflərin ləğv olunacağına bütün qəlbi ilə inanırdı.
Qarabağda xan törəməri, alimənsəb sayılan iki oğlu naz-nemət içində böyüyürdü. İnqilabçı qardaşı Mirzə Ələkbər də yanında idi. Həmidə xanım, məhkəmə tərəfindən ölüm hökmü çıxarılmış qaynı Mirzə Ələkbəri vəkil dostlarının sayəsində böyük pullar verib azad etdirmişdi.
Yediyi önündə, yemədiyi ardında, əziz qardaşı yanında, nökəri, qulluqçusu, faytonçusu qapısında... Həmidə xanım `Molla Nəsrəddin`i maddi dəstəkləyir, cərimələrini ödəyir, yazıb yaratması üçün bütün şəraiti yaradır, Mirzəyə Bəhmən Mirzənin kitabxanasını satın alır, kaman çalmaq istəyir, kaman alır, müəllim tutur...
Lakin Mirzə mutlu deyildi. O, çar rejiminə sinfi düşmən idi, cümhuriyyətçilərə isə şəxsi qərəzi vardı. Əsilzadələr, dünyanı dərk etdiyi gündən gözünün düşməni idi. (Lakin maraqlıdır ki, yalnız əsilzadə xanımlarla ailə qururdu, ikinci xanımı Naxçıvan əsilzadəsi, üçüncü xanımı Qarabağ əsilzadəsi idi. Birinci xanımı haqda dəqiq məlumat yoxdur, yalnız bir qızı vardı.)
Mirzə inqilaba inanmışdı. Bolşevizmin yer üzünə səadət gətirəcəyinə əmin idi.
Əziz dostu Nərimanov hakimiyyətdə idi, sözünü eşidirdi. Onlar ikisi də o taydan gəlmiş sadə ailələrin istedadlı övladları idi. Eləcə də inanmış, aldanmış, sinfi və şəxsi hissiyyatları içində doğru yolu qayb etmişlərdən idilər.
20-ci, 30-cu illər Mirzə Cəlilin öz faciəsini, aldandığını dərk etdiyi illərə çevrildi. Bir parça çörəyə möhtac qaldı, yoxsulluq gördü, soyuq qışın ölümünü yaşadı. Övladı kimi sevdiyi jurnalı sovet senzurası tapdayıb yox etdi. Onu jurnaldan qovdular, jurnalın adını dəyişib `Allahsız` qoydular.
Mirzə Cəlil yağ içində böyrək kimi bəslənmiş övladlarının qarındolusu yemədiklərini, odun ala bilmədiyindən evin buz kəsdiyini, uşaqların soyuqdan dərs çalışa bilmədiklərini yaşadı.
Mirzə sevən bir ata idi. Çox sevən. Oğullarını dəlicə sevən bir ata. Mirzə, ata kimi çökdü. Mirzə acizliyini daddı. Gördüyü işin mənasızlığını yaşadı. Əlyazmalarını evi isitmək üçün yandırdı. Hər sətiri üzərində əsdiyi yaradıcılığını balalarının isinməsi üçün ocağa tökdü. O həmin anda elə qəzəbli idi ki... Həmidə xanım bu dəhşətli aksiyanın önünə keçə bilmədi.
Əlbəttə, Mirzə bilirdi, kağız oduna ev isinməz, Mirzə bolşevizmə inamını, keçmişini, puç olmuş ideallarını yandırırdı.
s.a. Azərbaycan oxucusu Mirzə Cəlil haqda iki kəlmə bilir, o böyük ədib idi və s. Əslində öyrənilməli, bilinməli olan Mirzə Cəlilin böyük, çox böyük faciəsidir. İnanıb aldanması, bu aldanışın cəzasını təkcə öz faciəli sonluğu ilə deyil, iki istedadlı oğlunun məhvi, Midhətin 25 yaşda ölümü, Ənvərin yox olması - bu aldanışı nəslinin itməsi ilə ödədi Mirzə Cəlil.
Mirzə özünün də, ölkəsinin də haradan hara yuvarlandığını ömrünün son 10 ilinin hər günü ilə yaşadı.
Bu qədəri Mirzənin yatsa yuxusuna gəlməzdi...
Mirzə Cəlil qədər yolunda aldanmış, xəyalları viran olmuş ikinci bir Azərbaycan ədibi tanımıram.
s.a.a. Mirzə Cəlilin yazıları möhtəşəmdir, amma şəxsi faciəsi daha möhtəşəm bir örnəkdir. Daha möhtəşəm olanı, daha dərs verici olanı öyrənmək və öyrətmək lazımdır.
Mehriban Vezir
TEREF
 
