Azərbaycanda məşhur müəssisədə kütləvi ixtisarlar başladı: şirkət müflis olur?
İyirmi altı ildir fəaliyyət göstərən “AER Company Group” MMC yeni qalmaqallarla gündəmə gəlib.

İqtisadiyyat.az xəbər verir ki, şirkətin 6 əməkdaşı kütləvi şəkildə işdən çıxarılıb.

Daha sonra onlar şirkətə qarşı məhkəmədə iddia qaldırıblar. İşin mahiyyəti isə əmək mübahisələri ilə bağlıdır.

Abdullayev Həbib Sahir oğlu, Dəmirov Rasim Dilavər oğlu, Abdullayev Əzizağa Sahir oğlu, Hümbətalıyev Rza Yunus oğlu, Novruzov Ülvi İlyas oğlu və Şükürov Azər Əkbər oğlu şirkətə qarşı Xətai Rayon Məhkəməsində iddia qaldırıb.Onlar əmək məsələləri ilə bağlı bir sıra tələblər irəli sürüblər.

Bununla yanaşı Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti də qeyd olunan məhkəmə işində maraqlı tərəf kimi çıxış edəcək.

Şikayətçilərin iddiaları hakim Pərviz Zamanlının sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, 1998-ci ildən fəaliyyət göstərən “AER Company Group” MMC dondurma istehsalı ilə məşğul olur. Müəssisədə istehsal olunan məhsullar Bakı və Sumqayıt şəhərləri ilə yanaşı respublikanın əksər bölgələrində və bir neçə xarici ölkədə satılır. Nizamnamə kapitalı 576 100 manat olan şirkətin hazırkı qanuni təmsilçisi Şərifov Elşən Ramazan oğludur.

Şirkətin hazırda 44 000 manata yaxın vergi borcu da yığılıb.
 

Bölmənin digər xəbərləri

05 May 2025 ÖLKƏ İÇİ KRİMİNAL DÜNYA GÜNDƏM MEDİA ŞOU-BİZNES "Al" Marketlər bağlanır - SON DƏQİQƏ
05 May 2025 Tramp Çin üçün gömrük rüsumlarını azaldacağını açıqlayıb
05 May 2025 "Tesla"da satışların azalması Maskı çətin vəziyyətə salıb" - "The Wall Street Journal"
03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI

Dünyapress TV

Xəbər lenti