Dövlət komitəsi evlərə hansı üsulla qiymət qoyur? –
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mənzillərə çıxarış verilərkən eyni zamanda onların əmlak qiymətləndirilməsi də aparılır. Bu qiymətləndirmə təkcə mənzillərdə deyil, fərdi yaşayış evləri və torpaqlara çıxarış verildikdə də tətbiq olunur.

Bir çox vətəndaşlarda qiymətləndirmənin bazar qiymətinə uyğun aparılması və əmlakın dəyərinin düzgün hesablanması ilə bağlı müəyyən suallar yaranır. Görəsən həqiqətən Əmlak Komitəsinin apardığı qiymətləndirmə real bazar dəyərinə uyğundurmu?

TEREF xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Əmlak Komitəsi tərəfindən aparılan qiymətləndirmənin mövcud bazar qiymətinə uyğun olmadığını deyib:

“Mənzilə qiymət qoymaq üçün müəyyən peşəkar biliklər malik olmaq şərtdir. Hər hansı bir qurumun bu istiqamətdə qərar qəbul etməsi üçün müəyyən standartlara əsasən qiymətləndirmə işini həyata keçirməlidir.

Əgər söhbət Əmlak Komitəsi tərəfindən aparılan qiymətləndirmələrdən gedirsə, məndə olan məlumatlara görə həmin qurum sadəcə işləri qiymətləndirir və bu beynəlxalq standartlara uyğun, mövcud bazar qiymətinə əsaslanan qiymətləndirmə deyil. Bu sadəcə ümumi qiymətin formalaşması üçün aparılır və alqı-satqı zamanı qiymətləndirmənin nəticələri əsas götürülmür.

Digər tərəfdən əmlakın qiymətləndiriməsi barədə sifariş məcburi deyil və vətəndaş tərəfindən istənilə bilər. Təkcə mənzillərin deyil, fərdi yaşayış evləri və torpaq sahələrinin hardasa 1 səhifə həcmində olan qiymətləndirməsi həyata keçirilir.

Bu baxımdan “Qiymətləndiricilər Palatası” yaradılıb və “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun qəbul olunub. Bu qanuna əsasən qiymətləndirici şəxs mütləq şəkildə bu palatanın üzvü olmalıdır. Belə olduqda qiymətləndirmə prosesi vahid mərkəzdən idarə olunacaq və daha düzgün formada aparılacaq”.

Vüqar Oruc peşəkar qiymətləndirmənin aşağıdakı formalarda aparılmalı olduğunu vurğulayıb:

“Əmlak Komitəsinin apardığı qiymətləndirmə kütləvi xarakter daşıyır və onun əsasında hər hansı obyektə kredit ayırmaq və ya alqı-satqı həyata keçirmək məqsədəuyğun deyil. Bu sadəcə əmlak sahibinə bilgi vermək üçün nəzərdə tutulmuş qiymətləndirmədir.

Amma real və peşəkar qiymətləndirmə tamamilə fərqli formada həyata keçirilir. Bunun üçün müəyyən kriteriyalar tələb olunur və həmin qiymətləndirmə 1 səhifədən ibarət olmur. Ciddi şəkildə mənzilin təhlili, onun yerləşdiyi ərazinin inkişaf perspektivləri həmin hesabatda təhlil olunmalıdır. Üstünlükləri və çatışmazlıqları qeyd edilməlidir. Əgər geniş hesabat aparılmırsa, həmin qiymətləndirmə real qiymətləndirmə deyil. Mənzilin dəyəri mütləq şəkildə bazar qiymətinə uyğun formada müəyyənləşdirilməlidir”.
 

Bölmənin digər xəbərləri

05 May 2025 Tramp Çin üçün gömrük rüsumlarını azaldacağını açıqlayıb
05 May 2025 "Tesla"da satışların azalması Maskı çətin vəziyyətə salıb" - "The Wall Street Journal"
03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI

Dünyapress TV

Xəbər lenti