Ardını oxu...
Son günlər sənətkarlarımız klassik musiqi alətlərinə olunan müdaxilələrdən şikayətlənir. Xüsusilə də tara, kamançaya həddindən artıq pərdələr əlavə edilir.

Əməkdar İncəsənət xadimi, kamança ifaçısı, professor, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev Moderator.az-a açıqlamasında bildirib ki, bunu edənlər qeyri-peşəkar musiqiçilərdir.

“Əslində bu xalqın mədəniyyətidir. Musiqi sadəcə gedib toyda çalıb, pul qazanmaq üçün deyil. Bu bizi dünyada təqdim edən şəxsiyyət vəsiqəsi, pasportdur. Klassik musiqidən hamı qaçır. Niyə görə? Çünki kimin ağlına nə gəlir, onu da ifa edir. Fars, musiqisindən tutmuş hind musiqisinə qədər. Bu axı bizim klassikamız deyil. Son illərdə tar və kamança ifaçılarımız müəyyən pərdələri artırırlar, azaldırlar. Bizim musiqiçilərimiz 20 senti eşitmirlər, o yana qalsın, üstəlik də 50 sent olmalıdır, bunlar edirlər 45 sent, bir az barmaqlarını dala çəkirlər. Muğam dəqiq elmlər siyahısına daxildir, 100-də100 musiqiçi çox azdır. İfa etdiyini yaza bilmirsən, amma toyda gedib ifa edəndə kamançaya, tara pərdələr əlavə edirsən. Tarın pərdəsini zilləşdirirsən, bəmləşdirirsən. Bu axının qarşısını bu gün almasaq, 15-20 ildən sonra Azərbaycan musiqisindən əsər-əlamət qalmaz” deyə sənətkar bildirib.

Arif Əsədullayev kamança aləti ilə 20-yə yaxın muğamı nota alıb. Bu isə xanəndələr üçün lazımlı dərs vəsaitidir.

“Mən bu günə qədər 19 muğam nota yazmışam, bir də “Kərəmi” zərb muğamını. Bu muğam sonuncu dəfə 1915-ci ildə ifa olunub. Muğamı nota yazmaq üçün gərək muğamı yaxşı biləsən, yaxş ifaçı olasan. İkincisi də nəzəriyyəni bilməlisən, musiqi savadın olmalıdır ki, onu nota köçürəsən. Azərbaycan musiqisini nota salıb saxlamaq borcumuzdur. Yoxsa bunun mənfi tərəfini bizim gənclər, bugünki musiqi ilə məşğul olanlar itirəcəklər. Qonşularımız götürüb muğamlarımızı bizdən də yaxşı ifa edirlər. Bunun qarşısı alınmalıdır, əcdadlarımızdan bu bizə qalan mirasdır” deyə sənətkar bildirib.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış sənətçisi Ferdi Tayfur uzun müddətdir müalicə aldığı Antalyadakı Medical Park Xəstəxanasında 79 yaşında dünyasını dəyişib.

Haberler.com xəbər verir ki, sənət dünyasını dərindən sarsıdan ölüm xəbərinin ardınca ustad sənətkarın vəsiyyətinin təfərrüatları üzə çıxıb.

