“Gəlib dedi ki, Nəcməddin Sadıkov göndərən adamam” - Fazil Məmmədovdan xahiş edibmiş
“AtaBank”dan götürdüyü 42 milyonu mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin məhkəmə prosesi davam edib.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas şahid ifadələri ilə davam edib.

Şahid Mürsəl Əliyevin sözlərinə görə, cinayət baş verən dövrdə “AtaBank”da mühasib işləyib. Şahid yaşı və xəstəliyi ilə bağlı hakim qarşısında rabitəli danışa bilməyib. Bu səbəbdən onun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) verdiyi ifadəsi elan edilib.

Mürsəl Əliyev müstəntiqə deyib ki, təqsirləndirilən şəxsin kredit götürdüyü “Şahin-CO” şirkətini o təşkil edib. Şirkət də Zahid Niftəliyevin adına təsis edilib.

Niftəliyev özü sərbəst ifadəsində demişdi ki, “Şahin-CO”nu Müdafiə Nazirliyinin sabiq qərargah rəisi Nəcməddin Sadıkovun istəyi ilə yaradılıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1741891066_2.jpg
Şahid Əliyev də bunu təsdiq edib. O, əlavə edib ki, Nəcməddin Sadıkov həmin şirkətə pul ayrılması üçün mərhum vergilər naziri Fazil Məmmədovdan xahiş edib:

“Zahid yanıma gəlib dedi ki, Nəcməddin Sadıkov göndərən adamam. Mən də şirkəti təsis edib verdim. Bir neçə gün sonra bankdan kredit ayrıldı”.

Zahid Niftəliyev bildirib ki, Fazil Məmmədov nazir vəzifəsindən azad edildikdən sonra şirkətə ayrılan kreditdən narahat olub. Mürsəl Əliyevə isə ona bir şey edə bilməyəcəyini bildirib.

Prosesin davamında “AtaBank”da müşahidə şurasının üzvü işləmiş İltifat Ağayev ifadə verib. Şahid etiraf edib ki, 2015-ci ildən sonra bank kənar şəxslər tərəfindən idarə edilib. “Şahin-CO” üçün də kredit ayrılması bankda müzakirə edilməyib:

“O, şirkətə kredit ayrılsaydı, mütləq mənim xəbərim olardı. Kənar şəxslərin qəbul etdiyi qərar olub”,-şahid qeyd edib.

Proses gələn ay digər şahidlərin dindirilməsi ilə davam edəcək.

Qeyd edək ki, cinayət işinin ibtidai istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılıb.

“Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq “AtaBank” ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İstintaq materiallarında qeyd edilir ki, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Z.Niftəliyev 2023-cü ildə başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Həmin hökm bütün instansiyalarda təsdiqlənib.

"Cebheinfo.az"
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 İranda mühasirədə qalan türk müğənnidən XƏBƏR VAR
17 İyun 2025 İsraildə əhaliyə sığınmaq barədə təlimat verilib.
17 İyun 2025 Narahatlıq yaradan xəbər – Görünməz təhlükə ikiqat artdı…
16 İyun 2025 Keçmişimizi unudmamalıyıq...
16 İyun 2025 Dəliliyə qalib gələn dahi: “oyun kralı”nın acı aqibəti
16 İyun 2025 Gəncədə orta yaşlı kişi odlu silahla qətlə yetirilib
16 İyun 2025 Qəbələdə DƏHŞƏTLİ QƏTL
16 İyun 2025 Sibir meşələrində 42 il insan üzü görmədən yaşadılar
16 İyun 2025 Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət
15 İyun 2025 Sevdiyi qızın boğulduğunu görən gənc onu xilas etməyə çalışdı - Hər ikisi həyatını itirdi
15 İyun 2025 İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib
14 İyun 2025 Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri
14 İyun 2025 Bu gün məzun olan şəhid övladları - SİYAHI
14 İyun 2025 Bu gün məktəblərdə “Son zəng” çalınacaq
14 İyun 2025 Azərbaycan xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradıb
14 İyun 2025 Jurnalist Əhməd Vəliyevin bankından narazıdır: Bunu sələmçilər belə etmirlər
14 İyun 2025 Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir? - İDDİA
14 İyun 2025 Bakının mərkəzində yol çökdü — FOTO
14 İyun 2025 Əlikram Bayramovun bir aydan çoxdur axtarılan qardaşı oğlu tapılıb
14 İyun 2025 Müharibələr nəticəsində məcburi köçkünlərin sayı rekord həddə çatıb

Dünyapress TV

Xəbər lenti