Azərbaycanda dollar 3 manata qədər BAHALAŞACAQ? - Vacib DƏYİŞİKLİK OLACAQ
Valyuta hərraclarında dollara tələbin yenidən yüksəlməsi müşahidə olunub. Fevralın 1-də keçirilən hərracda 78.7 milyon dollarlıq sifariş qeydə alınıb. 2 gün öncə isə daha 64.2 milyon dollar satılmışdı. Bu son 2 hərracda 142.9 milyon dolların satılması deməkdir.
Qeyd edək ki, yanvar ayının 25 və 23 tarixlərində keçirilən hərraclarda sifariş ayrı-ayrılıqda 50 milyon dollara çatmırdı. Bu isə ondan xəbər verir ki, son günlər dollara tələb artıb. Bunun psixoloji tərəfləri olsa da valyuta bazarında volatillik ehtimalı ilə bağlı yayılan xəbərlər də tələbi gücləndirir.
Doğrudur, Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. Belə ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycan idxalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.1 faiz artaraq 15.8 milyard dollara çatıb. İllik rekord idxalın qeydə alınacağı istisna deyil.
Belə olan təqdirdə isə cəmiyyətdə dolların bahalaşacağı və manatın məzənnəsinin isə dəyişəcəyi ehtimal olunur. Bəs gözləntilər özünü doğrulda bilər?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Referans.az-a açıqlamasında bildirib ki, hazırda dolların kəskin bahalaşacağı ilə bağlı səsləndirilən fikirlər əsassızdır:
“Azərbaycanda valyuta məzənnəsinin dünya bazarları ilə heç bir əlaqəsi yoxdur. Bizdə valyutanın məzənnəsi hökumət və Mərkəzi Bank tərəfindən inzibati qaydada müəyyənləşir. Valyuta hərraclarında dollara tələbin artması təbiidir. Hər dəfə ilin sonunda və əvvəlində bu artımı görürük, yay aylarında bir daha bunun şahidi olacağıq. Əvvəlki illərdə tələb bundan da artıq olub, dolların satış həcmi daha yüksək olub. Bu hökumətin qərarından asılıdır. Sabah da qaldıra bilərlər, heç qaldırmaya da bilərlər. Bunun dünyada gedən heç bir proseslə əlaqəsi yoxdur”.
İqtisadçı qeyd edib ki, manat üzən məzənnə rejimində fəaliyyət göstərən valyuta deyil, Azərbaycanda inzibati məzənnə rejimidir və bunlar inzibati qaydada tənzimlənir. Onun sözlərinə görə, bu il Azərbaycanda hər hansı məzənnə dəyişikliyinin olacağı gözlənilən deyil: “Çünki bu il ard-arda seçkilər ilidir. Qarşıdan parlament və bələdiyyə seçkiləri gəlir. Buna görə də bu il manatın məzənnəsinin dəyişəcəyi gözlənilən deyil. Amma bu o demək deyil ki, Azərbaycan manatı həmişə belə sabit qalacaq. Gələn ili sonu və ya 2026-cı ildə bununla bağlı hansısa qərarlar verilə bilər”.
 
 
 

Bölmənin digər xəbərləri

05 May 2025 Tramp Çin üçün gömrük rüsumlarını azaldacağını açıqlayıb
05 May 2025 "Tesla"da satışların azalması Maskı çətin vəziyyətə salıb" - "The Wall Street Journal"
03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI

Dünyapress TV

Xəbər lenti