Ardını oxu...
Aktrisa Kemeron Diaz səkkiz illik fasilədən sonra yenidən ekrana qayıdıb.
Ardını oxu...
“Back in Action” filmində rol alan aktrisa 2014-cü ildə Ceymi Foksla çəkilmiş “Enni” filmindən sonra aktyorluğu tərk etmək qərarına gəldiyini bildirmişdi.

“Bu, əzələ yaddaşına bənzəyir. Mən bunu o qədər uzun müddət etdim ki, yenidən prosesə qayıtdım. Bəli, ancaq bir az fərqli hissdir”, – deyə Diaz vurğulayıb.

“Back In Action” adlı döyüş filminin rejissoru Set Qordondur.
 
Ardını oxu...
“Hüseynbala Mirələmov! Sənin mənim zənglərimə cavab verməməyin, telefonlarımı söndürməyin məndə təəssüf hissi doğurur”.

“AzPolitika.info” xəbər verir ki, bunu yazıçı-filosof Əlisa Nicat “Kanal 13”-ün canlı yayımında çıxış edərkən deyib.

Yazıçı bir aydan artıqdır Hüseynbala Mirələmovla əlaqə qura biməməsindən şikayətlənib: “Biz 30-35 ildir ki, bir-birimizi tanıyırıq. Mən bilmirəm, sən niyə belə edirsən. Ancaq sənin bu hərəkətlərini özümə təhqir kimi qəbul edirəm və bundan inciyirəm. Axı bu sənə yaraşmır”.

“Mənə elə gəlir ki, sən mənim sayəmdə müdrikliyin zirvəsində oturmusan. Elə deyilmi? Yaraşırmı sənə? Sən nə qədər kitabların müəllifisən - “Cəza”, “Qayada çiçək”, “Sonuncu Fateh”. Bunların hamısı sənin əsərlərindir. 20-30-dan çox belə kitabın müəlifi olan bir adam öz dostunun zənglərinə cavab vermir. Hələlik, çox sağol!”, - yazıçı şikayətlənib.

 
Ardını oxu...
2017-ci ildə 30 milyon vətəndaşı ilə nəhəng, varlı İslam ölkəsi Səudiyyə Ərəbistanı və 2.8 milyonluq cırtdan ölkə Qətər aralarında diplomatik böhran yaşandı.
Səudiyyə Qətərə sanksiyalar tətbiq edib çökdürməyə çalışdı. Baxdı bacarmır yanına Bəhreyn, Misir, Yəmən, BƏƏ, Liviya, İordaniya kimi vəhşiləri qoşdu. Ərəb Koalisiya istəyirdi Qətəri terrorizmə dəstək adı ilə ləkələyib gözdən salmaqla sanksiyalara digər dünya ölkələrini qoşsunlar.
Ada dövlət Qətər bir-bir ərəb ölkələrinin cavabını verib bu böhrandan qalib çıxdı. Niyə çünki cırtdan Qətərin əlində nəhəng "Əl-Cəzirə" kanalı var. Tunisdə "Ərəb baharı" başladan, Misirdəki hakimiyyət dəyişikliyinə, Qəddafinin yıxılmsına ən böyük media tövhəni "Əl-Cəzirə" kanalı verib. Dünyaya Qətər maraqları fonunda xəbər ötürəcək gücdə böyük kanaldır.
"Əl-Cəzirə" kanalı milyardlar yox 200 milyona qurulub, hər il 20-30 milyon dəstəklə Dünyanın 4-cü ən böyük izləyici kütləsinə sahib kanala çevrilib. AZTV-dən az maliyə alıbsa da yeyintidən uzaq idarəçiləri, çalışqan kollektivi ilə yüksəklərə qalxa bilib.
"Əl-Cəzirə" çapında olmasa da minlərlə balaca media kanalları ermənilərdə də var. Hətta Hindistanda, Misirdə, Əlcəzairdə belə qəzetləri, radioları var, araşdıra bilərsiz. Azərbaycan hökuməti troll saytlara, səviyyəsiz kanallara, tutuquşu jurnalistlərə milyonlar ayırıb, amma dünyanın heç olmasa 1%-nə səsini çatdıracaq 1 kanal yaratmayıb.
Orxan Vəliyev
Teref.az
 
Ardını oxu...
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin məsul katibi Atababa Hacıbabayev vəfat edib.

Bu barədə Mətbuat Şurasından bildirilib.

