Dollar alışında kəskin artıma nə səbəb oldu?
Dollara tələbat durmadan artır. 2024-cü ilin yanvar-may aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 37 valyuta hərracında ümumilikdə banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb.

Satılan dolların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-may aylarında keçirilən valyuta hərraclarında banklara cəmi 1 milyard 492,4 milyon ABŞ dolları satılıb.

May ayında keçirilən yeddi hərracda isə valyuta satışının məbləği 558,6 milyon dollar təşkil edib. Bu da ötən ilin may ayındakı satışlardan iki dəfə yüksəkdir.

Azərbaycanda əhalinin banklardan əldə etdiyi nağd ABŞ dollarına tələbi də kəskin artıb. Belə ki, 2024-cü ilin yanvar-mart ayları ərzində banklar əhaliyə nağd 931,3 milyon ABŞ dolları satıblar. Bu da illik müqayisədə 491,5 milyon manat və ya 112 faiz (2 dəfə) artım deməkdir.

Aylar üzrə götürsək, 2024-cü ilin yanvarında əhali banklardan 211,5 milyon dollar, fevralında 499,58 milyon dollar, martında isə 220,21 milyon dollar nağd alış edib. 2023-cü ilin ilk rübündə əhali banklardan nağd 439,78 milyon dollar əldə etmişdi.

Birinci rübdə, həmçinin, bankların əhalidən dollar alışında azalma var. Belə ki, rüb ərzində banklar əhalidən 351,27 milyon dollar alıb. 2023-cü ilin eyni dövründə alışların həcmi 367,96 milyon dollar olmuşdu.

Bəs dollara artan tələbat devalvasiya riski yarada bilərmi?

Suala millət vəkili Vüqar Bayramov aydınlıq gətirib. O, Bizim.media-ya açıqlamasında bildirib ki, dollara tələbin yüksək olması dövlət xərcləmələrinin və idxalın artması ilə də bağlıdır:

"Məlumdur ki, dövlət xərcləmələri birmənalı şəkildə daha çox pulun dövriyyəyə daxil olması deməkdir. Bu zamansa həmin pul kütləsinin bir qismi idxal və yığım vasitəsi kimi dollar tələbinin yaranmasına gətirib çıxarır. Amma dekabr-yanvar-fevral ayları ilə müqayisədə biz prosesin Mərkəzi Bank tərəfindən daha çox nəzarətdə olduğunu və aylıq valyuta satışının, xüsusən də ilin əvvəllərindən nisbətən stabilləşməsini müşahidə edirik.

Təbii ki, Mərkəzi Bank ötən ilin sonlarında da, bu ilin əvvəllərində də prosesi nəzarətdə saxlaya bildi. AMB-nin intervensiya imkanları var. Bundan faydalanaraq prosesə təsir göstərə bilir. Amma yaxın gələcəkdə milli valyutanın məzənnəsinin dəyişməsi birmənalı şəkildə Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

Təbii ki, neftin dünya bazarındakı qiyməti də bütövlükdə valyuta tələbinə təsir göstərən faktorlardandır. Çünki neftin dünya qiyməti ölkəyə daxil olan valyutanın həcmini müəyyənləşdirir. Amma Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün milli valyutamızın növbəti dövr üçün kursu birmənalı şəkildə Mərkəzi Bankın mövqeyindən asılı olacaq".

Milli.Az
 
 
 

Bölmənin digər xəbərləri

05 May 2025 ÖLKƏ İÇİ KRİMİNAL DÜNYA GÜNDƏM MEDİA ŞOU-BİZNES "Al" Marketlər bağlanır - SON DƏQİQƏ
05 May 2025 Tramp Çin üçün gömrük rüsumlarını azaldacağını açıqlayıb
05 May 2025 "Tesla"da satışların azalması Maskı çətin vəziyyətə salıb" - "The Wall Street Journal"
03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI

Dünyapress TV

Xəbər lenti