FETÖ ÜZVÜ İLLƏRLƏ BAKIDA NECƏ GİZLƏNİB, NECƏ BİZNES QURUB? - Təfsilatı açıqlandı
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) 67 gün sonra Bakıda keçirilən xüsusi əməliyyatla bağlı məlumat yayıb. Məlumata görə, silahlı terror təşkilatı yaratmaq və idarə etmək ittihamı ilə beynəlxalq axtarışa verilmiş FETÖ üzvü Uğur Dəmirok Milli Kəşfiyyat İdarəsi tərəfindən Bakıda saxlanılaraq Türkiyəyə aparılıb.

Xatırladaq ki, Uğur Dəmirok bu il sentyabrın 6-da səhər saatlarında Bakıda, “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında “yoxa çıxıb”. İş adamı sentyabrın 6-da səhər saatlarında evindən çıxaraq “Xalqlar dostluğu” metrosunun yaxınlığında yerləşən ofisinə gedib. Günorta saatlarında həyat yoldaşına Demirokun işə gəlmədiyi bildirilib. Əri ilə dərman satışı ilə məşğul olan Nurdan həyat yoldaşının axtarışına çıxıb. Ofisin yaxınlığında iş adamına məxsus “BMW” markalı avtomobili tapılıb. Ən yaxın avtoyuma məntəqəsinin əməkdaşı bildirib ki, Demirok qara maskalı şəxslər tərəfindən maşından çıxarılıb. Onlardan biri iş adamının başını aşağı əyib, digər ikisi isə qollarından tutub şüşələrinə qara plyonka vurulmuş mikroavtobusa mindirərək naməlum istiqamətə aparıblar.

Nurdan Dəmirok əvvəlcə ərinin cinayətkar dəstə üzvləri tərəfindən qaçırıldığını güman edib, lakin üçüncü dəfə yerli polis idarəsi ilə əlaqə saxladıqda qadına ərinin “Türkiyəyə getdiyi” deyilsə də, əlavə məlumat verilməyib. Nurdan ərinin pasportunu özü ilə götürmədiyini, zorla Türkiyəyə aparıla biləcəyini bildirib. Buna baxmayaraq, qadın polisdən əlavə məlumat ala bilməyib.

Nurdan hadisəni ərinin Türkiyədə yaşayan ailə üzvlərinə bildirib. İş adamının atası Dursun Dəmirok kiçik oğlu ilə birlikdə Ankaraya gedərək Uğur Dəmirokun Bakıda yoxa çıxması ilə bağlı prokurorluğa ərizə yazıb. Bu ifadə əsasında onlar itkin düşmüş şəxslərlə bağlı polis şöbəsinə göndəriliblər, orada polis əməkdaşlarından biri məlumat bazasında axtarış aparıb. İş adamının qardaşına “Qohumunuz yaxşıdır, narahat olmağa əsas yoxdur” deyilib. Məlum olub ki, Uğur Dəmirok Türkiyə həbsxanasındadır. Dəmirokun Bakıdakı taleyi ilə bağlı məsələ Türkiyə parlamentində kürd deputat tərəfindən qaldırılıb.

İndi isə Türkiyə mətbuatı hüquq-mühafizə orqanlarına istinadən Uğur Dəmirokun FETÖ terror təşkilatının üzvü olduğunu, 2016-cı il iyulun 15-də ölkədə baş vermiş hərbi çevrilişə cəhddən sonra xaricə qaçdığını bəyan edib. O da bildirilir ki, Dəmirok Türkiyə Silahlı Qüvvələrində gizli FETÖ strukturunda fəal çalışıb, eyni zamanda təşkilat üzvlərinin gizli yazışmalar üçün quraşdırdığı ByLock proqramının istifadəçisidir. Türkiyə xüsusi xidmət orqanları əvvəllər də oxşar məxfi əməliyyatlar çərçivəsində bir çox xarici ölkələrdə, o cümlədən Azərbaycanda “Gülənçi”ləri saxlayıb Türkiyəyə aparıblar. 2016-cı il hərbi çevriliş cəhdindən sonra Fətullah Gülən təriqəti Türkiyədə silahlı terror təşkilatı elan edilib.

FETÖ-çülərin aktiv şəkildə ByLock proqramından istifadə etdikləri yeni məlumat deyil. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən Mövlud Mərd Altıntaşa məxsus mobil cihazda da bu proqramdan istifadə olunduğu təsbit edilmişdi.O zaman bu barədə Türkiyə mətbuatı, Rusiya kəşfiyyatına məxsus mənbələrə istinadən xəbər verib. Bildirilirdi ki, 4 mərhələli şifrəni açmağa müvəffəq olan mütəxəssislər, mobil cihazda bir sıra dəlillər əldə ediblər. O zaman əldə edilən dəlillər qatilin FETÖ terror təşkilatı, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəli olduğunu üzə çıxarıb. Bildirilirdi ki, Mövlud Mərd Altıntaş, sui-qəsddən əvvəl ByLock proqramı vasitəsilə 6-sı qırmızı, 2-si narıncı kateqoriyada yer alan fətullahçılarla əlaqə qurub.