Atababa İsmayıl oğlu Hacıbabayev 1947-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 1966-cı ildən başlayaraq mətbuatda bədii əsərlərlə, resenziyalarla, araşdırmalarla və digər janrlı yazılarla çıxış edib. Ömrünün 35 ilini “Ədəbiyyat qəzeti”nə həsr edib.

A.Hacıbabayev çoxsaylı kitabların, tədris proqramlarının müəllifi və redaktoru, həmçinin televiziya və radio verilişlərinin müəllifi olub. Söz sənətində çoxşaxəli fəaliyyət diapazonu ilə seçilib, zəhmətsevərliyi ilə oxucuların, sənət adamlarının dərin rəğbətini qazanmış jurnalist peşəkar teatrşünas, yumorist, pedaqoq və tərcüməçi kimi də tanınıb.

Allah rəhmət eləsin!
Ardını oxu...
 
Ardını oxu...
Zelenski Krivoy Roqa hücumdan sonra rus dilində rusiyalı hərbçilərə müraciət edib, Rusiya təkrar zərbə endirib…

“Siz mülki insanlarla döyüşən zəiflərsiniz, siz döyüş meydanından qacaraq haradasa uzaqlardan zərər vurmaq istəyən əclaflarsınız…”

Ukraynanın Krivoy Roq şəhərinə İnqulets çayında bəndin qismən dağılması, nəticədə şəhərin bir neçə rayonunun su basması və sakinlərin təxliyə edilməsinə gətirib çıxaran dünənki zərbədən sonra Ukrayna prezidenti Vladimir Zelenski rus dilində rusiyalı hərbçilərə müraciət edib.

Sozcu.az xəbər verir ki, bu barədə prezident Ofisinin saytında məlumat verilib.

O, bəyan edib ki, dinc vətəndaşlara hücumlar Rusiyanın uduzacağının daha bir səbəbidir.

“Rusiya təkcə bu müharibəni deyil, tarixin özünü uduzacaq. Tarixi insanlar yazır, insan olmayanlar heç vaxt tarix yaza bilməzlər.

Siz tarixdə kim olaraq qalacaqsınız?

Bu raketlətlə zərbə endirənlər kim olaraq qalacaq?

Bizim torpağımıza gələnlər, kim olaraq qalacaqsınız?

Zəifllər kimi!

Siz mülki insanlarla döyüşən zəiflərsiniz.

Döyüş meydanından qaçaraq haradasa uzaqlardan zərər vurmaq istəyən əclaflarsınız.

Siz tarixdə terrorçu olaraq qalacaqsınız və öz nəvələriniz sizə görə xəcalət çəkəcəklər”, – Ukrayna lideri deyib.

Zelenski əlavə edib ki, Krivoy Roqddakı bəndə raket zərbəsi rusiyalı əsgərlərin mənəvi-psixoloji vəziyyətini xilas edə bilməyəcək.

“Onlar anlayıb ki, komandanlıq yaramazdır və onlar Ukraynada bütün istiqamətlərdə tar-mar olacaq.

Heç bir terrorla Rusiya bunu dəyişə bilməyəcək, çünki terror buna əl atanların yalnız zəifliyini göstərir”, – prezident Ukrayna dilində davam edib.

Xatırladaq ki, dünən axşam Rusiya qoşunları “Kinjal” və “İsgəndər” raketlərilə Krivoy Roq şəhərinin hidrotexniki infrastrukturuna zərbələr endirib.

Nəticədə İnqulets çayında suyun səviyyəsi 2-3 metr qalxıb, 112 evi su basıb.

Gecə bənddə qəzanın nəticələrinin arada qaldırılması üçün tədbirlər görülüb.

Sentyabrın 15-də çayda su axını azalıb, onun səviyyəsi enməyə başlayıb.

Bu gün Krivoy Roq hərbi administrasiyasının rəhbəri Alekdandr Vilkul şəhərə daha bir raket zərbəsi barədə məlumat verib.

“Krivoy Roqa raket zərbəsi endirilib. Sığınacaqlarda qalın. Heç nəyi çəkib sosial şəbəkələrdə yerləşdirməyin”, – o, özünün Telegram-kanalında yazıb.

