Azərbaycan bu reytinqdə Rusiya və Türkiyəni qabaqladı
Azərbaycan Dünya Bankının Qadın, Biznes və Hüquq reytinqində son bir ildə 35 pillə irəliləyərək 190 ölkə arasında ötən ildəki 104-cü pillədən bu il 69-cu pilləyə yüksəlib.

TEREF axar.az-a istinadən xəbər verir ki, iqtisadçı alim, millət vəkili Vüqar Bayramov Azərbaycanın bu hesabatda yerinin kəskin yaxşılaşmasının səbəbləri ilə bağlı fikirlərini bölüşüb.

"Dünya Bankının qənaətinə görə, ötən il hökumətlər qadın hüquqları və biznes sahəsində 3 istiqamətdə irəlləyişlərə nail ola biliblər. Bunlar ödəniş, valdeyn hüquqları və iş yerlərinin müdafiəsidir. Azərbaycan, İordaniya, Malayziya, Oman, Syerra-Leone və Özbəkistan birlikdə "ödəniş" bölməsi üzrə reytinqini yaxşılaşdıra bilib. Belə ki, ölkəmizdə sosial qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində qadınların sənaye və ya təhlükəli işlərdə fəaliyyət göstərməsi və bərabər ödəniş sistemi formalaşdırılıb. Bu islahatadək qanunvericilik qadınların 674 iş yerində işləməsini məhdudlaşdırırdı. Qanunvericiliyə edilən dəyişikliklər bu məhdudiyyətlərin aradan qaldırılmasına gətirib çıxarıb", - o bildirib.

Millət vəkili qeyd edib ki, hesabata əsasən, Azərbaycan Mərkəzi və Şərqi Avropada bu sahədə 9 islahat həyata keçirən 5 ölkədən biridir:

"Bütövlükdə isə dünyada 18 ölkə hesabat ilində islahatlara imza ata bilib. Həmin hesabatda ölkəmiz mümkün 100 baldan 85 bal toplayıb. Qardaş Türkiyə və Özbəkistan 82.5, Qırğızıstan 76.9, Qazaxıstan 75.6 və Rusiya 73.1 bal ilə qiymətləndiriblər. 100 faizlik nəticəni isə 14 ölkə nümayiş etdirib. Onlardan Kanada istisna olunmaqla digər 13-ü Avropanı təmsil edir".
 

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.

Bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, taksi minik avtomobilləri ən azı “Avro-5” ekoloji standartına uyğun olmalıdır. Bundan başqa, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Qanunla müəyyən edilən buraxılış kartı verilməyəcək.

Qanunda edilmiş dəyişikliklər 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Taksilərə bu cür tələblərin qoyulmasının qiymət artımına səbəb olacağı da deyilir. Maraqlıdır, Bakıətrafı qəsəbələrdən mərkəzə hərəkət edən və paytaxt daxilində fəaliyyət göstərən el arasında dediyimiz “1 manatlıq” taksilərin aqibəti necə olacaq?

Məsələ ilə bağlı nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı “Cebhe.info”-ya açıqlamasında deyib ki, taksi haqqında qəbul edilmiş qərar çərçivəsində taksi fəaliyyəti ilə məşğul olmaq mümkündür:

“Taksilərin keyfiyyətini artırmaq, taksidə olan nöqsanları aradan qaldırmaq üçün taksi haqqında müntəzam qanunlar qəbul olunur. Bu, məhz taksidə olan nöqsanları aradan qaldırmaqdan dolayı zəruridir. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün sürücülər qeydiyyatdan keçməlidirlər. Ancaq bu halda qanunun tələbinə uyğun şəkildə taksi kimi fəaliyyət göstərə bilərlər. Başqa cür məşğul olarlarsa, cərimələnəcəklər”.

Ekspert vurğulayıb ki, “1 manatlıq” taksilərin sürücüləri sırf taksi fəaliyyəti ilə məşğul olan sürücülər deyillər:

“Onlar adətən işə gedərkən yolüstü piyadanı götürüb öz gündəlik xərclərinin müəyyən hissəsini qarşılamağa çalışırlar. Ona görə onlar lisenziya almaqda və ya avtomobilinə taksometr quraşdırmaqda maraqlı deyillər. Lakin qanun qüvvəyə minəndə həmin sürücülərə İnzibatı Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq protokol və cərimə tətbiq ediləcək”.
 

Bölmənin digər xəbərləri

05 May 2025 ÖLKƏ İÇİ KRİMİNAL DÜNYA GÜNDƏM MEDİA ŞOU-BİZNES "Al" Marketlər bağlanır - SON DƏQİQƏ
05 May 2025 Tramp Çin üçün gömrük rüsumlarını azaldacağını açıqlayıb
05 May 2025 "Tesla"da satışların azalması Maskı çətin vəziyyətə salıb" - "The Wall Street Journal"
03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI

Dünyapress TV

Xəbər lenti