UEFA Avropa Liqası: "Makkabi" ilk qələbəsini "Beşiktaş" üzərində qazandı
UEFA Avropa Liqasında V turun görüşləri keçirilir.

Oxu.Az xəbər verir ki, İstanbul "Beşiktaş"ı nominal ev oyununda Təl-Əviv "Makkabi"si ilə üz-üzə gəlib.

Matç yəhudi komandasının təhlükəsizliyi səbəbindən Türkiyədə deyil, Macarıstanda baş tutub.

Oyun israillilərin turnirdəki ilk qələbəsi ilə əlamətdar olub. "Makkabi"nin 3 qoluna "Beşiktaş" yalnız 1 qolla cavab verib.

Bu nəticədən sonra İsrail klubu turnir cədvəlində 3 xalla 31-ci yerdə qərarlaşıb. "Qara qartallar" isə 6 xalla 22-ci pillədədirlər.

Dünyapress TV

Xəbər lenti