Son məlumatlara görə, raket zərbəsi sənaye müəssisəsinə endirilib və ciddi dağıntılara gətirib çıxarıb.
Ardını oxu...
Xalq artisti Yasin Qarayev təcrübəsiz əsgərlərin döyüş bölgəsinə göndərilməsinə etiraz edib.
TEREF.AZ Bakupost.az-a istinadla xəbər verir ki, Xalq artisti Yasin Qarayev bununla bağlı şəxsi feysbuk hesabında müdafiə naziri Zakir Həsənova müraciət edib.
Müraciətdə deyilir:
“Çox hörmətli müdafiə nazirimiz cənab Zakir Həsənov!
Xalqın sizdən artıq dərəcədə bir xahişi var! Tabeliyinizdə olan səlahiyyətli nümayənlərə göstəriş verin ki, əsgərliyə çağırılan təcrübəsiz uşaqları doyuş nöqtələrinə göndərməsinlər!!!”.
 
Ardını oxu...
Əməkdar artist Mehriban Xanlarova 40 gün televiziya verilişlərində iştirak etməyəcəyini açıqlayıb.

Bu barədə o, sosial şəbəkədə məlumat verib.

Aktrisa qeyd edib ki, şəhid ailələrinin kədərinə hörmət olaraq bu qərara gəlib: "Düşmənin törətdiyi genişmiqyaslı təxribat nəticəsində həlak olmuş 50 şəhid ailəsinin kədərinə hörmət əlaməti olaraq 40 mərasimləri olmayana qədər televiziya verilişlərinə çıxmayacağam. Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralılarımıza şəfa versin".
 //Teleqraf.com//
Ardını oxu...
Bir neçə türkiyəli məşhur Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 50 hərbi qulluqçumuzun şəhid olması ilə bağlı paylaşımlar ediblər.

Onların arasında Özcan Dəniz, Hadisə, Ebru Gündeş, Acun Ilıcalı, Alişan, Demet Akalın var.

Həmin paylaşımları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
Bakı Apellyasiya Məhkəməsində Xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında verilmiş apellyasiya şikayətinə baxılıb.

DİA.AZ xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən və apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Qeyd: Nəsimi Rayon Məhkəməsində Xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlər üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə müğənni Afət Fərmanqızı və jurnalist Ülviyyə Alovlu tərəfindən verilmiş şikayətləri əsassız hesab edərək icraata qəbul etməyib.

Hər iki şikayət ərizəsində Flora Kərimovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunması istənilmişdi.
 
Ardını oxu...
“Müğənnilərin bir çoxunu bu gün seriallarda, filmlərdə görürük. O zaman aktyorların da bir çoxu oxuya bilər. Bu incəsənətin bir qoludur, ayrı peşə sayılmır ki. Oxumaq da olar, oynamaq da. Bunu nə müğənnilərə, nə də ki, aktyorlara qadağan etmək olmaz. Əgər istedad varsa, niyə də yox?! Məsələn, atam müğənni, xanəndə deyil, amma efirdə bir muğam ifaçısı hansısa qəzəli səhv oxuyursa, onun düzəlişini verir”

TEREF.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Xuraman Əlizadə deyib. O daha sonra əlavə edib.

“Mən işləyən insanam, çəkim çox olsa da enerjiliyəm. İş üçün özümü oda-közə vuran biriyəm. Mənim indi elə bir yaşımdır ki, cavanam, iş qabiliyyətim var. Hiss edirəm ki, nəinki daşı-daş üstünə, qayanı da qaya üstünə qoya bilərəm. İndiki tamaşaçılara artıq qalmaqallar, intriqalar maraqlı deyil. Tamaşaçılar indi artıq sənəti üstün tuturlar. Bəzən də əksinə olur. Hanısa məclisə gedirəm, bir də görürəm ki, hansısa sənətçi haqda elə məlumat verirlər ki. Elə sözlər eşidirəm ki. Deyirəm ki, “mənim xəbərim yoxdur, siz hardan xəbər tutursunuz?”. Oturub araşdırırlar, müzakirə edirlər” deyə sevilən aktrisa bildirib.

Xuraman Əlizadə mətbəx bacarığından da danışıb.

“Məxbəxlə aram superdir. Yeməklərim də daddıdır. Xoşlamıram ki, mətbəxdə iş görərkən kimsə mənə müdaxilə etsin. Dəymə mənə, mən artıq onun qədərini bilirəm. Əlimin duzu var. Yeməklərimi də özüm hazırlayıram, paltar, qablarımı da özüm yuyuram, hər bir işimi özüm görürəm. Burada utanılası heç nə yoxdur. Heç vaxt ağlamamışam, naşükürlük etməmişəm, evimiz var, eşiyimiz var” deyə aktrisa bildirib.
 

Dünyapress TV

Xəbər lenti