![]() |
![]() ![]() ![]() |
|
Avropa Komissiyası “Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyaların tətbiqi məsələsi ilə bağlı Aİ-yə üzv dövlətlərlə məsləhətləşmələrə başlayıb.
Musavat.com xəbər verir ki, məlumatı mənbələrə istinadən Bloomberg yayıb.
Bildirilir ki, müzakirələr zamanı icma üzvləri Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların aralıq nəticələrini nəzərə alacaqlar. Agentliyin qeyd etdiyinə görə, bu məsələ sanksiyaların Almaniyada boru kəmərinin bərpası ilə bağlı müzakirələri yumşaltmağa kömək edə biləcəyinə ümid edən Almaniya kansleri Fridrix Mers üçün xüsusilə vacibdir.
Daha əvvəl Financial Times yazıb ki, Mers Aİ-nin “Şimal axını” layihəsinə qarşı mümkün yeni sanksiyalarını dəstəkləyir, çünki Avropa səviyyəsində boru kəmərlərinin bərpasına qadağanın tətbiqi Almaniyanın daxili siyasətində layihənin taleyi məsələsini bağlayacaq.
FT-nin mənbələrindən biri bildirib ki, Aİ-nin “Şimal axını” ilə bağlı sanksiyaları boru kəməri operatorunu və ya onların idarəetmə və bərpa işlərini öz üzərinə götürə biləcək digər şirkətləri hədəf ala bilər.
Qeyd edək ki, martın sonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva və Vaşinqtonun “Şimal axını” məsələsini müzakirə etdiyini açıqlamışdı. “Şimal axını 2” layihəsinin tikintisi 2021-ci il sentyabrın 10-da başa çatıb. Əvvəlcə 2019-cu ilin sonuna qədər başa çatdırılması planlaşdırılsa da, ABŞ-ın sanksiyaları səbəbindən iş ləngiyib. Qaz kəməri ümumi gücü 55 milyard kubmetr olan iki xəttdən ibarətdir. Aİ onun istismarına lazım olan icazələri verməyib.
Musavat.com