Uzun mövzudur, amma uzun yazılar oxunmadığı üçün kısa ve besit yazacam. 17 ildir Türkiye türkü ile evliyem. 16 il canım Türkiyede yaşadım. Yazdıqlarım esla subyektiv deyil. İzlediklerim, gördüklerim, müşahide etdiklerimdir. Meselen, men 100 km mesafeden keçmiş sovet insanını tanıyaram. Geyiminden tutun, baxışlarına, danışığına, oturuşuna, duruşuna, hadiselere reaksiyasına qeder her şeyi hemen anlayıram. Mece olsa men de o sistemde doğulub böyümüşem. Türkiyeye gelene qeder bir çox ölkede olmuşdum. Gelinimiz rusdu ve biz bir evde, sonra da qonşu yaşadıq uzun müddet. Gördüyüm, edebiyatını oxuduğum her xalqı kafamda bir yere oturda bilirdim. Edebiyat zaten xalqın tefekkürü haqqında insana sağlam ipucları verir. Yanıbaşımızda İran kimi dini qayda qanunlarla idare edilen (Yaşayan demedim ha. Ş.N) bir dövlet var. Farsın kimliyni de bilirik. Amma ve lakin men bu 17 ilde Türkiyedeki toplumu kafamda heç bir yere oturda bilmedim. Axı bunlar haradadırlar? Deyişik kültüre sahibdirler. Meselen, bir universitet müelliminin içinde böyük bir cahillik yatır. Danışdığı bir mövzuda 180 derece ters bir terefe de gede biler. Dünyada miras davalarında Türkiye 1-ci yerdedir. Ortada miras varsa gözleri heçbir şey görmez, qarğa quzğun kimi saldırırlar. Baxmayaraq, qanunlarda her şeyin adı var. Medeniyet yoxdur ki, önce edaletli şekilde öz aralarında, anlaşalar, o olmazsa mehkemeye gedeler, eger mehkeme edaletsiz olarsa sonra dalaşalar. Çox rahatlıqla bir birlerine, hamıya, oğula, anaya, ataya yalan danışa bilirler. Emim oğlunun bir sözü var: Türkler en yaxşı olmayan geleceyi satır. Qanunlarla işim yoxdur, onlar en gözel şekide tasarlanmış. Orada problem yoxdur. Mental olaraq xalqdan danışıram. Qadın Vallahi de, billahi de Türkiyede qadının adı yoxdur. Ele olmasaydı qadın ölümlerinde dünyada en üst sıralarda olmazdı. Qadına sayqı yoxdur. Qadına sayqı olsaydı bu qeder ana, qadın söyüşü işletmezdiler. Ve bunu hazmetmezdiler. Uşaq Türk uşaqları bir Avropalı, ne bilim yunan uşağı kimi deyil. Özgüveni düşük, mental olarak kültürler arasında sıkışmış, bir durumdadır. Qoluna saat taxılıb, vaxt qavramı öyredileceyine en oxumuş insanları bele uşaqlarına “azan oxunanda eve gel” deyir. Uşaqları istemsizce azana fokslayırlar. Ne Qerblidrler, ne Şerqlidirler. Heçbir görevi tam yerine getirmez bu coğrafiyanın insanı. Her işi acele, yarım yamalakdır. Yaparız, ederiz, hallederiz vs. en sevdikleri sözlerdir. 100 ildir daha özüne sağlam ev tikib oturmağı bacara bilmemişler. Şehersalma planları yox , bedevi kimi hara geldi ev tikmişler. Ağacları kesmişler, hele de kesirler. Musiqiden, spordan çox çox uzaqdırlar. Toplum olaraq doğuşdan sağlıqlı genlere sahibdirler. Sonra o beyinler öyle bir zehirlenir ki, elme, kitaba uzaq düşürler. Dünyanın en az oxuyan toplumları kateqoryasına girir Anadolu Türkleri. 86 milyon insanın içinden her 10 neferden biri mütleq bir istedadla doğulur. Istatikler deyir bunu, men deyil. Men dünyaya bu istedadları yetişdirib veren bir Türkiye göremedim. Adamlar teatrdan, senetden çox uzaqdırlar. 