Qəzet yazdıqlarından sitat: “Terrorçunun telefonundan alınan siqnallara görə, səfirin qatili bir müddət əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İraqdakı bir ofisində qeydə alınıb. Yəni bu idarənin Ərbil şəhər ofisi yaxınlarında bir xeyli vaxt keçirib. Həmin vaxt ərzində terrorçunun mobil cihazındakı siqnal 7 saat ərzində kəsilib. Qatilin bu vaxt ərzində kimlərlə ünsiyyət qurduğunu müəyyən etmək mümkün olmayıb”.

Cinayəti araşdıran rus-türk birgə əməliyyat dəstəsi üzvləri bütün bunları incələyərkən ByLock-un serverlərinin Litvada yerləşdiyini müəyyən etmişdilər. Məlum olmuşdu ki, FETÖ-nün şifrəli xəbərləşmə proqramının (ByLock) ən böyük özəlliyi, danışıqların 5 saniyə sonra yaddaşlardan silinməyi, ortada bir iz buraxmaması faktıdır. İstifadəçilərin barmaq izləri, ByLock-da şifrələməni öz üzərinə götürür.

Bülent Orakoğlu kimdir?

“Yeni Şafaq” qəzetinin köşə yazarı Bülənd Orakoğlu bu mövzunu türk mətbuatında daşıyan ilk yazarlardan biri idi. Sabiq MİT zabiti olan yazar ByLock haqda yazırdı: “FETÖ tərəfindən gizli ünsiyyət üçün istifadə edilən ByLock serverlərinin, Litva paytaxtı Vilnüsdə olduğu üzə çıxmışdı. Türk MİT-i əvvəlcə bu serverlərə qarşı xüsusi kiberhücumlar təşkil edərək təxminən 215 min 92 istifadəçidən 53 minini deşifrə etməyi bacarır. Lakin İnterpol xətti ilə Litvaya göndərilən növbəti sorğulara kobudcasına "Yox!" cavabı gəlib. Bundan sonra Vilnüsdə ByLock serverlərin bulunduğu binada gizlicə əməliyyat keçirilib, son texnologiya avadanlıqları sayəsində səkkiz pilləli şifrə qırılmaqla ByLock qeydlərinə aid bütün məlumatları qısa müddətdə götürülüb. Əməliyyat gecəsi xüsusi təyyarə ilə vətənə dönən türk kiborqları, 215 min ByLock istifadəçisinin bütün köhnə, guya yaddaşdan silinmiş qeydlərini də ölkəyə gətiriblər".

"O zaman Bülənd Orakoğlu belə bir ehtimal irəli sürmüşdü ki, əməliyyat nəticəsində bir sıra köhnə cinayətlərin üstü açılacaq. Bakıda 2022-ci ilin sentyabrında keçirilən əməliyyat da bu ehtamal təsdiqləmiş oldu. Bülənd Orakoğlu “ByLock istifadəçilərinin şifrələri tam halda, 90 faiz üzə çıxıb” - deyə müəllif yazısında qeyd etmişdi.

Türkiyənin Elm, sənaye, texnologiyalar naziri 2017-ci ildə bu mövzu ilə əlaqədar bunları deyib: “Hamımız ByLock mobil xəbərləşmə proqramına yaxşı bələdik. Sistem, məxfi şifrələnmə əsasında, kriptoqrafik yolla yaradılıb. Müəlliflər, bizim sabiq milli "TÜBİTAK" (Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası - “Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu”) üzvləridir. Heyf, bu təsisat indi bütövlüklə FETÖ-nün nəzarəti altındadır. Proqram müəllifləri Gülənin paralel dövlətində mühüm vəzifə sahibləridir. ByLock istifadəçilərinin sayı eynən FETÖ-çular qədərdi. Bu sistem vasitəsilə öz aralarında təmasları 2013-cü ilin sonundan start götürüb".

ByLock mobil xəbərləşmə sistemini informasiya təhlükəsizliyi sahəsində ad çıxarmış bir çox xarici müəlliflər çox da etibarlı hesab etmirdilər. Tim Strazzere, Amerika-İsrail mənşəli “SontinelOne” şirkətinin aparıcı mütəxəssisi ByLock sistemini belə xarakterizə edir: “Bir neçə dəqiqə ərzində proqramı söküb yenidən qurmaq mümkündür. Mən, hizmətçilərdən fərqli olaraq, ona qəti şəkildə etibar etməzdim

Bir başqa mütəxəssis, Metyu Qrin də sistem haqda öz kinayəsini gizlətmir: "İstifadəçi bu sistemdə anonim olaraq qalır. Amma məxfi kod açarlar mərkəzi serverdə şifrəsiz, açıq halda qalır ki, bu da təhlükəsizlik baxımından çox risklidir. Yüksək texnologiya sahibləri bu cür serverlərə rahat daxil olub xəbərləşmə trafikinin yaddaşını tam bərpa edə bilər deyə mən ondan istifadə etməzdim".

ByLock mobil xəbərləşmə sistemi yarandığı ilk günlərdə “Apple”, “Google Play” maqazinləri çərçivəsində, 2014-cü ildə dünya bazarına girsə də, tezliklə bu ünvanlar onu öz səhifələrindən silir. Sonradan bu mobil xəbərləşmə sistemi, lazımı təhlükəsizlik tələblərinə cavab verməyən “Android” “Windows Phone”, “Blakberry” serverlərində görünməyə başlayıb. (musavat.com)
 

Bölmənin digər xəbərləri

02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib

Dünyapress TV

Xəbər lenti