“Qızıl buts”un sahibi bəlli oldu - FOTO
Robert Levandovski ardıcıl ikinci il “Qızıl buts”u qazanıb.

Teref.Az xəbər verir ki, ötən mövsüm “Bavariya”da çıxış edən polşalı futbolçu 2021/22 mövsümündə Bundesliqada 34 oyuna 35 qol vurub və 70 xal toplayıb.

PSJ-nin hücumçusu Kilian Mbappe Liqa 1-i 28 qol və 56 xalla ikinci yerdə tamamlayıb.

Çiro İmmobile (“Latsio”) və Kərim Benzema (“Real Madrid”) hərəyə 54 xal (müvafiq olaraq A Seriyası və La Liqada 27 qol) toplayıblar.

Xatırladaq ki, 2021-ci ildə R.Levandovski Almaniya çempionatında vurduğu 41 qola görə “Qızıl buts”a layiq görülüb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-11_1668018348_5.png
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-11_1668018349_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-11_1668018351_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-11_1668018353_2.jpg
Metbuat.az

Dünyapress TV

Xəbər lenti