100 ilde dünya çapında bir Universitet qura bilmemişler. 100 ilde daha küçede, avtobusda ibadetin doğru olmadığını öyrenememişler. 100 ilde daha şık geyinmeyi öyrenememişler. 100 ilde daha yaxşı musiqi istehsal etmeyi, dinlemeyi öyrenememişler. Yemek genlerimizden, kültürümüzden gelen möhteşem bir varlığımızdır. Daha yeni yeni dünyaya açılır. CZN Burak ve Nüsret sayesinde. Daha yeni yeni Türk dizileri dünyada gösterilmeye başlanıb. O da rehmetlik Meral Okayın “Möhteşem Yüzyıl”ı sayesinde oldu. Meralın atasını yaxından tanıyıram. Çerkezler, atası emekli albaydır. Evine getmişem, söhbet etmişem. Aydın insandır. Yazıq Merala neler demedi bu bedevi sürüsü. Sonra baxdılar dizi yaxşı satıldı, hemen atladılar. Meral öldü getdi, bu sektörün qaymağını yene bunlar yeyir. Buranın insanı başqasının başarısını menimsemekde de çox ustadırlar. Aziz Sancarı Amerika yetişdirdi, Uğur Şahin ve Özlem Türeciyi Almanya yetişdirdi. Amma Türkiye ele davrandı ki, sanki bu adamları özü yetişdirib. Bu neye benzeyir, bilirsinizmi? Uşağı doğursan, sonra onu bir başqasına verirsen. Uşağı o aile böyüdür, meşhur edir, sonra yandan çıxırsan ki, bes bu uşağı men doğmuşam, haqqım var bunun üzerinde. Başqasının başarısına qonmaqda pergardırlar. Eger bele olmasaydı 8 ilde Aziz Sancar adına bir labaratuvar qurardılar. Bir bilim merkezi yaradardılar. Amma her şey sözde, emele gelince ortada bir şey yoxdur. Din…. Başlı başına bir problemdir. Ta 12-ci yüzyıldan beri yaşayan teriqetler var bu torpaqlarda. Dini baxımdan o qeder münbit torpaq ki, istediyin dini toxumu at, hemen cücerecekdir. Mesele Erdoğan deyil, Erdoğan bu toplumun dışa vuruş halıdır. Osmanlı bu torpaqların insanını esirlerle asimile etmiş, onu cahil, fakir, fikirsiz, tehsilsiz braxmış. Türkün adı, enenesi, geleneyi, göreneyi esirlele basdırımış, yox edilmiş. Bir toplum düşünün ki, milli bayramı yoxdur. Meselen, Novruz kimi milletin kimliyini ortaya qoyan, yaşadan bir bayram yoxdur. Bu ölkede sadece iki dini bayram var: Ramazan ve Qurban. Milli Bayram dedikleri Atatürkle gelen devrimi simgeler. Men o bayramlarda küllüyen bir coşqu görmedim. Sadece küçeye çıxıb, mekteplere gedib bayraq sallamaqdan, bir iki gösteri etmekden öteye getmir. 1 May bayramını biz daha eylenceli keöirirdik. Nece olur qadınlar isteyerek başlarını bağlayır, onlara verilen haq ve özgürlüklerin deyerini bilmirler? Bu nece geyimdir, kimi yansıdır? Niye, axı bunlar kime oxşayırlar? Bu qeder entiriqa, menfaat, dedi qodu, acımasızca qavğalar çemberinde nece yaşayırlar? Bu nedir? Axı türk bele deyil, olmamalıdır. Bedeviler Neyse uzun sözün qısası 1 ay oldu Hollandca kursunun 2-ci leveline başladım. 1-ci levelde 5-6 Ukraynalı, 2 polşalı, bir İranlı vs. insanlarla eyni sinifde idim. Her kes bir birine saygılı, hür ve huzurlu kursumuzu başa vurduq. Men minimum balla keçdiyim üçün bu sefer A2nin 5 aylıq kursuna davam etmeli oldum. Balaca bir sinifdir. Sinifde tam tamına 9 ereb var: 5 kişi, 4 qadın. 