Məlumata görə, ustad sənətçi öldükdən sonra mahnılarından heç bir müəlliflik haqqı alınmaması ilə bağlı vəsiyyət edib.

“Həyatda olduğum zaman da, öldükdən sonra da mahnılarımı hər kəs ödəniş etmədən dinləyə bilsin. Çünki o mahnıları mənim uşaqlarım və ya mirasçılarım yazmadı. O mahnıları mən yazdım. Xalq eşitsin, insanlar faydalansın deyə yazdım”, – Ferdi Tayfur mövzu ilə bağlı verdiyi bir açıqlamada bildirib.

Qeyd edək ki, ustad sənətkar və qızı Tuğçe Tayfur yay aylarında yaşadıqları bir anlaşılmazlıq səbəbi ilə məhkəməyə müraciət edib. Tayfur aralarındakı soyadı problemi üzündən qızının toyuna qatılmama qərarı alıb və ilk nəvəsini görmək üçün belə getməyib.
 
Ardını oxu...
Türkiyədə arabesk musiqisinin ustadlarından biri sayılan məşhur müğənni fərdi Tayfur vəfat edib.
Bir müddətdir müalicə alan sənətçi 80 yaşında dünyasını dəyişib.
Bu barədə NTV xəbər yayıb.
 
Ardını oxu...
Abşeron rayonunda yerləşən Böyük Mərdəkan qəsri adlanan abidə XII əsrdə tikilib.

Qəsrdə yerləşən və dərinliyi təqribən iki metr olan quyular düşmən hücumu zamanı qalaya sığınanları ərzaqla təmin etmək məqsədi güdürdü.

Ümumilikdə isə qəsrin daxili və xaricində 90 quyunun olduğu bildirilir.

Daha ətraflı AzTV-nin materialında:

 
Ardını oxu...
Hər bir xalqın Yeni İl bayramı ilə bağlı öz ənənəsi var - Təəccüblü və maraqlı faktlar

Müxtəlif ölkələrdə ilin son gecəsini necə qeyd edirlər? Müxtəlif qitələrdə yaşayan insanlar hansı ənənələrə əməl edirlər? Yeni il qışda harada başlayır? Bu yazıda milyonlarla insanın sevimli bayramı haqqında ən təəccüblü və maraqlı faktları topladıq.

Yeni il ərəfəsində finlər mumla fal açır, bayram süfrəsinə çoxlu yeməklər və içkilər qoyurlar. Şimallılar üçün ən çox arzulanan yemək şirin düyü sıyığı və gavalı jelesidir.

Fin Şaxta babası “Joulupukki” adlanır. Bu ad "Milad keçisi" kimi tərcümə olunur, çünki yaxşı Şaxta baba keçilərin çəkdiyi arabaya mindiyi üçün çağırılır. Qoca yaxşı eşidir, ona görə də pis ruhun onlardan xəbər tutmaması üçün istəkləri haqqında pıçıltı ilə danışmaq daha yaxşıdır.

Yeni il ərəfəsində isveçli uşaqlar İşıq Kraliçası Lusiyanı seçirlər. Bu vəzifəyə təyin olunan qız ağ paltar geyinir və üzərinə şamların bağlandığı bir tac qoyur. Lusiya uşaqlara hədiyyələr verir. Bayram küçələrdə və evlərdə yandırılan parlaq işıqlarla müşayiət olunur.

Yeni ilin gəlişinin həlledici anında Macarıstan sakinləri zibil qutularından buynuzları, tütəkləri, fitləri çıxarıb var gücü ilə fit çalırlar. Beləliklə, onlar evini pis ruhlardan təmizləyir və rifah və sevinc üçün dua edirlər.

Macarıstan Yeni il yeməklərində noxud, lobya, qoz-fındıq, alma, bal və sarımsaq var.

Dekabrın 31-i ərəfəsində fransızlar evlərini ağacdan və gildən hazırlanmış heykəlciklərlə bəzəyirlər. Fransada “Père Noël” uşaq ayaqqabılarına hədiyyələr qoyur. Yeni il ərəfəsinin kralı, içərisində bişmiş lobya ilə ad günü tortu alan uşaqdır.

