Luçesku Ukraynaya görə Rusiyaya "yox" dedi
Rusiyanın "Zenit" komandasının keçmiş baş məşqçisi Mirça Luçesku Sankt-Peterburq təmsilçisinin 100 illik yubiliyendə iştirak üçün aldığı dəvəti rədd edib.

Bu barədə Oxu.Az golazo.ro-ya istinadla xəbər verir.

"Mən belə bir işə qarışmaq istəmirəm. Onlara sülh olanda gələcəyimi dedim. Sülh olmasa, gəlməyəcyəm" , - deyə 79 yaşlı rumın mütəxəssis bildirib.

M.Luçesku Ukraynaya hörmət səbəbindən də bu qərarı aldığını vurğulayıb: "Başa düşdüm ki, bu, böyük əks-səda doğuracaq".

Xatırladaq ki, M.Luçesku 2004-2016-cı illərdə "Şaxtyor Donetsk", 2016-2017-ci illərdə "Zenit", 2020-2023-cü illərdə isə "Dinamo Kiyev"də baş məşqçi olub.

"Zenit" 100 illik yubiliyeni mayın 25-də qeyd edəcək.
 

Dünyapress TV

Xəbər lenti