İstanbul derbisi:
Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi oynanılıb.

“Report”un məlumatına görö, XVIII tur çərçivəsində "Fənərbağça" öz meydanında "Qalatasaray"ı qəbul edib.

Yeni ilin ilk derbi qarşılaşmasında qonaq komanda meydan sahiblərinə 3:0 hesabı ilə qalib gəlib.

"Qalatasaray"ın heyətində Serjio Oliveira (32-ci dəqiqə), Kərəm Aktürkoğlu (78) və Mauro Icardi (90) fərqləniblər.

“Qalatasaray” bu qələbədən sonra 39 xalla turnir cədvəlindəki liderliyini möhkəmləndirib. Ondan dörd xal geri qalan “Fənərbağça” ikinci pillədə qərarlaşıb.
 

Dünyapress TV

Xəbər lenti