“Yumurta böhranı”nın yaşandığı Rusiyada yumurta isytehsalçıları milyonlar qazanır – Siyahı
Məlum olduğu kimi, 2023-cü ildə Ruisyada yumurtanın qiymətində kəskin bahalanma qeydə alınıb.

Yeniavaz.com Rusiyanın rəsmi qurumları tərəfindən açıqlnan məlumatlara istinadən bildirir ki, ötən Rusiyada yumurtanın qiyməti 62% artıb.

Yumurtanın kəskin bahalaşması Rusiya prezidentinin ötən ilin dekabr ayında keçirdiyi mətbuat konfransının da əsas mövzularından biri olub. Rusiya Prezidenti Vladimir Putin qiymət artımına görə xalqdan üzr istəyib və yaranmış vəziyyəti “hökumətin işində uğursuzluq” kimi qiymətləndirib.

Rusiya rəsmiləri ölkədəki “yumurta böhranı”nından xilas olmaq üçün müttəfiq ölkələrə də müraciət ediblər. Bu müraciətə əsasən, Azərbaycan ötən ilin dekabr ayından başlayaraq Rusiyaya yumurta ixrac edir. Ötən ilin dekabr ayında Azərbaycandan Rusiyaya 1 milyon 224 min ədəd, bu ilin yanvar ayında isə 4 milyon 284 min ədəd yumurta ixrac olunduğu barədə məlumat verilib.

Apardığımız hesablama göstərir ki, ötən ilin dekabr ayında Azərbaycandan Rusiyaya ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 16,8 qəpik (9,9 sent), bu ilin yanvar ayında isə 16 qəpik (9,5 sent) olub.
Məlumat üçün bildirək ki, Rusiyada “yumura böhranı”nın yaşanmasına baxmayaraq ölkənin ən böyük yumurta istehsalçılarının gəlirləri kəskin şəkildə artıb.

Məşhur “Forbes” nəşrinin yaydığı məlumata görə, Rusiyanın 9 ən böyük yumurta istehsalçısının gəlirləri 2023-cü il ərzində 33%-dən 1200%-ə qədər artıb. Bu bazarın 1 nömrəli oyunçusu olan “Tavros qrup” mənfəətini doqquz dəfə artırıb.

Rusiyanın ən böyük 9 yumurta istehsalçısının gəlirləri 2023-cü ildə aşağıdakı kimi olub:

– “Tavros qrup” (“Komsomolskaya Quşçuluq Fabriki”, “Başqırdskaya Quşçuluq Fabriki”, “Oredej Kənd Təsərrüfatı Kompleksi”, “Sovet Aqrofirması”) 2023-cü ildə mənfəətini 9,2 dəfə artıraraq 3 milyard rubla (32,4 milyon dollar) çatdırıb. Sahibi Rüstəm Mirqalimov olan “Tavros qrup” ötən il 1,76 milyard yumurta istehsal edib.

– “Okskoye” şirkəti 2023-cü ildə mənfəətini 2,1 dəfə artıraraq 2,41 milyard rubla (26 milyon dollar) çatdırıb. Oleq Lyakinin əsas səhmdar olduğu bu şirkət il ərzində 1,29 milyard yumurta istehsal edib.

– “Roskar Quşçuluq Farm” 2023-cü ildə mənfəətini 46% artıraraq 2,13 milyard rubla (23 milyon dollar) çatdırıb. Valeri Qoryaçova məxsus bu şirkət il ərzində 1,35 milyard yumurta istehsal edib.

– “Voljanin” şirkəti 2023-cü ildə mənfəətini 84% artıraraq 1,92 milyard rubla (20,7 milyon dollar) çatdırıb. Lyudmila Kostevaya məxsus bu şirkət il ərzində 1,47 milyard yumurta istehsal edib.

– Rusiyanın ən böyük banklarından olan “Sberbank”a məxsus olan “Sinyavinskaya Quşçuluq Fabriki”nin mənfəəti 2 dəfə artaraq 1,85 milyard rubla (20 milyon dollar) çatıb. Bu şirkət il ərzində 1,62 milyard yumurta istehsal edib.

– “Komos Group” (“Varaksino Quşçuluq Fabriki”, “Mendeleyevskaya Quşçuluq Fabriki” və “Derjavinskaya Quşçuluq Fabriki”) 2023-cü ildə mənfəətini 9,2 dəfə artıraraq 1,52 milyard rubla (16,4 milyon dollar) çatdırıb. Andrey Oskolkov və Andrey Şutovdura məxsus olan bu şirkət il ərzində “Varaksino” və “Selo Zelenoe” ticarət nişanları altında 1,24 milyard yumurta istehsal edib.

– “GrowthPositiveImpulse” (“İnskaya quşçuluq ferması” və “Yaşkinskaya quşçuluq ferması”) 2023-cü ildə mənfəətini 13 dəfə artıraraq 1,24 milyard rubla (13,4 milyon dollar) çatdırıb. Denis Ştenqelova məxsus olan bu şirkət il ərzində 739 milyon yumurta istehsal edib. Qeyd edək ki, 2023-cü ilin dekabrında Federal Antiinhisar Xidmətinin Kemerovo Departamenti “Yaşkinskaya quşçuluq ferması” və “İnskaya quşçuluq ferması”na qarşı “yumurta qiymətlərinin artması səbəbindən inhisarşı mövqedən sui-istifadə əlamətləri” ilə bağlı iş açıb.

– “Çelyabinsk Quşçuluq Fabriki” 2023-cü ildə mənfəətini 69% artıraraq 930 milyon rubla (10 milyon dollar) çatdırıb. Pavel Kaduşin və İlya Korbaşova məxsus olan bu şirkət il ərzində 740 milyon yumurta istehsal edib.

– “Sverdlovsk Quşçuluq Fabriki” 2023-cü ildə mənfəətini 33% artıraraq 4510 milyon rubla (4,9 milyon dollar) çatdırıb. Səhmləri Sverdlovsk vilayətinin Dövlət Əmlakının İdarə Edilməsi Nazirliyinə məxsus olan bu şirkət il ərzində 1 milyard yumurta istehsal edib.
 
 
 

Bölmənin digər xəbərləri

05 May 2025 ÖLKƏ İÇİ KRİMİNAL DÜNYA GÜNDƏM MEDİA ŞOU-BİZNES "Al" Marketlər bağlanır - SON DƏQİQƏ
05 May 2025 Tramp Çin üçün gömrük rüsumlarını azaldacağını açıqlayıb
05 May 2025 "Tesla"da satışların azalması Maskı çətin vəziyyətə salıb" - "The Wall Street Journal"
03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI

Dünyapress TV

Xəbər lenti