“FİFA” Messi ilə bağlı paylaşımı silib
Beynəlxalq Futbol Federasiyası (FİFA) sosial şəbəkələrdə Lionel Messinin tarixin ən böyük futbolçusu adlandıran paylaşımı silib.

“Report” xəbər verir ki, buna səbəb portuqaliyalı Kriştianu Ronaldunun bir çox fanatlarının paylaşımın altına mənfi şərhlər yazmasıdır.

Qeyd edək ki, Argentina millisi Qətərdəki dünya çempionatının finalında Fransa millisinə qalib gələrək üçqat dünya çempionu olub.
 

Dünyapress TV

Xəbər lenti