Hər bir ispan yerli zəng çalanda həmişə onlarla üzüm yeyir - bu ritual bütün gələn il üçün uğurlar bəxş edir. İspan mağazalarında hətta çəyirdəksiz və qabıqsız üzüm qabları satılır. Daha bir maraqlı məqam: qarşıdakı 12 ayda maliyyə problemi yaşamamaq üçün Yeni ili qırmızı alt paltarında qarşılamalısınız. Ənənə həm kişilərə, həm də qadınlara aiddir.

Çoxları bilir ki, yeni il günü italyanlar orta əsr adət-ənənələrinə uyğun olaraq köhnə əşyaları birbaşa pəncərədən ataraq xilas olurlar. Bu adət bütün böyük şəhərlərdə müşahidə olunmur, əsasən kənd yerlərində yaşayır. Yanvarın 1-də İtaliya sakinləri axar su almağa gedirlər və onu evlərinə aparırlar, beli bükülmüş qoca ilə görüşməyə çalışırlar. Əfsanələrə görə, bu, uşaqlar və ya rahiblərlə toqquşmadan fərqli olaraq, uğurlar vəd edir.

Şaxta babanın əvəzinə ölkədə hədiyyələri süpürgə çubuqunda uçan Pəri Befana paylayır. Ancaq İtaliyada bir sehrli baba da var, onun adı Babbo Nataledir.

Bayram zamanı Apennin adalarının sakinləri sağlamlıq, firavanlıq və uzun ömür rəmzi olan mərcimək, qoz-fındıq və üzüm yeyirlər.

İtaliyada olduğu kimi, Cənubi Afrikada da köhnə əşyaları pəncərədən atmaqla xilas olurlar. Lakin son illərdə hakimiyyət təhlükəsizlik baxımından bu ənənəni qadağan etməyə başlayıb.

Nepallılar əşyaları atmırlar, dərhal onları Yeni İl tonqallarının odunda yandırırlar. Səhər açılanda Nepal xalqı naxışlarla bəzənir və rənglər festivalını qeyd edərək rəqs etməyə və oxumağa başlayır.

İngilislər Yeni İli dinc və eyni zamanda müxtəlif üsullarla qeyd edirlər: nağıllardan səhnələr canlandırır, karnaval və küçə yarmarkaları təşkil edirlər. Hədiyyələr üçün uşaqlar bir sıra ölkələrdə olduğu kimi corab yox, masanın üzərinə qoyulan boşqab hazırlayırlar. Gecə yarısına bir az qalmış sükutu yeni ilin gəlişindən xəbər verən zəngin səsi azaldır. Eyni zamanda, sevgililər bir ökseotu budağının altında öpüşməyə başlayırlar - bu romantik ritualın cütlüyü növbəti 12 ay ərzində ayrılıqdan qoruduğuna inanılır.

Klassik britaniyalı bayram süfrəsinə kartoflu hinduşka, şabalıd, sous, şirniyyatlar və bişmiş Brüssel kələmi daxildir. Meyvə və pudinq desert kimi verilir.

Alman Şaxta baba, ingilislər kimi, uşaqlar üçün bir boşqabın üstünə hədiyyələr qoyur, ancaq eşşəklə səyahət edir. Böyüklər falçılıq, stolüstü oyunlar və atəşfəşanlıqla əylənirlər.

Almanlar qış tətili üçün raklet və fondü kimi qəlyanaltılarla məhdudlaşaraq az doyurucu yeməklər hazırlayırlar. Balıq yeməkləri və donuts almanlarda məşhurdur.

Şotlandiyada Yeni İl Hogmany adlanır və yanğın festivalı formatında keçirilir. Onun iştirakçıları köhnə ili simvolizə edən çəlləkləri yandırırlar. Bu, həm də qədim ənənələrə hörmətdir. Ona görə kül şər qüvvələrdən qorunmaq məqsədilə suya atılır, insanları su ruhlarının dəstəyi ilə təmin edir.