1-ci hefte 3 ayrı müellim girdi dersimize. Bunlar sinifin her terefine sepelenib oturublar. 1-ci gün müellim biraz kurallı idi deye dözülecek qeder danışırdılar. Düşünün çapraz, düz, perpendikulyar, paralel bağıra bağıra danışırlar. Müellime birine sual verende sual verilenin yerine hem xorla tekrarlayırlar, hem anlamayanlara erbce çeviriler, hem gülürler, hem zarafatlaşırlar, qelemleri yonub yere tökürler, sinifin ortasında buradan ora, oradan bura yer deyişdirirler vs. 1-ci günü bele yola verdik. Fevralın 6-da ikinci dersimiz vardı. Sabah zelzele xeberini almış, darmadağın mektebe getmişem. Bu sefer çox eylenceli bir müellime geldi, erebler bu sefer daha da coşdular. Sakinliyimi qoruyuram. Zaten telefonla xeberlere baxıram, ağlayıram ara ara. Sinif bildiyin Qarğa Bazarı kimi. Hamısı bir-birinin defterine, yazısına, cavabına müdaxile edir, bağırırlar vs. Sinifde xaos hüküm sürür. Dersin bitimine 10 deqiqe qala müellime mene de sual verdi. Cavab vermeye çalışıram, amma sesimi eşitdire bilmirem, öz sesimi bele eşide bilmirem. Eseblerim tarıma çekildi. Zaten 2 gündür Türk milletinin bu bedeviler terefinden nece asimile edildiyi gözümün önüne gelir. Acı acı bu medeniyetsizliyin milleti nece dejenere etdiyini düşünürem. Heyatımda ilk defe ereblerle qarşılaşıram. Bir terefden de zelzele xeberleri, sinir krizi keçirdim. Ellerimi var gücümle masadakı defter kitabıma çırpdım. SUSUN deye bağırdım. Ele biz qurbağa gölüne daş atıldı. Neye uğradıqlarına şaşırdılar, nitqleri qurudu bir an. Sadece Felestin ordusunda işlemiş esger üstüme xoruzlandı. Mene Problem nedir? Düşarı çıx, dedi. Tebii, qayaya rast geldiyini düşünmedi. Sen bas bayıra deye başına qışqırdım. Erebler peren peren düşdü
2010-2021-ci illərdə evli olan Ebru Gündeşlə Rza Zərrab arasında qalmaqal davam edir.
32gun.az Türkiyə KOV-nə istinadən bildirir ki, qızları Alaranın qəgyumluq məsələsi üçün üz-üzə gələn Gündeş Zərrab daha bir problem yaşayıblar.
Zərrabın vəkillərinə göstəriş verdiyi, iki hit mahnının daha Gündeş tərəfindən səhnədə və efirdə oxunmasının qarşısını almağa çalışdığı iddia edilib.
Bildirilib ki, Zərrabın bu qərara gəlməsinin səbəblərindən biri məhz qəyyumluq məsələsi ilə bağlıdır.
Qeyd edək ki, Türkiyədə mahnı müəllifi kimi də mışhurlaşan cənubi azərbaycanlı Rza Zərrab adını dəyişərək "Rıza Sərraf" etdirdikdən sonra Ebru Gündeş, İbrahim Tatlısəs və Sibel Can üçün arabesk musiqili mahnı sözləri yazıb. Zərrab Sibel Canın oxuduğu "Eski toprak" və İbrahim Tatlısəsin “Neden” mahnılarının bəstəkarıdır.
“CBC Sport” kanalında işçilər kütləvi şəkildə ixtisar edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə işdən çıxarılan əməkdaşlar məlumat veriblər. Qeyd edilib ki, ilkin olaraq kanalın əsas departamentlərindən biri olan “Program Production” ləğv edilib, 12 əməkdaş işsiz qalıb.
