Azərbaycanda BOKT-ların adından saxta «kredit təklifləri» başlayıb –
Azərbaycanda mütəşəkkil qruplar tərəfindən kredit dələduzluğu halları genişlənir.

TEREF.AZ FED.az-a istinadla xəbər verir ki, bir qədər əvvəl bankların adından saxta kredit təklifləri ilə vətəndaşlara qarşa edilən dələduzluq halları artıq qeyri-bank sektorunda da müşahidə edilir.

Artıq ölkədə vətəndaşlara telefon zəngi və ya bəzi sosial şəbəkələr vasitəsilə BOKT-lar adından kredit təklifləri başlayıb.

TEREF.AZ bildirir ki, belə kredit təşkilatlardan biri, ölkənin tanınmış Bank olmayan kredit təşkilatından (əsassız olaraq reputasiyasına zərər gəlməməsi üçün BOKT-un adı çəkilmir) məsələ ilə bağlı FED.az-a müraciət edib.

Müraciətdə bildirilir ki, son 2-3 gündə bəzi vətəndaşlar sözügedən BOKT-a müraciət edərək onlara kredit vəd edildiyini və buna görə xidmət haqqı da ödədiklərini bildirirlər.

BOKT tərəfindən aparılan ilkin araşdırma zamanı, vətəndaşların dələduzluq halı ilə rastlaşdığı və BOKT-un adı ilə aldadıldığı məlum olub. Məlum olub ki, vətəndaşların telefon nömrələrini əldə edən fırıldaqçılar özlərini BOKT nümayəndələri kimi qələmə verərək vətəndaşlara kredit vəd edib və bunun müqabilində xidmət haqqı tələb ediblər. Bəzi qrupların sosial şəbəkə – Tik-Tok və İnstagram üzərindən də vətəndaşlara saxta təkliflər etdiyi məlum olub.

Bəzi vətəndaşlar bu müraciətlərə inanaraq tələb edilən ödənişi yerinə yetiriblər.

BOKT tərəfindən bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma davam edir.

Maliyyə təşkilatı ölkə vətəndaşlarına belə müraciətlər edilərkən ehtiyatlı olmağı, ödəniş etməməyi və kart məlumatlarını paylaşmamağı tövsiyə edir.

BOKT bildirir ki, heç bir ciddi kredit təşkilatı kredit üçün ödənişi və ya komissiya haqqını əvvəlcədən tələb etmir. Komissiya haqqı yalnız kredit tam rəsmiləşdirildikdən sonra ödənilir.
 

Bölmənin digər xəbərləri

10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə
08 May 2025 Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü
03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."

Dünyapress TV

Xəbər lenti