Yanvarın 1-də Şotlandiyada evdə ən çox qarşılanan ilk qonaq əliboş olmayan “qaraşın qadın”dır. Qara saçlı bir adam, yerli inanclara görə, uğurlar gətirir. Şotlandiyada Yeni İl süfrəsində səhərlər yulaf tortları, pendir və pudinq, günortalar isə xəmir və ya tortda biftek, qaz, alma verilir.

Yeni İli “gündoğan” ölkədə qeyd etmək üçün yeni paltarda olmalısan. Milad ağacı kiçik bir motibana ağacıdır. Qapılar şam budaqları ilə bəzədilir. Bambuk tumurcuqları və budaqları, şaftalı və gavalı mini ağacları da olur. Yeni İl ərəfəsində hər bir yapon daha yaxşı olmaq və mənfiliklərdən qurtulmaq üçün 108 zəng almağı xəyal edir. Ailədə sağlamlıq və rifah düyü, əriştə, lobya və sazan kimi yeməklərlə simvollaşdırılır.

Vyetnamlılar üçün Yeni İl yanvarın 21-dən başlayır və fevralın 19-dək davam edir. Onlar pul və xoşbəxtlik əldə etmək qabiliyyətini simvollaşdıran dırmıqları bəzəyirlər. Yerli Şaxta baba Tao Kuen səmada uçmağa, əjdahaya çevrilməyə qadir hesab edilir. Sehrli ruhun bir arzusunu yerinə yetirməsi üçün bu barədə əsl sazan balığı söyləməli və onu gölməçəyə buraxmalısınız. Möhtəşəm balıq bu sözləri mütləq Allaha çatdıracaq. Yeni il günü qara və qırmızı rənglərlə yazılmış xoş arzuların mübadiləsi, evi şaftalı çiçəyi budaqları ilə bəzəmək, evdə hazırlanmış fişəngləri partlatmaq da adətdir. Vyetnamın əsas Yeni İl yeməkləri düyüdən hazırlanır.

Bu ölkələrin böyük şəhərlərində Yeni İl günü mərasimlər keçirilir, insanlar şamanlarla ünsiyyət qurur, onların köməyi ilə gələcəyi görməyə çalışırlar. Yumurta və pivə ilə falçılıq populyar olaraq qalır.

İşarələr də çox yayılmışdır. Uğurları cəlb etmək üçün perulular və ekvadorlular gözəl bir gənc qadını meyvələrlə bəzəyirlər. Optimist sarı rəngdə olan geyimlər xoşbəxtliyi cəlb etməyə, qırmızı paltar geyinmək isə sevgini cəlb etməyə kömək edir. Bir il səyahət etmək arzusunda olan ekvadorlular əllərində çamadanla zəng çalan saatda evin ətrafında bir neçə dəfə dövrə vurmalıdırlar. Keçən ilki mənfilikdən qurtulmaq üçün pəncərədən su ilə dolu bir stəkan atmaq tövsiyə olunur. Bununla da insanın həyatında mövcud olan bütün pisliklərin də məhv olacağına inanırlar.

“Köhnə İl” adlı personaj Kolumbiya karnavalının əsas personajı kimi qarşılanır. O, dayaqlarda gəzir və uşaqları gülməli hekayələrlə əyləndirir. Atəşfəşanlığa Papa Pasquale adlı yerli Santa Klaus cavabdehdir. Yeni İldə kuklaların paradı da keçirilir.