Əməkdaşlar qanunsuz formada vəzifədən azad edildiklərini iddia edirlər. Belə ki, əksər işçilərin xidməti müqaviləsinə vaxtından əvvəl, öz razılıqları olmadan, heç bir xəbərdarlıq edilmədən xitam verilib. Onlar işdən çıxarıldıqlarını yalnız bu gün ofisdə olanda biliblər.
Rəhbərlik işçilərlə görüşmədən, tələsik olaraq onlarla yollarını ayırıb. Əlavə edilib ki, bu, son deyil. Digər departamentlərdə də bənzər işdənçıxarılmaların olacağı anonsu verilib.
Məlumat üçün bildirək ki, son günlər “CBC Sport”un rəhbəri Volkan Üst və digər rəhbər şəxslərin kanaldan ayrılacağı ilə bağlı informasiya yayılmışdı. Bu xəbərdən sonra isə rəhbərlik tərəfindən sıravi əməkdaşların vəzifədən azad edilməyi xeyli suallar yaradıb.
Məsələ ilə bağlı Volkan Üstlə əlaqə saxladıq. O, kütləvi ixtisarlarla bağlı xəbəri təsdiq edib: “Strukturda bəzi dəyişikliklər etdik”.
Kanal rəhbəri digər iddialara şərh vermək istəməyib.
Xatırladaq ki, Volkan Üst “CBC Sport” kanalına 2016-cı ildən rəhbərlik edir.
Yel çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir.
Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır.
Qeyd edək ki, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 14-də qeyd ediləcək. Martın 19-u ölkəmizdə bayram axşamı, martın 20-si isə bayram günü kimi keçiriləcək.
67 yaşlı amerikalı aktyor və prodüser Brüs Uillisin həyat yoldaşı Emma Hemminq fotoqraflara müraciət edərək ərini izləməyi dayandırmağı xahiş edib.
Bununla bağlı özünün “Instagram” hesabında paylaşım edib.
44 yaşlı modelin sözlərinə görə, oxşar diaqnozu olan pasiyentlərin qohumları üçün demensiyadan əziyyət çəkən insanı çölə çıxarmaq və hətta qəhvə içmək üçün hansısa iaşə müəssisəsinə qədər təhlükəsiz şəkildə aparmaq çətindir.
“Bu, ərimin eksklüziv şəkillərini çəkməyə çalışan fotoqraflar və videoqraflara müraciətdir. Bilirəm bu işinizdir, amma məsafəni saxlamağa çalışın. Xahiş edirəm ərimin halını soruşmaq üçün qışqırmayın və ona fit çalmayın. Qoy ailəmiz və ya onu müşayiət edən hər kəs onu A nöqtəsindən B nöqtəsinə təhlükəsiz şəkildə çatdıra bilsin”, - deyə Hemminq bildirib.
Xatırladaq ki, Hemminq bundan əvvəlki müraciətində ötən il “afaziya” diaqnozu qoyulan 67 yaşlı Uillisin xəstəliyinin irəlilədiyini və frontotemporal demensiya (FTD) diaqnozu qoyulduğunu elan etmişdi.
Uillis hələ ötən ilin martında xəstəliyi səbəbindən aktyorluq karyerasına son qoyduğunu elan etmişdi.
Uillis “Məğlubedilməz” (“Die Hard”), “Altıncı hiss” (“The Sixth Sense”), “Armageddon” və Kriminal qiraət (“Pulp Fiction”) blokbasterlərindəki rollarına görə dünya şöhrəti qazanıb. O, beş dəfə “Qızıl Qlobus” mükafatına namizəd olub və yalnız bir dəfə “Ay İşığı” Detektiv Agentliyi” (“Moonlight Detective Agency”) serialındakı roluna görə mükafat alıb. O, həmçinin “Emmy” mükafatına üç namizədlikdən ikisində laureat olub.
