“AzerGold” QSC-nin təqaüd müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

Fevralın 27-də “AzerGold” QSC-də ali və peşə təhsili müəssisələrinin tələbələri üçün elan edilən 4-cü Təqaüd proqramı müsabiqələrinin qaliblərinin
mükafatlandırılması, "Mədən topoqrafiyası" dərs kitabının təqdimat mərasimi keçirilib.

"DogruXeber.az" bildirir ki, tədbirdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, eləcə də ali təhsil müəssisələrinin rektorları və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Təqaüd proqramlarının növbəti qaliblərini təbrik edib və onlara təhsil, gələcək karyera həyatlarında uğurlar arzulayıb. Zakir İbrahimov Təqaüd proqramları haqqında ətraflı bəhs edərək, layihənin QSC-nin inkişafi strategiyası əsasında müəyyən edilmiş kadr ehtiyacları üzrə resursların zamanında cəlb olunması planı çərçivəsində 2021-ci ildən həyata keçirildiyini qeyd edib. Bildirilib ki, sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələri əhatə edən layihənin əsas məqsədi təhsilə marağın daha da artırılması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının təcrübə şəraitində inkişaf etdirilməsidir.

Layihə çərçivəsində, bugünədək, ümumilikdə 38 nəfərin ali təhsil və 37 nəfər peşə təhsili üzrə tələbənin təqaüd qalibi olduğunu, QSC-də istehsalat təcrübəsinə cəlb edildiyini qeyd edən Zakir İbrahimov Səhmdar Cəmiyyətinin ixtisaslı kadr ehtiyacına uyğun olaraq həmin tələbələrin məzun olduqdan sonra peşə fəaliyyətinə başlamasına da dəstək göstərildiyini diqqətə çatdırıb. Təqaüd proqramlarını tələbələrin təhsil həyatına, onların bilik və bacarıqlarının artırılmasına mühüm töhfə hesab edən Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “AzerGold” QSC-nin timsalında dövlət və özəl sahibkarlıq subyektlərinin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində reallaşdırdığı bu cür təşəbbüslərin milli təhsilin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş məqsədlərə xidmət etdiyini vurğulayıb.

Nazir müavini qalib tələbələri təbrik edərək, proqram müddəti ərzində tələbələrə istehsalat təcrübəsindən maksimum faydalanmağı, peşəkar hazırlıqlı mütəxəssis kimi yetişmələri üçün onlara təqdim olunan bütün imkanlardan yararlanmağı tövsiyyə edib.

Daha sonra peşə-ixtisas sahəsi üzrə təhsil alan tələbələr üçün nəşr olunan “Mədən topoqrafiyası” kitabı barədə məlumat verən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru dərs vəsaitinin Elm və Təhsil Nazirliyinin təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi ilə türk dilindən Azərbaycan dilinə tərcümə və nəşr etdirildiyini diqqətə çatdırıb. O, “Mədən topoqrafiyası” kitabının mədənçilikdə müasir topoqrafik ölçmə-hesablama növ və üsulları ilə bağlı peşə məktəbi tələbələrinin hazırlığına xidmət etdiyini qeyd edib. Bildirilib ki, 200 tirajla çap olunan kitab ölkəmizin əsas dağ-mədən sənaye
rayonları hesab olunan Daşkəsən və Gədəbəy, eləcə də Gəncə şəhərində yerləşən peşə təhsili müəssisələrinə göndərilib.

Sonda Təqaüd proqramı müsabiqələrinin qaliblərinə təltifnamə və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ali təhsil müəssisələrindən “Geologiya”, “Dağ-mədən mühəndisliyi”, “Kimya mühəndisliyi”, ”Ekologiya” ixtisasları üzrə təhsil alan 10, peşə təhsili müəssisələrindən isə 2 tələbə “AzerGold” təqaüdünün qalibi olub.

Proqram çərçivəsində tələbələrin sosial müdafiəsinə dəstək məqsədi ilə qaliblərin hər biri üçün aylıq təqaüdün verilməsinə başlanılıb.
Layihə çərçivəsində Səhmdar Cəmiyyətinin ixtisaslı kadr ehtiyacına uyğun olaraq proqramda iştirak edən tələbələrin məzun olduqdan sonra peşə fəaliyyətinə başlamasına da dəstək göstərilməsi nəzərdə tutulub.


“AzerGold” QSC-nin təqaüd müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

“AzerGold” QSC-nin təqaüd müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

“AzerGold” QSC-nin təqaüd müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

“AzerGold” QSC-nin təqaüd müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

“AzerGold” QSC-nin təqaüd müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

“AzerGold” QSC-nin təqaüd müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

“AzerGold” QSC-nin təqaüd müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

“AzerGold” QSC-nin təqaüd müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

Bölmənin digər xəbərləri

01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var

Dünyapress TV

Xəbər lenti