Burada Yeni İl dənizçilərin himayədarı olan su ilahəsi İmanjinin gününün qeyd edilməsinə əsaslanır. Üzən göndərdikləri şam və çiçək şəklində hədiyyələr gətirir, arzularını bildirirlər. Braziliyada Yeni İl ərəfəsində zənglər çalmır - gecə yarısına qədər qalan saniyələr ucadan sayılır. Əsas hədiyyələr Miladda verildiyi üçün əsasən suvenirlər hədiyyə olaraq təqdim edilir. Bayram gecəsində ağ geyinmiş (kiçik şəhərlərdə - mavi) insanlar qardaşlaşır, bir-birlərini bağışlayır və birlikdə Kopakabanadakı işıq şousuna və Freitas şəhərində atəşfəşanlığa baxırlar. Yeni ildən sonra karnaval başlayır.

Yeni İl günü ən səs-küylü və əyləncəli hadisələr Mayami-Biçin mərkəzi küçəsi olan Ocean Driveda baş verir. Burada qeyri-adi rəqslər və geyimlər nəinki qadağandır, əksinə, həvəsləndirilir. Musiqiçilərin və rəssamların çıxışları oyuncaqlar və çələnglərlə asılmış Milad ağacının yanında keçirilir. Bayramı qeyd etmək üçün başqa bir seçim, çox vaxt dünya səviyyəli ulduzların çıxış etdiyi kafe və ya restorana getməkdir. Varlı turistlər Yeni İl üçün yaxta gəzintisinə çıxır və bu dəbdəbəli gəminin göyərtəsindən atəşfəşanlığa baxırlar.

“Kenqurular ölkəsi”ndə Yeni il qışda deyil, yayda qeyd olunur. Müxtəlif yaradıcı qrupların açıq havada çıxış etdiyi böyük şəhərlərdə bayram tədbirləri ən ciddi miqyas alır. Planetin ən böyük atəşfəşanlıq nümayişlərindən biri Sidney limanında səmaya buraxılır. Sidney Qülləsindən atəşfəşanlığın əzəmətini qiymətləndirmək çox xoşdur, biletlər əvvəlcədən satılır. Tasmaniya və Viktoriya ştatlarında gənclər arasında xüsusilə məşhur olan “The Falls” festivalı keçirilir. Bütün ştatlarda avstraliyalılar bir-birlərini ucadan və hay-küylə Yeni İl münasibətilə təbrik edirlər. Yanvarın 1-də onlar rəqs etmək və piknik etməkdən həzz aldıqları çimərliyə gedirlər.

Panama sakinləri yaxşılıq qüvvələrinin dəstəyini almaq üçün tətildə mümkün qədər səs-küylü olmağa çalışırlar.

Birmalılar Yeni İli yazın ortalarında qeyd edirlər, bayrama 3 gün ayrılır. Tanrıları sakitləşdirmək üçün Birmada kəndir çəkmə yarışları keçirilir.

Yeni İl günü Çin sakinləri Buddanı məbədlərdə çimdirir və onlara ünvanlanan xoş arzuları eşidəndə su tökürlər.

İsraillilər üçün Yeni İl sentyabr ayında gəlir. Bayramdan əvvəl nar, bal, alma, balıq yeyib dua edirlər. Allaha xüsusilə vacib müraciətlər su hövzələrinin yaxınlığında elan edilir.

Rusiya da daxil, keçmiş postsovet ölkələrində Yeni İl demək olar ki, oxşar formada keçirilir. Hər bir ölkədə milli mətbəxtinə xas yeməklərlə süfrə bəzədilir, içkilərdən bol istifadə edilir. Postsovet ölkələrində Şaxta baba və Qar qız uşaqları hədiyyələrlə sevindirirlər. Gecə saat 00:00-dan əvvəl ölkələrin liderləri xalqı təbrik edir, daha sonra şəhərlərdə atəşfəşanlıq olur. Hər kəs qarşıdan gələn ilin onlara sağlamlıq, xoşbəxtlik gətirməsi haqqında arzular səsləndirirlər.

P.S. Əziz Azərbaycan xalqı, Yeni İl bayramınız mübarək! Qarşıdan gələn 2025-ci il sizə uğur və xoşbəxtlik bəxş etsin!

Müəllif: Ayna.az
 

Dünyapress TV

Xəbər lenti