Alimlə bağlı dahi Nizami Gəncəvinin sözlərini əbəs yerə yazıya başlıq seçmədik. Doğrudan da, böyük şairimiz alimin həqiqi yerini, mərtəbəsini dəqiq göstərib: Rütbələr içində seçilir biri, Hamıdan ucadır alimin yeri. Həqiqətən də dünyada nə qədər rütbələr, peşələr, sənətlər var. Hamısından ucada alim dayanır. Amma söhbət həqiqi el adamlarından, elm fədailərindən gedir. Ta bizim məmur alimlərdən, icra başçısı alimlərdən, nazir alimlərdən, deputat alimlərdən, hətta müğənni alimlərdən getmir ee… Söhbət məmur alimlərdən düşmüşkən… İllər öncə adını çəkmək istəmədiyim məşhur şairlərdən birinin məmur-alim oğlu ilə müsahibə götürürdülər. Müxbir soruşurdu ki, siz alimsiniz, yoxsa məmur..? Məşhurun oğlu nə cavab versə yaxşıdır… Mən məmur-aliməm… Bu məsələ ilə bağlı bir vacib məqamı yada salmaq istəyirəm. Rəhmətlik, Ulu Öndərimiz Heydər Əliyev birinci hakimiyyət dönəmində məmurların alim olmasına, elmi iş götürüb dissertasiya müdafiə etməsinə müsbət yanaşmırdı. Çünki Heydər Əliyev gözəl bilirdi ki, məmurdan alim olmaz. Hətta bir məsələni də dəqiq xatırlayıram. Bir dəfə Elmlər Akademiyasının o zamankı prezidenti rəhmərlik Fərəməz Maqsudov çəkinə-çəkinə Heydər Əliyevə akademik adının verilməsini təklif etdi… Ulu Öndərin ona acı-acı baxışı indi də yadımdadır. Çünki Heydər Əliyev öz uca mərtəbəsini gözəl bilirdi. Nə isə, sözün qısası, son 15-20 ildə “paçka-paçka” məmur-alimlər ortaya çıxıb. Anlamaq olmur ki, bunlar o boyda məmur işindən necə vaxt tapıb elm dəryasına kəllə vururlar. Əslində onlar elmdən çox uzaq adamlardılar. Sadəcə, şan-şöhrət, alim olmaq istəyirlər. Hətta bəziləri deyir ki, məmur işi-vəzifə müvəqqətidir, vəzifədən çıxandan sonra universitetlərin birində dərs deyəcəm. Yəni təhsilimizin başına yekə daş salanlardan biri də məmur-alimlərdir. İnanırsınız, bunlar heç dissertasiya müdafiə etdikləri mövzunu bilmirlər. Sadəcə, pul verib hazır elmi iş alırlar. Yəni bunlar elmi də bazara çeviriblər. Bu gün Azərbaycanda alim olmaqdan asan heç nə yoxdur. Bunlar elmə heç bir yenilik-filan gətirmirlər. Bir məsələni də yada salım. Çoxlarının yaxşı yadında olar. 90-cı illərdə tez-tez oxuyurduq ki, filan məmur Nyu York akademiyasının üzvü seçilib. Adam məəttəl qalırdı. Hətta o vaxt Ramiz Mehdiyev də, hətta bəzi müxalifət liderləri də Nyu-York akademiyasının üzvü olmuşdu. Çox sonradan bəlli oldu ki, bu akademiyanın üzvü olmaq üçün 108 dollar pul köçürmək kifayət imiş. Sizi inandırıram ki, bu alimlərin çoxu heç FAİZ hesablaya bilmir. Nə isə… Həə, bir məsələni də qeyd edərək yazımızı yekunlaşdıraq. Deməli, hansı məmurun tərcümeyi-halına nəzər salırsansa, bəlli olur ki, qoca vaxtında Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Görəsən bu bəzi alimi-biəməllər neçə saat dərsdə olublar, ümumiyyətlə, həmin akademiyanın yerini tanıyırlarmı..? Ümumiyyətlə, Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil deyiləndə, distant təhsil nəzərdə tutulur. Çoxlarının bilmədiyi bir məsələni nəzərə çatdıraq