Dünyada kakaonun qiyməti sürətlə artır: - şokolad və şirniyyatlar bahalaşacaq
Son günlər dünyada kakao paxlasının qiyməti kəskin artıb. ICE Futures birjasının məlumatına əsasən, bu məhsulun qiyməti yeni rekorda imza ataraq bir ton üçün 8900 dolları ötüb. Kakao böhranı səbəbindən şokoladın qiymətlərinin də artacağı istisna edilmir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, dünya bazarında kakaonun qiymətinin qalxması Azərbaycanda istehsal olunan və ölkəyə gətirilən məhsullarda adekvat olaraq öz əksini tapacaq. Onun sözlərinə görə, dünya bazarında qalxan qiymətə Azərbaycan bazarı çox tezliklə reaksiya verir.

Sədr söyləyib ki, dünya maliyyə böhranında bütün malların, xidmətlərin qiymətinin aşağı düşdüyü zaman Azərbaycanda qiymətlər enməyib: “Biz ümumdünya maliyyə böhranında da gördük ki, dünya bazarında malın qiyməti qalxanda Azərbaycan bazarı ona bir gün öncə reaksiya verir. Lakin dünya böhranı zamanı bütün malların, xidmətlərin qiyməti aşağı düşdü, Azərbaycanda isə bu baş vermədi. Bu o deməkdir ki, əslində Azərbaycan bazarı müəyyən inhisarçıların, kartel sözləşmələrinin əsiridir”.

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, dünyada kakaonun qiymətinin artımı karamel və şokolad, eləcə də digər şirniyyat məhsullarının qiymətinin artımına təsir göstərəcək.

Onun sözlərinə görə, həmçinin kakaodan istifadə olunan tortlar, pirojnaların da qiymətlərində mümkün artım qaçılmaz olacaq: “Bu bahalaşma həm yerli istehsal olunan qənnadı məhsullarında, həm də ölkəmizə idxal edilən şirniyyatlarda özünü göstərə bilər. Bizim bu məhsulla bağlı daxili istehsalımız olmasına baxmayaraq, xarici ölkələrdən də idxal edirik. Nəticədə bu, ölkəmizdə satılan şokoladların qiymətində müəyyən artıma səbəb olacaq”.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycana kakao idxalı 13,8 milyon dollar dəyərində olub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə ölkənin kakao idxalına çəkdiyi xərc ötən ilin yanvar ayı ilə müqayisədə 5,2 milyon dollar çoxdur. Hesabat dövründə Azərbaycandan 465,2 min dollarlıq kakao ixrac edilib.
 

Bölmənin digər xəbərləri

05 May 2025 Tramp Çin üçün gömrük rüsumlarını azaldacağını açıqlayıb
05 May 2025 "Tesla"da satışların azalması Maskı çətin vəziyyətə salıb" - "The Wall Street Journal"
03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI

Dünyapress TV

Xəbər lenti