b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_30b9f4e36372cba5d90a35eb8c53ad94.png
  

II dünya müharibəsindən sonrakı illərdə 3-cü Reyxin baş təhlükəsizlik idarəsində tapılan materiallar əsasında aparılan jurnalist araşdırması olmasaydı, bu məhkəmə prosesi, çox güman ki, heç vaxt işıq üzü görməyəcəkdi.

Həmin materiallardan məlum olub ki, Almaniyanın müxtəlif şəhərlərində 20 il ərzində - 1923-cü ildən 1943-cü ilə qədər naməlum manyak ardıcıl və cəzasız olaraq zorlamalar və qətllər törədib. Müstəntiqlər onu bu illər ərzində ən azı 51 qadının qətlində ittiham ediblər. Bununla belə, onun 85-ə qədər qadını öldürdüyü ehtimal olunur. Hər halda, bu, Avropa kriminalistikası tarixində ən təhlükəli manyak sayılır.

Zəif və fağır qatil

scale_2400 (3).png (464 KB)

Müstəntiqlərə görə, bu amansız qatil 35 yaşlı faytonçu və camaşırxanaçı (atası çamaşırxana sahibi olduğu üçün) Bruno Lyudke olub. Berlinin Köpenik rayonunda onu hər kəs anadangəlmə kəmağıl, zərərsiz və qorxaq biri hesab ediblər. Hətta ifadələrdə manyak “bir milçəyi belə incitməyən” adam kimi təsnif olunub.

Bu illər ərzində Berlində qadınların qətllərində çoxlu ümumi cəhətlərin olduğu aydınlaşdıqca, polis cinayətlərin eyni şəxs tərəfindən həyata keçirildiyini anlayıb. Araşdırma aparmaq üçün təyin edilmiş kriminal polis komissarı Hayns Frants oxşar cinayətlər törədə biləcək onlarla şübhəlinin işlərini araşdırsa da, uyğun namizəd tapmayıb.

scale_2400 (2).png (187 KB)

Onların çoxunun ya möhkəm alibisi olub, ya həbsdə cəza çəkiblər, ya da cəbhədə vuruşublar. Lakin komissar sonda Brunonun işi üzərində dayanıb. Bundan sonra SS də araşdırmaya qoşulub. Komissar Bruno Lyudkeni iki saat sorğu-sual etsə də, şübhəli şəxs ona qarşı olan bütün iddiaları inadla rədd edib.
Hayns dindirməni yarımçıq kəsib, baş katibi və stenoqrafı evə göndərib. Sonra o, öz dosyesinə yazıb: “Məndə belə təəssürat yaranıb ki, bir neçə nəfərin olması Lyudkeyə mane olur və adi sorğu-sual forması onun üçün qəbuledilməzdir. Onunla hansısa şəxsi əlaqə yaratmağa çalışmaq, müəyyən etimad mühiti formalaşdırmaq lazımdır”.

Komissarın xüsusi yanaşması sayəsində oğlan törətdiyi cinayətləri etiraf etməyə başlayıb. Cinayət yerinə gedəndə Lyudke Frantsın proqnozlaşdırdığı kimi, meşədə qətlə yetirdiyi qadını harada basdırdığını, paltarının vəziyyətini və ayaqqabılarını kolluqlarda harada gizlətdiyini ətraflı şəkildə təsvir edib. Bir neçə gün ərzində o, daha yeddi qətli etiraf edib və getdikcə də keçmişə qayıdıb.

Manyak üzərində aparılan təcrübə

manybrun.png (1.14 MB)

Etiraflardan sonra manyak saxlanılıb. O, psixiatrik müayinədən keçmək üçün Vyana təhlükəsizlik polisinin mərkəzi kriminalistik institutunun həbsxanasına aparılıb. Burada onun etiraf etdiyi qətlləri törədə biləcəyini yoxlayıblar və adi tibbi müayinələrdən keçiriblər. Bruno daha çox cinayəti etiraf etsə də, evə getməyəcəyini anlamağa başlayıb. O, əlavə ifadə verməkdən imtina edib, gündəlik təcrübələrə müqavimət göstərməyə başlayıb və “dostu” Haynsdan onu Berlinə aparmasını tələb edib.

8 aprel 1944-cü ildə Bruno Lyudke, görünür, nasistlərin, SS zabitlərinin onun üzərində apardıqları amansız təcrübələrə tab gətirə bilməyib ölüb. Tarixçilər hesab edir ki, 1939-cu ilin avqustunda “İrsi xəstəliklərin qarşısının alınması haqqında qanun”a əsasən, 1940-cı il mayın 29-da məcburi sterilizasiyadan keçmək əmri verilib. Hitler Almaniyasında millətin genefondunu təsadüfən korlamamaq üçün bütün əqli qüsurlu insanlar məcburi sterilizasiyaya məruz qalıblar. Odur ki, əqli cəhətdən inkişaf etməyən manyak təcrübələrdən sonra da qətlə yetirilə bilərdi.

manybur2.png (619 KB)

Hər necə olsa da, 1943-cü ilin sonunda Lyudke işi üzrə komissiya ləğv edilib, işçilərdən məlumatın açıqlanmaması müqaviləsi imzalaması tələb olunub. Çünki nasistlərin qələbə çaldığı bir ölkədə manyaklar ola bilməzdi! Ona görə də bu işin olduğu qovluq arxivə yönləndirilib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 
 
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Yüz minlərlə qaçqın Azərbaycanın qapısını döyə bilər
17 İyun 2025 İranda mühasirədə qalan türk müğənnidən XƏBƏR VAR
17 İyun 2025 İsraildə əhaliyə sığınmaq barədə təlimat verilib.
17 İyun 2025 Narahatlıq yaradan xəbər – Görünməz təhlükə ikiqat artdı…
16 İyun 2025 Keçmişimizi unudmamalıyıq...
16 İyun 2025 Dəliliyə qalib gələn dahi: “oyun kralı”nın acı aqibəti
16 İyun 2025 Gəncədə orta yaşlı kişi odlu silahla qətlə yetirilib
16 İyun 2025 Qəbələdə DƏHŞƏTLİ QƏTL
16 İyun 2025 Sibir meşələrində 42 il insan üzü görmədən yaşadılar
16 İyun 2025 Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət
15 İyun 2025 Sevdiyi qızın boğulduğunu görən gənc onu xilas etməyə çalışdı - Hər ikisi həyatını itirdi
15 İyun 2025 İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib
14 İyun 2025 Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri
14 İyun 2025 Bu gün məzun olan şəhid övladları - SİYAHI
14 İyun 2025 Bu gün məktəblərdə “Son zəng” çalınacaq
14 İyun 2025 Azərbaycan xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradıb
14 İyun 2025 Jurnalist Əhməd Vəliyevin bankından narazıdır: Bunu sələmçilər belə etmirlər
14 İyun 2025 Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir? - İDDİA
14 İyun 2025 Bakının mərkəzində yol çökdü — FOTO
14 İyun 2025 Əlikram Bayramovun bir aydan çoxdur axtarılan qardaşı oğlu tapılıb

Dünyapress TV

Xəbər lenti