ki, distant təhsil əsasən kollec məzunlarına aiddir. Biz hələ müğənnilərimizin, aria oxuyanlarımızın bu gün Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil almasını demirik. Bir neçə müddətdir ki, Dövlət İdarəçilik Akademiyasında son 5 ildə qəbul olaraq təhsil alan tələbələrin siyahısının əldə olunmasına çalışmışdıq. Bildiyimizə və bizə verilən məlumata görə, bu ali təhsil ocağına qəbul olmaq üçün 3 illik dövlət qulluqçusu olmaq tələb olunurdu. Amma tələbələrin içində aria oxuyanlar da var. Bəli, biz sabah eşitsək ki, ucqar dağ kəndlərindən gələn, heç məktəb üzü görməmiş, amma qoyunlarının sayı 10 mindən artıq hanslsa bir çoban Bakıya üz tutaraq alim olmaq istəsə, buna şübhə ilə yanaşmaq lazım deyil. Hələ biz belə adamların alim olmasından, elmi iş yazmasından, dissertasiya müdafiə etməsindən danışmırıq. İndi gördünüzmü elmin başına necə daş salıblar? P.S. Bu yaxınlarda bir icra başçısının xanım müavinlərindən biri mənə dedi ki, cənab başçı öz qoyunlarına baxan ferma müdirini dövlət qulluğuna işə gətirmək istəyir. gundelik baki.com
“Avropa İttifaqı Müstəqil Media üçün” proqramı (EU4 Independent Media) Azərbaycanda müstəqil media kontentinin istehsalına dəstək məqsədilə müsabiqə elan edib.
Proqramın ümumi məqsədi cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən mövzular üzrə yüksək keyfiyyətli, etibarlı və məzmun müxtəlifliyi ilə seçilən kontent istehsalını asanlaşdırmaqdır. Layihə Avropa İttifaqı tərəfindən dəstəklənir.
Müsabiqədə Azərbaycanın müstəqil media qurumları, kontent istehsalı ilə məşğul olan müəssisələr, media və jurnalistika sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və jurnalist qrupları iştirak edə bilərlər.
Müraciət üçün son tarix 2023-cü il mart ayının 26-dır. Müsabiqənin şərtləri ilə daha ətraflı aşağıdakı linkdən tanış ola və doldurulması zəruri olan formaları əldə edə bilərsiniz. https://docs.google.com/document/d/1ggQXLITp6WYPyHtrz2WA7FazSuGyNIJ0/edit
Bir zamanlar izlənmə rekordu qıran Türkiyənin “Zerda” serialının çəkildiyi Hurşit Ağa malikanəsi yerlə bir olub.
Qaziantepin Nurdağı rayonunun Sakçagözü məhəlləsində 1916-cı ildə inşa edilən Hurşit Ağa malikanəsi Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində dağılıb.
Malikanə 2002-2004-cü illər arasında milyonları ekrana kilidləyən “Zerda” serialı ilə yanaşı bir çox filmə də ev sahibliyi edib. 3 ayrı hissədən ibarət malikanənin iki hissəsi tamamilə dağılıb, digər hissəsi isə ciddi şəkildə xəsarət alıb.
Sakçagözü məhəlləsində qaya parçaları dağlardan qoparaq yollara düşüb və bir çox bina dağıntıya çevrilib. Həmçinin tarixi quruluşu, əşyaları və bağçası ilə bölgənin ən əhəmiyyətli turizm mərkəzləri arasında yer alan Hurşit Ağa malikanəsindən də geriyə daş və taxta yığınlarından ibarət dağıntılar qalıb. Mənbə: Haber Global
Mart ayının 10-u Fəxri xiyabanda Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılış mərasimi olacaq.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) məlumat yayıb.
Məlumatda bildirilib ki, Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya Akademiyasının akademiki, heykəltəraş Aydın Zeynalovdur. Azərbaycan Kinematiqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarov Cebhe.info-ya açıqlamasında deyib ki, heykəltəraş seçimini yazıçının ailəsi edib:
“Həm dəfn, həm yas mərasimi, eləcə də bir qayda olaraq Fəxri xiyabanda dəfn edilən görkəmli şəxslərin qəbirüstü abidələrin qoyulmasına dövlət tərəfindən vəsait ayrılır. Sadəcə olaraq, Rüstəm İbrahimbəyovun ailəsi, qızı Fatimə İbrahimbəyova eskizin təsdiq olunmasında aktiv iştirak edib. Yəni bütün təşkilati və maliyyə dəstəyi dövlət tərəfindən olub, heykəltaraş seçimi və heykəlin necə olmasına Rüstəm İbrahimbəyovun ailə üzvləri qərar verib”.
AKİ-nin katibi görkəmli heykəltəraş Aydın Zeynalovun əl işinin çox orijinal, Rüstəm İbrahimbəyova uyğun olduğunu bildirib.
Xatırladaq ki, Rüstəm İbrahimbəyov 2022-ci ildə martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib. R. İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub. Əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisi olub. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarında tamaşaya qoyulub.
“35 yaşında ana statusunu qazanmışam. Bəzən oturub düşünürəm ki, birdən mənə nəsə olar, övladım balacadır. Gündə 3-4 dəfə mənə ölüm qorxusu gəlir. İstəyirəm ki, gecə tez gəlsin ki, o fikirlər başımdan çıxsın. Oturub ağlayıram, o qorxular məni incidir. İnsanlara sevinc, gülüş bəxş etsəm də, həyatda tam başqa xasiyyətdə olan insanam”.
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış və sevilən müğənni Xuraman Əlizadə deyib.
“Gözəllik salonunda vaxt keçirməyi sevmirəm. Çalışıram ki, hər şeyi özüm edim. Ona görə yox ki, salonda pul çox xərclənir. Bu vaxt baxımından da mənə çox xeyir edir. Əgər bunu özüm bacarıramsa, niyə artıq pul xərcləməliyəm ki? Büdcəmə də qənaətdir” deyə aktrisa bildirib.
Xuraman Əlizadə bildirib ki, hər zaman dərdini tamaşaçılardan gizlədib.
“Biz efir insanlarıyıq, efir qarşısına çıxırıq, heç kimə aidiyyatı yoxdur ki, sənin bu gün əhvalın var ya yoxdur?! Mənim üzüm həmişə gülür. Özüm üçün kənara çəkilib kədərlənə bilərəm, amma tamaşaçı qarşısına gülər üzlə çıxmağı da bacarıram. O vaxt “Nuş olsun” verilişini aparırdım. Gecə saat 4 radələrində nənəm rəhmətə getmişdi. Mən də səhər canlı efirə çıxmalı idim. Nənəmi hələ dəfn etməmişdilər, mən canlı yayıma çıxdım. Valideynlərim məni danladılar ki, yerinə başqa aparıcı çıxsın. Bir gözüm ağlaya-ağlaya, biri gülə-gülə gəlib efiri idarə etdim. Qonaqlarımız da Rafael və Coşqun idi. Həmin günü efirdə hiss etdirmədim ki, nənəm dünyasını dəyişib” deyə sənətçi bildirib.
Aktrisa Xuraman Əlizadə bildirib ki, ailəsinin sirrini heç kimə verməyi sevmir.
“Nə evimin sirrini, nə evimdə olan sözü, söhbəti heç vaxt anama demərəm. Qızlar var ki, ana ilə rəfiqədirlər, evdə olan bütün söz-söhbət ananın ovucundadır. Ana da onu öyrədir. Ailədirlər də, necə istəyirlərsə yaşasınlar. Elə bir ailə yoxdur ki, söz-söhbət olmasın. O pulluya-pulsuza baxmır ki. Xanımlara tövsiyyəm odur ki, həyat yoldaşlarınızı boş buraxın. Nə qədər boş buraxsanız, evə tez dönüb gələcək, sizi daha çox sevəcək. Vallah bunu mən öz həyatımdan bilirəm” deyə aktrisa bildirib.